Tikinti materialları istehsalı sənayesi
Dünya təsərrüfatının aparıcı sahələrindən biri də tikinti materialları sahəsidir. Dünyanın ayrı-ayrı regionlarında, iri və nəhəng sement, kərpic, gips, şüşə və sair verə bilən müəssisələr yaradılmışdır ki, onlar da müxtəlif növ xammalların olmasına əsaslanırlar. Onların məhsulları əsasında iri evtikmə kombinatları, yığma iri dəmir-beton, beton konstruksiyaları, divar blokları, tikinti materialları hissələri, şifer, tikinti izolyasiya materialları və s. istehsal olunmaqdadır.
Deyilənlərlə yanaşı elmi-texniki tərəqqinin müasir inkişafından yeni-yeni tikinti materialları növləri istehsal olunmaqdadır.
Tikinti materialları sahəsində hər növ özünəməxsus xüsusi çəkiyə malik olsalar da sement istehsalı sahəsi aparıcı sayılır. Müasir dövrdə RF-də 50 mln t-a, Azərbaycan Respublikasında — 1,3 mln tondan çox sement istehsal olunur. Yerli mənbələr hesabına Azərbaycan Respublikasında sementə olan illik tələbatın 44%-ə qədəri ödənilir. Dünya ölkələri üzrə Çin, ABŞ, Fransa, Yaponiya, Avstraliya, Kanada və digər ölkələr bu sahədə fərqlənirlər.
Tikinti materialları istehsalı sahəsində dəmir-beton konstruksiyaları, divar materialları buraxılması əsas rol oynayır. İri şəhərlər belə məhsulların bir çox saylı zavod və müəssisələri ilə tanınırlar. Bu istehlakın gündən-günə artması ilə bağlıdır.
Yüksək mexanikləşdirilmiş istehsal sahəsindən digəri tikinti şüşələri verə bilən müəssisələrin mövcudluğudur. RF-də, Dağıstanda (Dağıstan ulduzları zavodu), Vladimirdə (Qus-Xristalnı), Ukraynada, Konstantinovkada, Lvovda, Lisiçanskidə, Mərkəzi Astyada Çirçikdə, Aşxabadda, Azərbaycan Respublikasında, Sumqayıtda və s. bölgələrdə belə müəssisələr istehlakın mövcudluğuna, xammalın varlığına əsaslanırlar.
Dünyada kərpic, şifer və digər növ dam örtükləri, tol, asbest buraxılışı sahəsi tikintinin müstəqil bir sahəsi kimi hələ qədimdən tanınmaqdadır. Asbest ehtiyatına görə MDB ölkələri dünyada 1-ci sayılsalar da istehsalında Kanadanın tayı-bərabəri yoxdur.
Qeyd etmək yerinə düşərdi ki, əsas tikinti materiallarına sement, tikinti və divar daşı, şifer, mərmər, qranit, qum, gil, aspest, keramik dam örtüklər, şüşə, müxtəlif boru məmulatları, dəmir-beton konstruksiyaları, beton və s. hesab olunsalar da meşə materiallarından tikintidə gərəkli sayılan yardımçı tikinti materialları kimi geniş istifadə olunmaqdadır.
Dostları ilə paylaş: |