Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat



Yüklə 0,79 Mb.
səhifə51/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Klaster metodu


Klaster (ingl. Clustering– toplama, cəmləmə) amerikalı pedaqoq Qabriel Riko tərəfindən işlənmiş kreativ yazma metodudur. Bu metod Ziqmund Freudun işlədiyi “sərbəst assosiasiya etmək” üsuluna əsaslanır. Yəni insan dərin düşünmədən təxəyyülünə gələni qeyd edir.
Sərbəst yazmadan fərqli olaraq burada assosiasiyalar zənciri sərbəst yox müəyyən struktura malikdir. Metodun əsasında seçilmiş mərkəzi söz ətrafında müxtəlif sərbəst assosiasiyaların cəmlənməsi durur. Klaster metodu ilə assosiasiyalar zəncirinin qurulma sxemi belə izah edilir:

    1. Klaster özəyin yaradılması ilə başlayır: Bir seçilmiş söz və ya fraza boş vərəqin ortasında yazılır və çevrəyə alınır.

    2. Sonra bu sözlə bağlı, beyində yaranan ilk ideyalar (assosiasiyalar) kağızda açar sözlər şəklində qeyd edilir. Hər bir assosiasiya çevrəyə alınır və məntiqi ardıcıllıqla özək sözlə oxla birləşdirilir. Heç də bütün assosiasiyalar özək sözlə birbaşa bağlanmır. Onların arasına tamamlayıcı ideyalar da daxil ola bilər. Qeyd olunmuş assosiasiyalar yoxlanmaya məruz qalmırlar. Şəkil 2–də “məhəbbət” sözünə yaradılmış klaster göstərilib.



Şəkil 2. Məhəbbət ifadəsi ilə bağlı assosiasiyalar strukturu.


Assosiasiyaların qeydində müəyyən ideyalar ardıcıllığına fikir verilir. Yəni, klasterdə qeyd edilmiş hər söz onunla bağlı assosiasiyalara əsasən müxtəlif istiqamətlərə hərəkət edə bilər. Bu halda “yeni mətni sınamağ”a can atılır. Beləliklə, gözlənilmədən yaranan ideyalar nə vaxtsa yazmağa impuls verərək sonradan əsas mətnin tərtibində tətbiq oluna bilər.
Klasterin vizual şəkildə tərtib edilməsi tədqiqatçının sağ və sol beyin yarımkürələri arasında funksional əlaqəni gücləndirir. Qabriele L. Riko qeyd edir ki, təbii yazma üçün vacib şərtlərdən biri ondan ibarətdir ki, yazma prosesində hər iki beyin yarımkürəsi aktiv iştirak etsin. Sol beyin yarımkürəsi məntiqi təfəkkürə malik olduğu halda, yəni informasiyaları ardıcıl işlədiyi halda, sağ beyin yarımkürəsi bir neçə informasiyanı eyni zamanda nəzərdən keçirə bilir. Sağ beyin yarımkürəsi hissələrin idarə mərkəzi rolunu oynayır. Burada müəllif verilmiş mövzuya aid öz sözlərini tapır, dilin ritmini müəyyənləşdirir, bənzətmə və emosional ifadələrini formalaşdırır. Ancaq təkcə bu hissədəki əqli fəaliyyət mətni istənilən şəkil- də tərtib eməyə kifayət etmir. Bunun üçün sol beyin yarımkürəsinin iştirakı önəmlidir, çünki burada sözlər qrammatik qaydalara uyğun düzülür.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin