Nizamidə azorbaycançılıq
Ərəblərə xəznə, səltənət verər
Farsa əzab verər, əziyyət verər.
Y G , 2004, 73.
Bəhramın atası zülmkar olsa da Bəhram özü xalqdan
ibrət götürür. Əhalini ədalətlə idarə edir. Hər şeyə ədalət
gözü ilə baxan Bəhram camaatı vəzir Rast Rövşənin
zülmündən xilas edir. Çünki Rast Rövşən Bəhramın eyş-işrətə
qurşandığından istifadə edib insanlann haqqını tapdalayırdı.
«İskəndəmamə»də ədalətin zülmə qalib gəlməsi başqa
cür mənalandırılır. İskəndər fatehdir. O da vuruşur. Vuruşma
da aydındır ki, tökülən qanlann haqq-nahaq olduğu heç nə ilə
ölçülmür. Ancaq İskəndər o ölkələrdə döyüşə girişir ki, orada
insanlar zülm və əzab görürlər. Ölkənin hökmdarı isə bu
zülmü və əzabı azaltmaq əvəzinə, xalqın rifahına hansısa bir
əməli tədbir görmək əvəzinə get-gedə daha da azğınlaşır. Bu
yerdə İskəndər xalqın xilaskarı kimi döyüşə girir və o ölkədə
ədaləti bərqərar edir. Məsələn, İskəndərin Zəngibar padşahı
ilə döyüşü və qələbəsi, İran şahı Dara ilə döyüşü və qələbəsi
ədalətin zülm üzərindəki üstünlüyünün bariz təcəssümüdür.
İskəndər İrandan Hindistana, oradan da Çinə səfər edir. Lakin
o yerlərdə döyüşmür, qanlar tökmür. Çünki həmin yerlərdə
hökmdar olan ölkə başçıları İskəndərin məqsədinin işğalçılıq
yox, insanlara və insan cəmiyyətinə azadlıq gətirmək olduğu
nu başa düşüb dərk edirlər. İskəndər qıpçaq çölündə bu çöllü-
lərlə də döyüşmür. Yalnız onların adətlərini bəyənmədiyini
söyləyir. Əhali İskəndərin qadın isməti barədəki nəsihətini
qəbul etmədikdə İskəndər bunu ağıl vasitəsi ilə təlqin edir.
Bebəliklə, qıpçaq çölündə açıq gəzən qandınlar örtülülüyü
daha üstün sayıb İskəndərin göstərdiyi yolun doğru olduğunu
başa düşürlər. İskəndər özü də deyir ki, mənim məqsədim qan
tökmək yox, ölkədə ədalətlilik, insanlara səadət, insan
cəmiyyətinə azadlıq gətirməkdən ibarətdir. Məsələn, Rumdan
İrana gəlməyinin məqsədini belə bəyan edir:
Dostları ilə paylaş: |