Mübariz Yusifov
«Xosrov və Şirin» əsərində «Məhinbanunun yerinə
Şirin»in taxta çıxması hekayəsində Şirinin taxta çıxması ilə
zülmün sona çatması və ədalətin bərqərar olunması təsvir
edilir:
Ədalətlə etdi rəiyyəti şad
Məhbuslar olundu həbsdən azad
Zülmdən qurtardı bütün məzlumlar
Dünyada zülmdən qalmadı əsər.
Ədlindən dostlaşdı kəklik, qaraquş
Gördülər qurd, qoyun həmsöhbət olmuş
Nə var yaxın, uzaq bütün cəmaət
Dedilər: «Var bunda səxa, ədalət».
X-Ş, 2004, 159.
«Yeddi
gözəl»
poemasında
Bəhramın
atasının
zülmündən cana doymuş iranlılar Bəhrama məktub yazıb
xalqın onu şahlığa layiq görmədiyini bildirdilər:
Xam iş gördü atan, neyləyim, ancaq
Tacın kölgəsindən sən oldun uzaq
El onun zülmündən heyrətdə qaldı
Bu üzdən zülmkar adını aldı.
Qəzəblənib tökmüş məmləkətdə qan
Gah azğın olmuşdur, gah da qudurğan
Y G. 2004, 79.
Bəhramın atası Yəzdkürdün zülmü elə bir zülmdür ki,
Yəzdkürd durduqca zülm də ona yoldaş olmuşdu. Yəzdkürd
insanlara verdiyi əzabdan ibrət götürən şahlardan deyildi. Ona
görə o öləndən sonra xalq da onun varisinə rəğbət
göstərməyə meylli olmamışdi:
Görmüş Yəzdkürddən ölkə əziyyət
Odur alınmadı saya bu cürət
Dedilər, Bəhrama yaxın getməyək
Ölümdən xəbərdar onu etməyək.
76
Dostları ilə paylaş: