Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə32/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Ədəbiyyatla işləmə


Ədəbiyyatların axtarılmasında zaman aspektini nəzərdən atmaq olmaz. Elmi tədqiqat prosesinin başlanğıcında ədəbiyyat axtarışı və onların nəzərdən keirilməsi yüksək iş intensivliyi tələb edir. Təcrübələrə əsasən elmi işə sərf olunan ümumi vaxtın üçdə biri ədəbiyyat mənbələrinin axtarılmasına və elmi materialların toplanmasına sərf olunur.
Ədəbiyyat axtarışının texniki aspekti lazımi nəticəni əldə etmək üçün hansı mənbələrə müraciət etməyi təsvir edir. Burada iki prinsipə baxılır: 1) ikinci dərəcəli mənbədən orijinala və 2) qarışıq prinsip. Birinci hal bir çox cəhətdən əhəmiyyətlidir. İkinci dərəcəli mənbələr leksikonlar, lüğət və sorğu materialları şəklində hər bir kitabxanada yerləşir. Bu həm də qısa zamanda axtarılan mövzu ətrafında ümumi məlumatların əldə olunmasını asanlaşdırır. Sonda, oxucu vacib orijinal ədəbiyyatın ətraflı oxumasına istiqamətləndirilir. Mütaliəni orijinal mənbədən başlanması oxucunu o sahədə mövcud olan digər mənbələrdən uzaq salır. Bundan əlavə oxucuda bu mənbələrdə olan bilikləri əsas götürərək alternativ bilik və metodları inkar etmək təhlükəsi yaranır.
Ədəbiyyat axtarışının ən vacib aspekti ondan ibarətdir ki, oxucu mənbələrə baxdıqdan və analiz etdikdən sonra seçdiyi mövzunun aktuallığı haqqında qərar vermək iqtidarında olsun. Bunun əsasında ya elmi mövzunun tədqiqi dərinləşdirilir, ya da onun yenidən baxılmasına qərar verilir. Əks halda mövzunun işlənməsi zamanı kiçik və ya böyük problemlər ortaya çıxa və bu da qarşıya qoyulmuş məsələnin həllini ayrılan vaxtda həll etməyə maneəçilik törədə bilər.
Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində baxılan ədəbiyyatların kataloqlaşdırılması və seçilən məlumatların sistemləşdirilməsi vacibdir. Ədəbiyyatların sayı çoxaldıqca onların yaddaşda saxlanılması çətinləşir. Bu baxımdan tədqiqata yeni başlayan şəxsin hər hansı bir məlumatı yada salması üçün dönə-dönə eyni mənbəyə müraciət etməsi normal hal sayılır. Həmçinin ədəbiyyatların siyahısını tərtib etməyə çox vaxt sərf olunur. Ona görə də, baxılan ədəbiyyatların kataloqunu elektron şəkildə tərtib etmək ilkin görüləcək işlərə aid edilir. Virtual kartotekanın yaradılmasında hansı başlıqların daxil edilməsi ideyası hər bir tədqiqatçının özü tərəfindən yerinə yetirilir. Bu, kitab və ya məqalənin məzmunu və ya araşdırılan mövzu haqqında qeydlər, müəllifin elmi problemin həllinə dair ideyaları və s. ola bilər. Elektron kartotekanın cədvəl şəklində tərtib edilməsi daha əlverişlidir. Burada EXCEL proqramının köməyi ilə cədvəldəki məlumatları bu və ya digər terminlərə görə filtrasiya etmək mümkündür. Məsələn, əgər mənbələr müəllifin adı və familiyası ilə cədvələ sətir şəklində daxil edilərsə, bir-birindən çox uzaqda da olsalar onları qısa zamanda xüsusi funksiyanın köməyi ilə sütunlar boyunca qruplaşdırmaq mümkündür. Eyni qayda ilə ədəbiyyatları mövzulara, illərə və digər göstəricilərə görə qruplaşdırmaq olur.
Hər bir tədqiqatçının ədəbiyyat mənbələrindən əldə edilən mətnlərlə işləmək vərdişləri iş prosesində yaranır. Bir çoxları elə əvvəldən konspekt düzəldir. Bu iş metodu adətən tələbələrə xasdır. Ancaq çoxlu sayda xüsusi elmi ədəbiyyatları nəzərdən keçirmək lazım gəldikdə, belə konspektlərin sayı da sürətlə artır və sonda qarışıqlığa səbəb olur. Konspektləşdirmənin ikinci çatışmayan cəhəti ondan ibarətdir ki, o çox əmək və vaxt tələb edir. Ona görə də, ədəbiyytaları oxuduqda heç də dərhal konspektləşdirməyə tələsmək lazım deyil. Burada ilkin olaraq qısa qeydlərin aparılması və ədəbiyyat tam oxunduqdan sonra konspektin tərtibinə başlamaq olar. Əgər ədəbiyyat elektron şəkildə mövcuddursa onda kağızda qeyd əvəzinə vacib hissələri köçürüb ayrıca faylda yerləşdirmək olar.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin