"Mühasibat uçotu və audit" kafedrasında yerinə yetirilmişdir


  Banklarda  strateji  planlaşdırmanın  monitorinqinin  təkmilləşdiril-



Yüklə 472,83 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix03.11.2019
ölçüsü472,83 Kb.
#29501
1   2   3
Avtoreferat - Samir Gulahmedzade


7.  Banklarda  strateji  planlaşdırmanın  monitorinqinin  təkmilləşdiril-

məsi. 

 Müasir dövrdə bank sektorunun sabitliyinin qorunub saxlanması olduqca 

aktualdır ona görə ki, maliyyə sektorunda baş verən dəyişiklik ölənin iqtisadi 

inkişafına  təsir  göstərir.  Bütövlükdə  bank  sisteminin  sabitliyini  qiymətlən-

dirmək  üçün  ayrı-ayrı  kommersiya  bankının  maliyyə  baxımdan  sabit  bank 

təşkilatı  kateqoriyasına  aid  edilməsi  kriteriyasının  müəyyənləşdirilməsi  zə-

ruridir.  

Bank  sektorunun  maliyyə  sabitliyini  qiymətləndirərkən  kapitalın,  akiv-

lərin, əməliyyatların və risklərin,  gəlirliliyin, likvidliyin idarəediləsinin  key-

fiyyəti  göstəricilərinin  kompleks  halda  təhlil  edilməsi  zəruridir.  Bu  cür  ya-

naşma  maliyyə  sabitliyi  göstəricini  hesablamağa  və  bankın  hesabat  forma-

larının məlumatları üzrə operativ olaraq ümumiləşdirici nəticələr əldə etməyə 



 

21 


imkan  veirir.  Bank  statistikasında  bankın  maliyyə  sabitliyini  qiymətlən-

dirməyə imkan verən müxtəlif reytinq modellərindən də istifadə edilir. Belə 

modellərdə  yalnız  kəmiyyət  göstəricilərindən  (şəxsi  kapitalın  kifayətliliyi, 

rentabellik, aktivlərin artım dinamikası, bankın işgüzar fəallıq əmsalı, kredit 

portfelinin  dövriyyə  əmsalı,  kredit  portfelinin  təmin  edilməsi,  ani  likvidlik 

əmsalı və s.) isifadə edilir.  

Banklarda səmərəliliyinin qiymətləndirilməsinə mövcud yanaşma menec-

mentin  artan  təlabatlarını  daha  az  ödəyir.  Ona  görə  ki,  o,  maliyyə  göstəri-

cilərinə  əsaslanır.  Eyni  zamanda  bank  biznesinin  dəyərinə  qeyri-maddi 

aktivlər də (məşhur brend,  əməkdaşların bilik və təcrübələri,  müştərilərə və 

tərəfdaşlarla  münasibət,  mütərəqqi  texnologiyadan  istiadə,  dövlət  orqanları 

ilə  əlaqələr,  biznesin  sosial  məsuliyyəti  və  s.)  təsir  göstərir.  Digər  mühüm 

problem  strateji  vəzifələrin  yerinə  yetiriləsinə  nəzarətin  həyata  keçirilməsi 

çətinliyindən  ibarətdir.  Səmərəliliyin  açar  (mühüm)  göstəricilər  sisteminin 

qurulması rəhbərlərə imkan  verir ki,  diqqətlərini fəaliyyətin başlıca və prio-

ritet istiqamətlərinə yönəltsin.  

Səmərəliliyin  balanslaşdırılmış  göstəricilər  dörd  əsas  ünsürdən,  yaxud 

dörd  “perspektivdən”  istifadə  etdilir.  Bunlara  maliyyə,  müştəri,  istehlakçı-

larla  münasibət,  daxili,  biznes  proseslərinin  təşkili  və  perspektiv  təhsil  və 

inkişaf  aiddir.  Balanslaşdırılmış  göstəricilər  sisteminin  əsas  prinsipləri  iera-

xixlik, sistemlilik və çeviklikdir. 

Beləliklə,  araşdırma  göstərir  ki,  balanslaşdırılmış  göstəricilər  sistemi 

kommersiya  banklarının  fəaliyyətinin  monitorinqinin  və  strateji  planlaş-

dırılmasının mühüm vasitəsi kimi çıxış edə bilər. Müasir dövrdə əsas məsələ-

lərdən  biri  bu  sistemin  metodologiyasının  kommersiya  banklarının  strateji 

planlaşdırılmasının  konkret  vəzifələrinə  uyğunlaşdırılmasıdır.  Bu  yanaşma-

nın  mahiyyəti ondan ibarətdir ki, bank fəaliyyətinin əsaslandırılmış qiymət-

ləndirilməsini  həyata  keçirmək  üçün  yalnız  maliyyə  göstəriciləri  kifayət 

etmir.  Həmin  sistem  çərçivəsində  bank  biznesinə  aşağıdakı  istiqamətlərdə 

yanaşıb qiymətləndirməni həyata keçirmək olar: 

-birincisi, risklilik  göstəriciləri və yaradılan ehtiyyatların gözlənilən itki-

lərinin müəyyənləşdirilməsi, 

- ikincisi, bazarda bankın vəziyyətinin (müştərilərin sayı, bazarda payı və 

s.) müəyyənləşdirilməsi,  

-üçüncüsü,  daxili  biznes  prosersləri  ilə  (onların  təşkili  səviyyəsi  və 

səmərəliliyi) əlaqəliliyin təmin edilməsi, 

- nəhayət bankın kadr resurslarının inkişaf səviyyəsi.  

Tədqiqat işində bu cür yanaşma əsasında bankın maliyyə və qeyri-maliy-

yə  göstəricilərinin  balanslaşdırılmış  sistemini  əldə  etməyə  imkan  verən 

strateji biznes planı modelinin qurulması mərhələləri verilir.  

 


 

22 


8. Dissertasiyanın əsas müddəaları üzrə nəticələr və təkliflər.  

Tədqiqat işində bank fəaliyyətinin strateji planlaşdırılmasında auditin rolu 

və  onun  təşkilinin  nəzəri-metodoloji  və  praktiki  aspektləri  araşdırılmış, 

mühüm əhəmiyyəti olan aşağıdakı təkilif və tövsiyyələr formalaşdırılmışdır: 

1.Müasir bank təcrübəsində auditin təşkilinin müəyyənləşdirilmiş ümumi 

prinsip  və  qaydalarına  əsaslanaraq  mühüm  əhəmiyyəti  olan  audit  obyekti 

üçün  nəzarətin  standart  sxeminin  işlənib  hazırlanması  olduqca  vacibdir  və 

banklar  strateji  planda  öz  mövqeylərini  qoruyub  saxlaması  üçün  starateji 

planlaşdırmanın  auditinə  xüsusi  önəm  verməli  və  bu  sahənin  beynəlxalq 

standartlarından geniş istifadə etməlidirlər.  

2.  Strateji  planlaşdırma  sistemində  müəyyənləşdirilmiş  məqsədlər  və 

fəaliyyət  hədəfləri  prioritetliyinə  və  vahid  istiqamətliliyinə  görə  sisemləşdi-

ilməli  və  konkret  həyata  keçirilmə  müddətləri  ilə  əlaqələndirilməlidir. 

Strateji  planlaşdırma  prosesində  nəzərdə  tutulan  bütün  tədbirlər  bankın 

imkanları ilə əsaslandırılmalıdır.  

3.  Fikrimizcə,  ölkədə  və  dünya  təcrübəsində  iqtisadiyyatın  müxtəlif 

sektorlarının  inkişaf  problemlərinin  həll  edilməsi  və  bazar  subyektlərinin 

investisiya cəlbediciliyinin artırılması  məqsədilə geniş tətbiq edilən  güzəştli 

vergi  mexanizminin  (vergi  stimullaşdırılması)  bank  sektorunda  da  sınaqdan 

keçirilməsi məqsədəuyğun olardı.  

4.  Son  qlobal  böhrandan  sonra  bank  sisteminin  maliyyə  sabitliyinin 

qorunması  məqsədilə  beynəlxalq  miqyasda  yeni  tənzimləmə  mexanizmlə-

rinin  formalaşdırılması  istiqamətində  səylər  artıq  gücləndirilmişdir  (Bazel 

III). Bu vəziyyət ölkənin bank sektorunun sabitliyinin  yüksəldilməsini, tsik-

lik  və  riskin  likvidlik  çatışmazlığından  asılılığın  azaldılmasını,  kredit  port-

felinin  keyfiyyətinin  yüksəldilməsini,  korporativ  idarəetmənin  və  risklərin 

idarəedilməsinin  yaxşılaşdırılmasını,  həmçinin  kapital  bazarının  şəfflığının 

yüksəldilməsini  və  s.  tələb  edir.  Odur  ki,  növbəti  mərhələdə  ölkənin  bank 

sisteminin  strateji  fəaliyyət  prioritetləri  məhz  bu  çağırışlara  uyğun  olaraq 

müəyyənləşdirilməlidir.  

