Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


 2 ^ * Mübariz  Yusifov



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə79/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   75   76   77   78   79   80   81   82   ...   174
77 2 ^ *


Mübariz  Yusifov

İrana mən özüm gəlmədim Rumdan 

Bu mülkə göndərmiş böyük yaradan 

Haqqı və batili ayırd etdim mən 

Alır bağlı qıfıl açan məndən 

Nə dünya üstünə alov tək axdım 

Nə də ki,  səbəbsiz bir xırman yaxdım 

Kimsənin qəlbini haqsız qırmaram 

Qırsam da varımdır əldə mumiyam.

İ, I,  188.

İskəndərin  əqidəsi  bu  olmuşdur  ki,  müharibələrə 

qoşulmuş  olsa  belə,  nəticəsi  ədalətlilik,  insanların  rifahı 

olsun.  Yəni  Allahın  haqq  və  ədaləti  insan  cəmiyyətində 

bərqərar  olsun.  İskəndərin  qılıncı  ilə  zalımlar  məhvə  düçar 

olsun,  məzlumlar  səadətə  çatsın.  İskəndər  özü  də  bu  barədə 

belə deyir:

Adəmtək Qüdsdə eylədim məskən 

K əbə həlqəsinə əl yetirdim mən 

Mən hansı  bir yerə etdimsə səfər 

Ədalətlə bilik qazandı ellər.

İ, II, 2004,190.

Nizami  ədalətli  cəmiyyətin  nə  zamansa  yaranacağına 

inanırdı. 

Ancaq  bu  ədalətli 

cəmiyyətdə  quruculuğun, 

idarəçiliyin necə olacağı barədə təkcə Nizami dövründə deyil, 

Nizamidən  əvvəlki  dövrlərdə  də  konkret  bir  fikir  və  ideya, 

təsəvvür  və  təəssürat  mövcud  deyildi.  Odur  ki,  ədalətli 

cəmiyyət  haqqındakı  ideyalar  öz  vaxtında  təsəvvürlərdə 

formalaşmış  əqli  və  mənəvi  bir  inqilab  sayıla  bilərdi.  Onun 

ictimai  inqilaba  çevrilməsi  üçün  zamanlar tələb  olunurdu.  Ni­

zami  öz  əsərlərində  belə  bir  cəmiyyətin  təməlində  azadlığın, 

sərbəstliyin,  haqq  və  ədalətin  bərqərar  olunmasını  vacib 

hesab  edirdi.  Ancaq həmin  cəmiyyətdə  hökmdar olmalıdırmı? 

Olsa necə olacaq,  olmasa necə olacaq,  azadlığın özü necə əldə 

olunacaq?  Bunlar  müəmmalı  idi.  Əlbəttə  ki,  Nizami  üçün 

qaranlıq  deyildi  ki,  azadlıq  cəmiyyətdəki  buxovlann  qırılması


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin