Mübariz Yusifov
Bağlı qalan işləri ustalıqla açardı.
Sübhətək ikiüzlü, Aytək gecə gəzərdi
Bir gün şahın önündə baş əydi, qüssələndi.
Dedi: -Gizli bir yerdə çox deyindi dalınca
Səni zalım, qaniçən adlandıran bir qoca
Yel sürətli bir cavan çatdı qocanı tapdı
Xain bilir şah səni, oyanl-dedi, amandı.
Dəstəmaz aldı qoca kəfən geydi əyninə
Salam verdi ədəblə gəlib şahın önünə.
Qızmış qara niyyətli şah yumruğunu sıxdı
Arxasınca dayanmış qocaya kinlə baxdı.
-Eşitmişəm, söylədi, danışmısan dalımca
Məni qəddar, yelbeyin adlandırmısan, qoca!
Mən Süleyman mülkünün sahibiyəm, bilirsən
Hansı cürətlə mənə zalım, ya div deyirsən?
Cavab verdi ixtiyar:- Mən ki, ayığam, nə qəm
Sənin dediklərindən beş qat artıq demişəm.
Sözlərimi araşdır, dinlə ağıl deyəni
Düz demirəmsə əmr et, dara çəksinlər məni.
Yumşaltdı hökmdarı işin qarası, ağı
Özünün haqsızlığı, qocanın haqq olmağı.
SX . 2004, 169-170.
Nizami zalım padşah haqqında danışanda zalımı öz
zalımlığı ilə başlı-başına buraxmır. Zalım nə qədər zalım olsa
da Nizami onu hansı bir ibrətamiz hadisə iləsə dəyişdirir.
Yəni Allah zülmü, zalımı ədəbi etməyib ki, Nizami də
zalımın zülmünü davamlı kimi qələmə alsın. «Qurani-Kə-
rim»in müqəddəs ayələrində göstərilir ki, zülm şeytan əməli
nin vəsvəsələrindəndir. Allah isə zülmü şeytana əbədilik ver
məyib. Haqq-hesab günündə şeytan zalımlığının cavabını
verəcəkdir. «Bəqərə» (2) surəsinin 35-ci ayəsində deyilir:
«(Sonra) Biz (Adəmə) dedik: «Ey Adəm, sən zövcənlə
(Həvva ilə) cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən
istədiyiniz kimi bol-bol yeyin, yalnız bu ağaca (buğdaya)
yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız».
74 5 ^ *
Dostları ilə paylaş: |