Mübariz Yusifov
Hələ ki dünyadan doymayıb gözüm
Otuz altı deyil, lap otuz min il
Yaşasam cavabım bu olardı, bil!
İ, II 2004, 191.
Nizami özü də öz dilindən zaman nisbiliyini belə i f a d ə
edir:
Fələyin zərləri əyri atması
Dünyanın oyuna xələl qatması
Altmışa çatdırdı yaşımı mənim
Düşməmiş qüvvədən ancaq bədənim.
Sanıram yenə də on yaşmdayam
Hələ də divlərin savaşındayam.
İ, II, 2004,218.
Dünyada əziyyət çəkib boy atdın
Elə ki, səksənə, doxsana çatdın
Ordan da yetirdin özünü yüzə
Ölüsən, diri də görünsən gözə
İstər bir gün yaşa, istərsə yüz il
Bu nurlu eyvandan köçəcəksən, bil!
X-Ş, 2004, 54-55.
Nizaminin düşündüyü zaman nisbiliyi həqiqətdir v ə
«Qurani-Kərim»də də bu barədə müfəssəl ayələr vardır.
«Quran» ayələrində Allahın zamanının yetişəcəyinin xəyal
yox, haqq olduğu göstərilir: «Yer özünə məxsus şiddətlə
lərzəyə gəlib titrəyəcəyi zaman (1); Yer öz yükünü çıxarıb
atacağı zaman (2); İnsan «Buna (bu yerə) nə olub?» deyəcəyi
zaman (3); Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir (4);
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (5) (Əl-Zilzal
(Zəlzələ) surəsi (99).
72
Dostları ilə paylaş: |