Tək-tək kiçik seriyalı və ya fərdi istehsal. Eyni zamanda bir ədəd və kiçik seriya ilə məhsul istehsal olunur.
Kütləvi və ya iri seriyalı istehsal. Eyni bir məhsulun və ya oxşar məhsulların çox sayda istehsalı.
Kəsilməz istehsal. Avtomatlaşdırılmış avadanlıqdan istifadə etməklə bütün gün ərzində eyni xarakteristikalı məhsulların kəsilməz istehsalı.
Sosioloq Ceyms Tompson bu təsnifatdan fərqlənən lakin zidd olmayan aşağıdakı təsnifatı vermişdir.
Vasitəçilik texnologiyaları. Qarşılıqlı əlaqədə olmaq istəyən insanlar qrupu ilə xarakterizə olunur (mağaza,bank işi).
İnstensiv texnologiyalar. İstehsala daxil olan konkret materialda müəyyən dəyişikliklərin aparılması üçün xüsusi üsulların,vərdişlərin və ya xidmətlərin tətbiqi ilə xarakterizə olunur.
Çox mərhələli texnologiyalar. Ardıcıl yerinə yetirilən qarşılıqlı əlaqəli tapşırıqlar seriyası ilə xarakterizə olunur.
İnsanlar:Hər bir təşkilatın özəyini insanlar təşkil edir. İnsanlarsız təşkilat mövcud ola bilməz. Insan təşkilatda məhsul istehsal edir,təşkilatın mədəniyyətini formalaşdırır. Təşkilatın nəyə qadir olması insanlardan asılıdır. Təşkilatın menecerləri üçün insanlar 1 nömrəli predmet sayılırlar. Bir çox meyarlara görə təşkilatda fəaliyyət göstərən insanlar bir-birilərdindən fərqlənirlər: cins,yaş,təhsil,milliyət,ailə vəziyyəti,onların bacarıqları və s. Bu parametrlər işçilərin təşkilat daxilindəki fəaliyyətinə təsir göstərir. Bununla əlaqədar olaraq hər bir menecer,təşkilat daxilində hər bir işçinin fəaliyyəti ilə yaxından maraqlanmalı,şirkətin inkişafı üçün işçiləri düzgün yönləndirməli,neqativ halların qarşısını almalıdır. Texnologiyalardan fərqli olaraq insanların arzuları mövcuddur və hər hansısa bir istək onun iş fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Belə halda menecer fövqəladə çətin vəzifələrin öhtəsindən gəlməlidir,hansı ki,çox hallarda təşkilatın uğuruna gətirib çıxarır.
Firmanın daxili mühit amilləri dedikdə onun strukturu, məqsəd və vəzifələri, texnologiya, heyət, dəyərləri, təşkilati-idarəetmə üslubu və mədəniyyəti, maliyyə resursları və sistemi, informasiya sistemi, strategiya, heyətin bacarıqları, biznes-proseslər, imici və s. başa düşülür.
Firmanın daxili mühitinin strateji analizi aşağıdakılardan ibarətdir: firmanın resurslarının təhlili və qiymətləndirilməsi, firmanın həlledici kompetensiyalarının və rəqabət üstünlüklərinin təhlili, firmanın güclü və zəif tərəflərinin müəyyən edilməsi.
Dostları ilə paylaş: |