Matris struktur-Funksional bölmələri olan bu təşkilat layihələr zamanı həyata keçirilir. Əvvəlcə müvəqqəti işçi qrupları yaradılır,sonra fəaliyyəti konkret bir problemin həllinə yönələn,həmişə fəaliyyət göstərən qruplar formalaşdırılır. Axırıncı mərhələdə qrupların fəaliyyətinin nəticələrinə cavabdeh olan menecer təyin olunur
Divizional-Bu strukturda funksiyaların bir hissəsi və hətta bütün “qərərgah” funksiyaları istehsal vahidlərinə verilir. Bu onlara istehsal və məhsulların satışındakı məsuliyyətin bir hissəsini və ya bütöv məsuliyyəti öz üzərinə götürməyə imkan verir. Nəticədə təşkilatın rəhbərliyinin idarəetmə resursları strateji vəzifələrin həlli üçün istifadə edilir.