Nizamidə azərbaycançılıq
olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi
mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından-hər
şeydər üstün tutsun. Milli vətənpərvərlik, milli qürur hissi
bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən
biridir. Şübhəsiz ki, dövlət dövlətçiliyi möhkəmləndirir.
Amma dövlət cəmiyyətə arxalanır. Cəmiyyət insanlardan
ibarətdir. İnsanların isə hər biri gərək əsl vətəndaş olsun,
vətənpərvər vətəndaş olsun, milli qürur hissi ilə yaşayan
vətəndaş olsun. Onda bu vətəndaş dövlətçiliyi inkişaf etdirən
vətəndaş olacaqdır».1
Vətənpərvərlik ilk növbədə cəmiyyət üzvlərinin öz
dilinə, ictimai mənliyinə, milli adət və ənənələrinə, xalqın
ictimai təfəkkürünün məhsulu kimi yaranmış milli-mənəvi
sərvətlərinə, əxlaqi-etik normalarına, yerinə, yurduna, elinə,
obasına, bütün vətən torpağına məhəbbətlə, ehtiramla,
qayğıkeşliklə yanaşması kimi başa düşülməlidir.
Nizami dövründə milli vətənpərvərliyi formalaşdıran
hansı amillər mövcud idi? Azərbaycan ərazisində sərhədlərin
haradan başlanıb harada bitməsi məlum deyildi. Özünün
müstəqil dövləti yox idi. Dövlətçiliyin, milliliyin əsas atributu
olan dilin inkişafı üçün heç bir münbit şərait yox idi. Elit
təbəqə fars dilində danışıb fars dilində yazırdı. Elm ərəb
dilinə möhtac idi. İstehsal ən aşağı səviyyədə idi. Əsas
iqtisadi təminat ticarətlə məhdudlaşırdı. Xırda sənətkarların
əməyi və fəaliyyəti ölkə iqtisadiyyatını dirçəltmək qüvəsində
deyildi. Elm deyəndə, ilk növbədə fəlsəfə, şəriət və şəriətlə
bağlı hüquq sahələri əhatə olunurdu. Fundamental elmlərə
dair müqəddəs «Quranda» çox möhtəşəm ayələr və ciddi
göstəricilər olsa da dünyəvi kəşflər mövcud deyildi. Fikir
azadlığı yox, şəxsiyyət azadlığı yox! Belə bir mühitdə ancaq
aşağı təbəqə öz dilində danışırdı. İctimai təfəkkürdən gələn
etnik-milli keyfiyyətlər ancaq aşağı təbəqə insanlarında
saxlanılırdı. Aşağı təbəqənin hesabına ana dilində danışıq
saxlanılırdı. Lakin dil dövlətçilik ilə tənzim edilmədiyindən,
«Xalq qəzeti», 28 noyabr, 1998.
Dostları ilə paylaş: |