Rabitə texnikasında telefon aparatları sahəsi başlıca yer tutmaqla dünyada onların sayı 1,0 mlrd ədədə yaxındır. Burada ABŞ, Yaponiya, ARF fərqlənir.
Məişətdə işlədilən elektron aparatlarına isə rəngli televizorlar, çəkiliş aparatları, videomaqnitofonlar, videokameralar, audioaparatlar və s. daxildir. Elektron sənayesinin inkişafında 4 başlıca rayon ayrılır. Bunlar ABŞ, Yaponiya, Qərbi Avropa və Şərqi və Cənubi-Şərqi Asiya rayonlarıdır.
Dünya ticarətində elektron sənayesinin məhsulları daha qabaqcıl yer tutur. Belə ki, bu sahədə Yaponiyanın ixracat kvotası 50%-ə qədər, Qərbi Avropanın ixracat kvotası - 40%, ABŞ-ınkı 1/10-dən çox deyildir.
Lokomotivlər ən çox Hindistanda, Braziliyada, Argentinada, Türkiyədə, RF-də, ABŞ-da, Ukraynada istehsal olunmaqdadır. Meksika, Misir, İran, Tailand, Çili, Kolumbiya vaqonqayırmada qabaqcıl yer tuturlar.
Dostları ilə paylaş: |