Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası dövlət büdcəsinin təsnifatı fəaliyyət göstərir və bu təsnifatın strukturuna aşağıdakılar daxildir:
1. Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin funksional təsnifatı;
3. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatı;
4. Azərbaycan Respublikası dövlət büdcəsinin daxili və xarici maliyyələşdirmə mənbələrinin təsnifatı;
5. Azərbaycan Respublikası dövlət daxili və xarici borcunun növləri üzrə maliyyələşdirmənin təsnifatı;
6. Azərbaycan Respublikası dövlət büdcəsi xərclərini təşkilatlar üzrə təsnifatı;
Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatı müxtəlif səviyyəli büdcələrin gəlirlərinin qruplaşmasını təşkil edir və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsaslanır.
Gəlirlər bölməsi onların mənbələri və alınması qruplarına görə konkret gəlir növlərini birləşdirir.
Gəlirlər 4 bölməyə bölünürlər:
1. ''Vergilərdən daxilolmalar'' bölməsinə aşağıdakı köməkçi bölmələr daxildir:
gəlirlərdən (mənfəətdən) vergilər;
məcburi dövlət sosial sığorta haqları;
əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat);
mülkiyyətdən vergi;
mal və xidmətlərdən alınan daxili vergilər;
xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər);
Öz növbəsində köməkçi bölmələr konkret vergi növlərinə və rüsumlarına bölünürlər.