Nizamidə azərbaycançılıq
Bir əskər üzünü görməz bu sərdar.
Pərdə arxasında keçirir həyat
Doğma ölkəsinə verir qol-qanad.
İ, I, 2004, 103-104.
Nizami Nüşabənin və onun ölkəsini nə qədər tərifləsə
də, görünür, bu quruluş da onu qane etmir. Çünki ölkə firavan
olsa da özünün suverenliyini qorumaq gücündə deyildir.
Nüşabənin ölkəsi zamanın təcavüzkarlar sınağından çıxa
bilmir. Ölkəsi yadellilər tərəfindən dağıdılır, özü isə əsir
düşür. Yalnız İskəndərin müdaxiləsi ilə Nüşabə əsirlikdən,
ölkəsi isə işğaldan qurtarır. Nizami bu epizodu bəlkə də ona
görə əsərə daxil edir ki, qadın nə qədər ədalətli olsa da onda
çatışmayan əlamət kişi cəsarətidir.
Nizami Məhinbanunu, Şirini, Nüşabəni hökmdar kimi
təkcə ona görə ideallaşdırmır ki, qadın qəlbi nazik olur.
Qadının mənəvi aləmində haqq-ədalətə meyl daha güclü olur.
Həm də qadın hökmdarların obrazını yaratmaqdan məqsəd
odur ki, Azərbaycan qadınının vəzifəsi təkcə ev işləri
görməklə məhdudlaşmamalıdır. Qadın qəhrəman da ola bilər,
yaradıcı şəxsiyyət də ola bilər, sənətkar da ola bilər, siyasətçi
də ola bilər. Doğrudur, folklorumuzda, xüsusən «Kitabi-Dədə
Qorqud»da qəhrəman qadınlarımızın Selcan xatun, Burla
xatun, Banuçiçək kimi təsəvvürlərdə heykəlləşmiş obrazlan
vardır. «Koroğlu» dastanında Nigar xanım, Telli xanım,
Dünya xanım kimi ağıllı, tədbirli qoçaq qadınların adı çəkilir.
Ancaq real tariximizdə siyasətçi qadın kimi Ağqoyunlu Uzun
Həsənin anası Sara xatun (XV əsr), Quba xanı Fətəli xanın
arvadı Tutubikə (XVIII əsr), Cavad xanın arvadı Bəyim xanım
(XIX əsr) və digər igid şəxsiyyətlər məşhurdur. Nizami
hökmdar qadın obrazlannı yaratmaqla həm də onu demək
istəyirdi ki, Azərbaycan ölkəsi qadınından, kişisindən asılı
olmayaraq intellektual, ağıllı, düşüncəli, haqq-ədalət amallı
insanların vətənidir.
81
|