Müəllim haqqında qısa məlumat



Yüklə 296 Kb.
səhifə13/15
tarix02.01.2022
ölçüsü296 Kb.
#38782
1   ...   7   8   9   10   11   12   13   14   15
ASEU TEACHERFILE WEB 3196272581425577867.doc 1614953370

Meşə təsərrüfatı

Meşə sənayesi dünya təsərrüfatının ən qədim və məhsuldar sahələrindən hesab edilir. Meşələrin insan həya­tında əhəmiyyəti çox böyükdür. O, nəhəng oksigen mənbəyi sayılır. Meşə təkcə sənaye xammalı deyildir. O, torpağı su və külək erroziyasından qoruyur, torpaqda rütubətliliyi qoruyub saxlayır, çayların daşmasının qarşısını alır, əkin sahələrini, tarlaları məhvedici quru küləklərdən qoruyur. Meşələr hər hansı bir ölkənin milli sərvəti kimi qiymətləndirilir. Meşələr sənayeyə xidmət edərək tikinti materialları, kağız, süni lif, eyni zamanda spirt verir.

Yer kürəsində kolluqlarla və yeni salınmış meşələrlə bir­likdə ümumi meşə sahəsi - 75 mlrd ha-a çatır. Onun oduncaq ehtiyatı - 385 mlrd kubmetrdən artıqdır. Yer kürəsində hər birisinin ayrı-ayrılıqda sahəsi 2,0 mlrd ha olan 2 meşə qurşağı ayrılır. Bunlar Şimal və Cənub meşə qurşaqlarıdır.

Regionlardan - Latın Amerikasında - 1260 mln ha, Af­rikada - 1140 mln ha, MDB-də 940 mln ha, Şimali Amerikada - 750 mln ha, Xarici Asiyada - 660 mln ha, Xarici Avropada - 195 mln ha, Avstraliya və Okeaniyada - 180 mln ha meşə sahəsi vardır.

Ölkələrdən - RF-də meşənin sahəsi 886 mln ha, oduncaq ehtiyatı - 82 mlrd kubmetr, Braziliyada sahəsi 572 mln ha, ehtiyatı - 60 mlrd kubmetr, Kanadada sahəsi - 453 mln ha, ehtiyatı - 22 mlrd kubmetr təşkil edir.

Elmi-texniki tərəqqi oduncağı onun tətbiq olunduğu ənə­nəvi sahələrdən - yanacaq sənayesindən və qismən tikin­tidən sıxışdırıb çıxararaq, onu neftlə, qazla, betonla, habelə şüşə ilə əvəz edir.

Maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, tikinti, meşə sənayesi məhsulunun aparıcı istehlakçıları hesab olu­nurlar. Meşə sənayesinin inkişafı da digər təsərrüfat sahə­lərindən çox asılıdır. O, öz növbəsində başqa sahələrdən lak­lar, boyalar, soda, natrium, ağardıcı kimyəvi maddələr, avto­mobillər, traktorlar, ağac tədarükü və emalı üçün müxtəlif növ dəzgahlar istehlak edir. Daha doğrusu, meşə sənayesinin daha geniş sahələrarası əlaqələri mövcuddur.

Meşə sənayesi biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan ağac tədarükü, oduncağın mexaniki emalı və kağız, karton, skipidar, kanifol, yem mayaları alınması üçün oduncağın kim­yəvi emalı istehsallarından ibarətdir. Maraqlıdır ki, bir istehsalın məhsulu digəri üçün xammal rolunu oynayır. Belə ki, ağac tədarükü müəssisələri taxta zavodlarına oduncaq verir, əldə olunan taxta mebel fabrikləri üçün əsas xammal sayılır. Ağac tədarükü tullantıları hesab edilən budaq, iynəyarpaqlar, eləcə də ağac emalı tullantıları olan taxta kəpəyi, ağac qabığı və yonqar spirt və yağlı boyalar istehsal etmək üçün meşə-kimya sənayesinə ötürülür. Ona görə də hal-hazırda meşə-kimya kombinatları yaratmağa üstünlük verilir. Çünki burada oduncağın ardıcıl emalı ilə yanaşı onların tullantı­larından da tam istifadə etmək mümkünlüyü mövcudlaşır. Bir-biri­nin yaxın­lığında yerləşən, xammal, enerji və nəqliyyatdan birgə isti­fadə edilməsinə və tullantıların tam emalına əsaslanan, sıx istehsal əla­qələrinə malik olan meşə sənayesi müəssisələri meşə sənayesi kompleksləri adlanırlar.

