MüƏSSİSƏNİN İQTİsadiyyati «Müəssisənin iqtisadiyyatı»


İstehsal müəssisələrinin mahiyyəti və vəzifələri



Yüklə 27,53 Kb.
səhifə2/3
tarix22.09.2022
ölçüsü27,53 Kb.
#63962
1   2   3
referat 4196 (1)

1. İstehsal müəssisələrinin mahiyyəti və vəzifələri
Bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyətin idarə olunması, əsasən, müəssisələrdə qəbul edilən fərdi qərarların köməyi ilə həyata keçirilir. Müəssisədə – qarşıya qoyulmuş məqsədlərə və mövcud şəraitə uyğun olaraq – məhdud istehsal resurslarından optimal istifadə olunmaq yolu ilə cəmiyyətin tələbatlarının ödənilməsinin texniki, iqtisadi, maliyyə və s. məsələləri həll edilir.
Qeyd etmək lazımdır ki, müasir dövrün təsərrüfat praktikasında və iqtisadi ədəbiyyatda "firma" (italyan sözü olub «imza» mənasını verir) və "müəssisə" məfhumlarından geniş istifadə edilir və bəzən də onlar sinonim kimi qəbul olunurlar.
«Firma» ilə «müəssisə»nin sinonim kimi qəbul edilməsinin əsas səbəbi bir çox hallarda onun (firmanın) bir müəssisədən ibarət olmasıdır. Lakin firma – özündə eyni və ya müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektdir. Müəssisənin firma adı alması üçün onun vasitəçilərlə deyil, özünün birbaşa bazara çıxışı əsas şərtdir.
Firmalar istehsalla yanaşı digər başqa sahələrdə də – ticarət, nəqliyyat, bank, auditor və s. yaranır və müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
İstehsal müəssisələrinin birləşmə formalarına görə firmaların aşağıdakı növləri fəaliyyət göstərirlər.
1. Məhsulunun iqtisadi təyinatı eyni olan müəssisələri birləşdirməklə yaradılan və fəaliyyət göstərən firmalar (bir vaxtlar Bakı Kamvol və Zərif mahud kombinatlarının birləşdirilməsi əsasında «Şəfəq» firması fəaliyyət göstərmişdir).
2. Təkrar istehsalın müxtəlif mərhələlərinə mənsub müəssisələrin birliyi. Məsələn, dəmir filizi hasil və emal edən, çuqun, polad və prokat (yayma polad) istehsal edən metallurgiya firmaları.
3. Müxtəlif sahələrin müəssisələrini özündə birləşdirən firmalar. Buna misal olaraq telefon və teleqraf avadanlıqları, çörək-bulka məmulatları, tədris materialı istehsallarını, otellərin istismarını və sığorta xidmətini özündə birləşdirən ABŞ-ın məşhur konqlomerat (mexanki və ya qaydasız qarışıq) «İTT» firmasını göstərmək olar.
Firma müəyyən mülkiyyətə və hüquqi şəxs səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, məhsulun istehsalı və satışını idarə edən təşkilati-tə-sərrüfat vahididir. Firma, müəssisədən fərqli olaraq bazarın ilkin həlqəsidir və bazarda qiymət siyasətini məhz o həyata keçirir, rəqabət mübarizəsini aparır, mənfəətin bölüşdürülməsində iştirak edir. Firmaya daxil olan müəssisələrin idarə olunması, onların inkişaf istiqamətləri onun (firmanın) idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Müəssisə isə, əvvəllər qeyd olunduğu kimi, ölkə iqtisadiyyatının ilkin həlqəsi olub, müəyyən mülkiyyətə və kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal-təsərrüfat vahididir.
Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin istehsal-texniki vəhdətliyi ya buraxılan məhsulların iqtisadi təyinatının ümumiliyi, ya da onların konstruktiv quruluşları və hazırlanması tex-nologiyalarının oxşarlığı ilə şərtlənir. Bu, birincisi, istehsal proseslərinin qarşılıqlı əlaqələrinə, yəni hər bir xüsusi istehsal texnologiyasının əmək predmetini hazır məhsula çevirə bilən ümumi bir prosesin tərkib hissəsi olmasına əsaslanır. İkincisi, həmin vəhdətlik əmək vasitələri və əmək predmetlərinin müəyyən sisteminə söykənir, başqa sözlə, maşınlar (aqreqatlar) dəsti və material-enerci axınlarının kəmiyyət asılılığına və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığına malik olurlar. Üçüncüsü, müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərmək baxımından ümumi olan köməkçi və xidmətedici bölmələrin mövcudluğuna və əlbəttə, müəssisənin müəyyən əraziyə malik ol-masına əsaslanır.
Təşkilati vəhdətlik idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin, vahid Nizamnamənin mövcudluğu ilə müəyyən olunur və bütün müəssisələr özlərinin ni-zamnamələri əsasında fəaliyyət göstərirlər. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda onların özləri tərəfindən, təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda isə onların (təsisçilərin) ümumi yığıncağı tərəfindən təsdiq edilir.
İqtisadi vəhdətlik isə öz əksini müəssisənin qarşısında duran iqtisadi və sosial vəzifələr, onların həlli üçün cəlb olunmuş istehsal resursları, həmçinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyində tapır. İqtisadi vəhdətlik material-enerci resurslarının və maliyyə vəsaitlərinin bütün növlərinin vahid dövriyyədə birləşdirilməsi ilə əldə olunur. Maliyyə vəsaitləri öz növbəsində, ümumi balansda (maliyyə planında) təsbit edilir.
Müəssisənin hüquqi şəxs səlahiyyətlərinə malik olması o deməkdir ki, o, müstəqil balansa malik olmaqla, bankda hesab aça və hesablaşma əməliyyatları apara bilər, digər müəssisə, təşkilat və idarə-lər, həmçinin ayrı-ayrı fiziki şəxslərlə müqavilə münasibətlərinə girə bilər.
Müəssisə hüquqi şəxs kimi iştirakçılarının tərkibindən asılı olmayaraq, prinsipcə, müddətsiz mövcud olur, ayrı-ayrı iştirakçılarının iradələri ilə üst-üstə düşməyən, müstəqil iradəyə və işti-rakçılarının mülkiyyətindən fərqli olan, xüsusiləşmiş mülkiyyətə malik olur, öz əmlakı ilə öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır, öz adından əqdlər bağlayır.
Müəssisə onun təsisçilərinin mülkiyyətindən fərqli olan xüsusiləşmiş əmlaka malikdir və bunun əmələ gəlməsi mənbələri aşağıdakılardır:
– təsisçilərin pul və maddi payları;
– məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən və habelə təsərrüfat fəaliyyətinin digər növlərindən alınan gəlirlər;
– qiymətli kağızların satışından əldə edilən gəlirlər;
– bank kreditləri və digər kreditlər;
– kapital qoyuluşu və büdcədən dotasiyalar;
– hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsaitlər;
– digər mənbələrdən daxil olan vəsaitlər.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məhdud miqdarda istehsal resurslarından istifadəyə dair qərarların qəbul edilməsi ilə əlaqədardır. Qərarların qəbulu səmərəlilik prinsipinə cavab verməli, müəssisənin fəaliyyətinə təsir göstərən bütün amilləri nəzərə almalı və qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır.
Müəssisədə istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsində üç amilin nəzərə alınması zəruridir:
a) məqsədlər (məqsədlər sistemi);
b) alternativlər (seçim imkanları);
c) xarici mühitin şərtləri.
Müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin qarşısında duran məqsədlər, qərarların qəbul edilməsi ilə əldə olunması arzu edilən son nəticələri özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə – fikrin məhdud mənasında – müəssisənin yaradılmasının əsas məqsədi onun təsisçilərinin maddi maraqlarıdır, onların rifah halının yaxşılaşdırılmasıdır. Bu isə mənfəətin maksimumlaşdırılması ilə bağlı olduğundan, müəssisənin istehsal-təsərrüfat fəaliyyəti, bütün hallarda, həmin məqsədin reallaşdırılmasına yönəldilir. Elə buna görə də mənfəətin mak-simumlaşdırılması xüsusi sahibkarlığın əsas hərəkətverici motividir, onun «lokomotividir».
Əsas məqsədlə əlaqədar müəssisələrin qarşısında konkret vəzifələr qoyulur və bunlara aşağıdakılar aiddirlər:
– ən az xərclə daha yüksək iqtisadi nəticələr əldə etmək;
– buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaşdırmaq və onun rəqabətqabiliyyətini artırmaq, yeni növ məhsulların hazırlanmasını və mənimsənilməsini təmin etmək;
– əmək məhsulldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
– elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq və ümumiyyətlə, normalaşdırma işlərini təkmilləşdirmək;
– istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək üçün zəruri təşkilati-texniki, iqtisadi və digər tədbirləri işləyib hazırlamaq və onları həyata keçirmək;
– müəssisənin rentabelli işləməsinə, material-enerci, əmək və maliyyə resurslarından səmərəli istifadə etməklə məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınmasına nail olmaq;
– əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq və sosial qəbildən olan məsələlərin həlli üçün tədbirlər işləyib hazırlamaq və bunları realizə etmək və s.
Alternativlər - qərar qəbul edən şəxsin qarşıya qoyulmuş məqsədləri reallaşdırmaq üçün sərbəst şəkildə seçə bildiyi, bir-birindən asılı olmayan tədbirlər variantlarını (problemin həlli variantlarını) əks etdirir. Müəssisənin seçim imkanlarını, əsasən, onun daxili mühiti müəyyən edir.
Müəssisənin daxili mühitini onun istehsal potensialı müəyyən edir. İstehsal potensialı yaradıcı xüsusiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün müəssisənin sərəncamında olan resursların məcmu-sudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin onların müvafiq nisbətdə qarşılıqlı inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir.
Müəssisənin istehsal potensialının əsas màùiyyÿti yeni məhsulların yaradılması ilÿ müÿyyÿn îlunur, onun elementləri isə hazırlanan məhsulun tələblərinə məqsədəuyğun şəkildə uyğunlaşdırılma-lıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə yetirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qarşısında qoyulan tələblərlə müəyyən edilir və onun səfərbərlik səviyyəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal vasitələri, informasiya və maliyyə vəsaitləri təşkil edir.
Müəssisədə informasiya öz tərkibinə görə kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdırılması və istehsal xərclərinə aid olan mə-lumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsalı texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiyaya gəlincə isə, onun əsasında istehsal heyətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür, istehsal prosesinin gedişinə nəzarət, uçot və tənzimləmə kimi funksiyaları həyata keçirirlər.
Müəssisə müəyyən xarici mühitdə fəaliyyət göstərir ki, bu mühit də onun işinin səmərəliliyinə və məqsədəuyğunluğuna bilavasitə təsir göstərir. Xarici mühitə məhsulun istehlakçıları, ekoloci du-rum, sosial vəziyyət, təchizatçılar, dövlət orqanları və müəssisənin yerləşdiyi ərazidə məskunlaşmış əhali aid edilir. Müəssisə özünün texniki-texnoloci və iqtisadi inkişafının ən vacib və strateci məq-sədlərini işləyib hazırlayarkən, bu məqsədlərin xarici mühit tərəfindən necə qəbul olunacağını əvvəlcədən müəyyən etməlidir; bu məsələdə xarici mühit amili mütləq nəzərə alınmalıdır.

Yüklə 27,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin