Mübariz Yusifov
şifahi nitq apancı olduğundan strukturda dəyişiklik baş
verirdi. Bir tərəfdən şifahi dilin sərbəstliyi ауп-ауп nitq
areallannda fərqlənmənin (dialekt və işvə fərqlərinin) baş alıb
getməsinə səbəb olurdu, digər tərəfdən, dilin daxili imkanları
hesabına zənginləşməsində ləngimələr baş verdiyi üçün ərəb-
fars elementləri dil strukturuna daxil olmaqda davam edirdi.
Bununla birlikdə, el aşıqları ana dilində söz qoşub sazm
dilində səsləndirir, el ağsaqqalları nağıl və dastan yaradır,
müdriklər mənəviyyat xəzinəmizə atalar sözləri, zərbi-
məsəllər, hikmətli sözlər gətirir, ağbirçək nənələrimiz bayatı
çağırır, analarımız beşik başında layla çalırdılar. Anadilli
mənəvi sərvətlərimiz, məişət adət ənənələrimiz məhz bu
təbəqənin vasitəsi ilə öz varisliyini davam etdiridi. Bəs Ni
zami nə edirdi. Öz əsərlərin fars dilində yazan Nizami öz
xalqına xidmət edə bilirdimi? Ələbəttə ki, xidmət edirdi. Əgər
Nizami öz dövründə, Azərbaycan dilinin dövlət dili kimi
işlədilmədiyi məqamda, şeir, sənət dili, elm dili kimi sayılma
dığı bir dövrdə, iran təmayüllü hökmdarlann Azərbaycana,
Azərbaycan dilinə rəğbət göstərmədikləri bir məqamda
Azərğaycan dilində yazsa idi onun yazıları səssiz-səmirsiz
itib-batardı. Digər tərəfdən, onu nəzərə almaq lazımdır ki,
Nizami fars dilində yazsa da onun irançılıq, farsçılıq meyli
olmamışdır.
Əsərlərinin heç yerində İrana, irançılığa,
farsçılığa xüsusi rəğbət görünmür. Necə ki, Firdovsinin
türkçülüyə, Azərbaycançılığa rəğbəti yox idi. Nizaminin fars
dilində yazması onun Azərbaycançılıq ideyalarını yayması və
təbliğ etməsi üçün bir vasitə idi. Fars dili Nizami dövründə
Hindistandan, Çindən, Orta Asiyadan, Kiçik Asiyadan tutmuş
ərəb ölkələrinə kimi, hətta, az qala Avropaya kimi olan böyük
bir ərazidə anlaşılırdı. Onu da nəzərə almaq lazımdır ki,
Nizami dövründə Şərq ölkələri dünya sivilizasiyasının
mərkəzi
sayılırdı.
Deməli,
Nizami
öz
əsərlərində
Azərbaycançılıq ideyalarını
Şərqdən beynəlxalq aləmə
çıxarırdı. Avropada intibah dövrü başlandıqda isə Nizami
ideyaları, artıq Şərqdən Qərbə doğru irəliləməyə, tanınmağa
86
Dostları ilə paylaş: