Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


  2 ^ * Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə80/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   76   77   78   79   80   81   82   83   ...   174
78  2 ^ *

Nizamidə  azərbaycançılıq

ilə  başa  gəlməlidir.  O  nahaq  yerə  Fərhadı,  Məcnunu,  Sokratı 

çöllərə,  tənhalığa  çəkmirdi  ki!  Onlar  çöldə  və  tənhalıqda 

cəmiyyət  sıxıntısından  azad  ididər.  Ancaq  bundan  cəmiyyət 

nə  qazanırdı,  tənhalığa  çəkilənlər  nə  əldə  edirdilər?  Onların 

qazancı  o  olurdu  ki,  cəmiyyət  qınağına  tuş  gəlirdilər.  Cəmiy­

yət  isə  öz  axarında  davam  edirdi.  Nizami  zalım  hökmdarları 

ya ağıllandmrdı, ya da məhv edirdi ki, yerinə ədalətlisi gəlsin, 

insan  cəmiyyəti  azad  nəfəs  alsın.  Ancaq  onun  ədalətli  hökm­

darları  ya eşy-işrətə  qoşulub cəmiyyətdən aralı  düşürdü,  ya da 

özlərindən  sonrakı  xələfləri  yenə  də  əvvəlki  ənənəni  davam 

etdiridi.  Ona  görə  də  Nizami  özü  də  variantlar  axtarırdı.  Elə 

variantlar  ki,  ağlasığan  olsun,  inandırıcı  görünsün.  Bir  sözlə, 

poemalan  yaratmaqdan  Nizaminin  məqsədi  hansısa  şahın 

könlünü oxşamaq və ya tarixə öz adını yazan hökmdarları vəsf 

etmək  deyildi.  Nizaminin  apıalı  ancaq  azad  cəmiyyətin  necə 

olacağının  axtarışına  çıxmaq  və  özünün  yaşadığı  ölkədə 

fıravanlığın və ədalətliliyin necə  bərqərar olacağı  barədə  fikir 

yaradıb  onu  gələcək  nəsillərə  ərməğan  etmək  idi.  Ona  görə 

də  Nizami  düşünürdü  ki,  bəlkə  elə  bir  cəmiyyət  qurula  ki, 

əfsanəvi  amazonkalar  ölkəsində  olduğu  kimi  burada  qadınlar 

hökmdar  olsun.  Qadın  hökmdarlar  isə  kişi  hökmdarlardan 

fərqli  olaraq  eyş-işrətə  meyl  göstərməsinlər,  içki  məclislərinə 

qurşanmasınlar,  hərəmxanalarda  saysız-hesabsız  qadınlar 

saxlamasınlar ki,  padşah öləndə onlar başlı-başına qalmayalar. 

Nizami 


qadın 

hökmdarların 

nümunəsində 

əvvəlcə 


Məhinbanunu  seçir.  Məhinbanu  hökmdardır.  O  zaman  ərəb­

lərin  «Ərmən»  adlandırdıqları,  böyük  Azərbaycan  ərazisinin 

hökmdarıdır. 

Hadisələrin  təsvirindən  məlum  olur  ki, 

Məhinbanunun  hökmdarlıq  etdiyi  yerlərdə  əhali  yaxşı 

yaşayır,  bolluq  və  firavanlıqdır.  Məhinbanudan  sonra  isə  o 

yerlərin ixtiyarı  Şirinə keçir.  Ancaq necə də olsa Məhinbanun 

hakimiyyəti  zamanı  çətin  həyat  keçirən  insanlar  da  varmış. 

Şirinin  hakimiyyətində  isə  çətinliklər  aradan  qalxır.  Ölkə 

ədalətlə idarə  olunur.  Şirinin ədalətliliyi,  hətta,  ölkədə  bolluq 

və firavanlıq baş verməsinə səbəb olur:

79




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin