2. Vətənə bağlılığın təcəssümü
Nizamidə vətənə bağlılıq təkcə doğulduğu, böyüdüyü,
tərbiyə aldığı Gəncə ilə məhdudlaşmır. Nizami öz əsərlərində
Azərbaycan məkanının hansı bir güşəsinin adım çəkirsə o yeri
böyük şövqlə, həvəslə təsvir edir, təbiətinin, yerinin
necəliyindən asılı olmayaraq oranı cənnət misallı bir ərazi
kimi qələmə verir.
Nizaminin əsərlərində Azərbaycana aid məskənlərin
adı çəkilir, doğma vətən torpaqları, onun təbiəti sevgi və
məhəbbətlə tərənnüm edilir. Bu torpaqların bolluq, bərəkət,
firavanlıq və zənginlik məkanı olduğu canlandırılır. Doğrudur,
Nizami dövründə Azərbaycanın bolluq içində olduğu və
əhalinin firavanlığa qərq olduğu barədə söhbət gedə bilməzdi.
Çünki Nizamiyə aid tədqiqatlarda da deyildiyi kimi, bu
məkanda bolluq olsa da onun sahibi sadə camaat deyildi. Bir
ovuc müftəxor parazit tüfeyli bu bolluğu mənimsəyirdi.1
Aşağı təbəqəyə isə gündəlik ruzisini çətinliklə əldə eləmək
əzabı qalırdı. Niyə Nizami Azərbaycan məkanını bolluq
1 A.Rüstəmzadə. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, «Elm», 1979, s. 8.
Dostları ilə paylaş: |