Nizamidə azərbaycançılıq
və yayılmağa başladı. Bu idi Nizaminin doğma xalqı qarşısın
da göstərdiyi bəşəri vətənpərvərlik xidmətləri!
Tədqiqatçıların yazdığına görə qədim Gəncədə dünyaya
göz açan Nizami Gəncədən kənara çıxmamışdır. Ancaq
özünün dediyi kimi, başqa ölkələr, maraqlı əhvalatlar və
tanınmış şəxsiyyətlər barədəki müxtəlif dillərdə yazılmış
mənbələrlə, təsvir etdiyi xalqların tarixi və məişəti ilə
yaxından tanış olmuşdur:
İskəndər haqqında heç bir əsərdə
Məlumat görmədim, yığcam bir yerdə.
Hər köhnə nüsxədən əsas alaraq
Onu öz şeirimlə bəzədim ancaq.
Ən qədim tarixi əsərlərdən mən
Yəhudi, pəhləvi, nəsranilərdən
Ən incə sözləri əlimə saldım
Qabığı ataraq məğzini aldım
Müxtəlif dillərdən yığdım çox sözlər
Bunlardan düzüldü yazdığım əsər.
İ, I, 2004, 54.
Nizami doğulduğu, anadan olduğu Gəncəyə bağlılığı
haqqında «İskəndəmamə» poemasının «Şərəfnamə» hissə
sində peyğəmbərin meracına həsr etdiyi bölmədə belə deyir:
Ən gözəl günündə «ümmətim» deyə
Şəfaət edirsən suçlu bəndəyə
Bir ovuc torpağam mən dərgahında
Artıq bir şikaram şikargahında
Nizami tutmuşdur Gəncədə məkan
O məhrum olmasın salamlarından
İ, I, 2004, 28.
Nizaminin Gəncəyə bağlılığı və bu şəhərdən kənara
çıxmadığı «Xosrov və Şirin» poemasının «Kitab üçün üzr»
hissəsində də şairin öz dilindən deyilir:
87
|