Mübariz Yusifov
Ancaq Nizami padşahı nə qədər tərifləsə də onun
səxavətinə də etibar etmir. Qorxur ki, Mahmud Qəznəvi
Firdovsiyə verdiyi vədə xilaf olduğu kimi, Sultan Məlik
Nüsrətəddin də sözündən qaça:
Yeddi Füruzəli bu qəsrdə sən
Haqqa, ədalətə vüsət vermisən
Bir qədər mey verir sənə Nizami
Gərək nuş edəsən Keykavus kimi
Bu Tusi qədəhlə Mahmuda bildir
«Şahnamə»nin qədri, qiyməti nədir?
İki xəzinənin varisi hökmən
Səxavətdə sənsən, söz deməkdə mən
Borc əgər vaxtında ödənilməzsə
Qaydadır, varisdən çatar varisə
Sən mey iç, gətirmə heç bir bəhanə
Ağzım möhürlüdür, üz vurma mənə.
İ, II, 2004, 35.
Nizaminin Gəncə ilə bağlı olması «Sirlər xəzinəsi»
poemasında da məqamı düşdükcə canlındanlır. Aydınca
görünür ki, Nizami özünü Gəncəsiz təsəvvür edə bilmir,
Gəncəni isə Nizamisiz. Doğrudan da illər, əsrlər ötüb keçmiş,
artıq, doqquzuncu yüz ildir ki, Nizami adı çəkiləndə Gəncə,
Gəncə adı çəkiləndə Nizami xatırlanır:
Bizim söz bazarının alış-verişi durğun
Qızğın hay-harayı var, qızılı yoxdur onun
Gəncə mənim yaxamdan möhkəm yapışmış hələ
İraq xəzinələri yoxsa keçərdi ələ.
Bir səs gəldi cahandan: «Eü qul, yetər əyləncə
Axı kimdir Nizami, axı, hardadı Gəncə?»
Tanrıma min şükür ki, yazım vaxtında bitdi
Ömrüm sona yetməmiş bu kitab sona yetdi.
Başdan ayağa qədər bəzəmək üçün onu
İncilərə qərq etdi Nizami ağ donunu
90
Dostları ilə paylaş: |