Ümumiyyətlə, meşə təsərrüfatı üçün meşələrin müxtəlif əhəmiyyəti vardır. Bu sahədə onlar sanitariya meşələri, torpaq, tarla, su qoruyucu və qoruq meşələrinə ayrılırlar.

Meşə sənayesinin yerləşdirilməsinə dair ən mühüm prinsiplərdən biri - meşə sənaye komplekslərini dəniz, su və dəmiryolu nəqliyyatı ilə daha yaxşı təmin olunmuş yerlərdə tikməkdən ibarətdir. Bu məqsəd üçün böyük çayların mənsəbi, çayların dəmiryolu magistralları ilə kəsişdiyi yerlər xüsusilə sərfəlidir. Meşə sənayesinin bütün sahələrində başlıca məsrəflər - 75%-ə qədər ağac tədarükünün payına düşür. Bu əsasdan da meşə sənayesini yerləşdirməyin digər başlıca prinsipi müəssisələri ağac tədarükü rayonlarına, yəni xammala yaxınlaşdırmaqdan ibarətdir. Deyilənlərlə yanaşı, meşə səna­yesinin ayrı-ayrı sahələrinin yerləşdirilməsinə istehlakçının yaxınlığı, habelə su və enerji ilə təchizatı şəraiti də təsir göstərir. Belə ki, hazır mebeli daşımaq, onun hazırlanması üçün olan hissələri daşımaqdan baha başa gəlir. Ona görə də mebel istehsalı müəssisələri müxtəlif sənaye sahələrinə malik, eləcə də əhalisi sıx olan rayonlarda yaradılır.

Sellüloz istehsalı hədsiz dərəcədə suyun olmasını tələb edir. Kağız hazırlanması isə çoxlu miqdarda elektrik enerji­sinin vacibliyini şərtləndirir. Deyilənlərə görə də sellüloz-kağız kombinatları göstərilən şərtlərə əməl etməyə əsaslanır.

Qeyd etmək lazımdır ki, meşə materialları hazır­lanma­sının illik kəmiyyət göstəricisi son illər - 3,4 mlrd kubmetri keçmişdir. Bu sahədə ABŞ, RF, Kanada, Finlandiya, İsveç, Çin, İndoneziya, Braziliya, Hindistan, Nigeriya, Malayziya, Efiopiya fərqlənirlər.

Oduncağın mexaniki emalında taxta-şalban hazırlan­ma­sının illik göstəricisi - 440 mln kubmetr təşkil etməklə ABŞ - 110 mln t., Kanada - 65 mln t, habelə Çin, Yaponiya, Rusiya, Braziliya, Hindistan seçilirlər. Taxta-şalban ixracatının aparıcıları - ABŞ, Kanada, İsveç, Finlandiya, Rusiya, Braziliya, Nigeriya, Cənubi-Şərqi Asiya ölkələridir.

Oduncağın kimyəvi emalında kağız, karton, sellülöz, skipidar, kanifol, yem mayaları əldə olunur. Dünyada istehsal olunan sellülozun yarıdan çoxunu ABŞ və Kanada verir. Lakin birinci onluğa son vaxtlar Çin və Braziliya da qatılmışlar. Kağız istehsalının 75%-ni İEÖ verir. Burada da hər nəfərə orta hesabla 160 kq məhsul düşür. Bu göstərici ABŞ və Kanadanın hər birində - 300 kq, Finlandiyada isə - 400 kq-dan artıqdır. İOÖ-də isə bu göstərici - 4,2 kq-dan çox deyildir.

Ümumiyyətlə, hər il ABŞ - 86 mln t, Çin - 32 mln t, Yaponiya - 31,0 mln t, Kanada — 19,0 mln t, AFR—16 mln t, Finlandiya —12,1 mln t, İsveç — 9,8 mlnt, Fransa— 8,6 mln t, Ko­reya Respublikası — 8,4 mln t və İtaliya — 7,5 mln t kağız və karton məhsulu istehsal edirlər.


Yüklə 296 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin