Sual 9: Bütün müsəlmanlar mö`mindir, yoxsa müsəlmanla mö`min arasında fərq var?
Cavab: “Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mö’min olmaq arasında fərq var.
Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.
Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Qur`an bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.”1 “Onların öz Rəbbi yanında dərəcələri vardır.”2 “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.”3
Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
Sual 10: İnsanların islahı (əmr be mə`ruf və nəhy əz münkər) ilə məşğul olmaq bütün müsəlmanlar üçün, yoxsa xüsusi bir qrup üçün vəzifədir?
Cavab: Əgər birtərəfli yolda bir maşın hərəkətin əksinə şütüyərsə, ona həm yoldakı maşınlar xəbərdarlıq etməli, həm də polis bu maşını saxlamalıdır.
Allah insanların doğru yola də`vətini və pis yoldan çəkindirməsini bütün müsəlmanlara əmr edir: “Siz ən xeyirli ümmətsiniz. İnsanlara yaxşı işlər görməyi əmr edir və pis əməllərə qadağa qoyursunuz.”1
Bu surənin 104-cü ayəsində oxuyuruq: “Aranızda xeyirli işlər görməyi əmr edən və pis əməllərə qadağa qoyan bir dəstə olsun.”
Dostları ilə paylaş: |