5.  Bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  məsləhətverici  sənədində  əks 

olunmuş  müddəaları  nəzərə  alaraq,  bizim  fikrimizcə  aşağıdakıların  həyata 

keçirilməsi zəruridir: 

-  daxili  auditin  funksiyalarına  aid  olan  daxili  sənədlərə  yenidən  baxıb, 

onları beynəlxalq standartlara və normativ sənədlərə uyğunlaşdırmaq,  

- bankın digər strukturları ilə qarşılıqlı fəaliyyətdə daxili auditin funksiya 

və vəzifələrini dəqiqləşdirmək,  

- daxili auditin müstəqilliyinə tələbləri yüksəltmək,  

-  daxili  auditin  keyfiyyətinin  yüksəldilməsi  proqramını  işləyib  hazır-

lamaq,  


 

23 


-daxili auditin fəaliyyətinin qiymətləndirilməsini müntəzəm həyata keçir-

mək, 


- tənzimləyici orqanlarla səmərəli qarşılıqlı münasibətləri qurmaq və s.  

6.  Strateji  risklərin  idarəedilməsi  sisteminin  təşkili  prosesinin  aşağıdakı 

ümumi prinsiplərə əsaslanması məqsədəuyğundur: 

- strateji riskin əlverişli səviyyəsinin müəyyənləşdirilməsi, aşkar edilməsi 

və  qiymətləndirilməsi  qaydasının  müəyyən  edilməsi,  strateji  riskin  mo-

nitorinqi, 

- strateji riskin əlverişli səviyyədə saxlanması üzrə tədbirlərin tətbiq edil-

məsi, o cümlədən riskin minimumlaşdırılmasına nəzarət, 

-  strateji  risklərin  idarə  edilməsi  məsələləri  üzrə  məşğul  olan  bankın 

struktur  bölmələrə  informasiyanın  təqdim  edilməsi  qaydasının  müəyyən 

edilməsi, 

-  strateji  risklərin  idarə  edilməsinin  əsas  prinsiplərinin  reallaşdırılması 

baxımından  məsuliyyətin  və  səlahiyyətlərin  bankın  əlaqədar  struktur  böl-

mələri arasında bölüşdürülməsi, 

- strateji risklərin idarəedilməsi səmərəliliyi üzərində nəzarətin həyata ke-

çirilməsi.  

7.  Strateji risklərin  idarə  edilməsi sisteminin təşkilinin aşağıdakı üç əsas 

istiqamətdə formalaşdırmasını məqsədəuyğun hesab etmək olar: 

-  risk  amillərinin  yaranmasına  yol  verməyən  tədbirlər  sistemi  (preventiv 

tədbirlər), 

-  risk  amillərinin  aşkar  edilməsi,  təhlili  və  qiymətləndirilməsi  üzrə 

tədbirlər sistemi (cari tədbirlər), 

-  aşkar  edilən  risk  amillərinin  optimallaşdırılması,  o  cümlədən  aradan 

qaldırılması üzrə tədbirlər sistemi (sonrakı tədbirlər).  

8.  Bank  bazarında  davam  edən  rəqabət  biznes  proseslərinin  cari  və 

perspektiv vəziyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa qadir adekat 

və real tətbiq edilən yeni analitik sistemlərdən istifadəni zəruri edir. Ona görə 

də  qeyd  edilənləri  ümumiləşdirərək  aşğıdakı  praktiki  töviyyələri  formalaş-

dırmaq olar: 

-  mühüm  biznes  proseslərini  təsvir  etmək  və  müəyyənləşdirmək  üçün 

balanslaşdırılmış göstəricilər sistemindən istifadə etmək,  

-  bankın  strateji  xəritəsini  qurmaq  və  əsas  məqsədlərin  əhəmiyətliyinə 

görə ranjirləşdirilməsini həyata keçirmək, 

-  məqsədlərə  nail  olma  nəticəliliyinin  mühüm  göstəricilərinin  hesab-

lanması  metodunu  müəyyən  etmək  və  onları  parametrlər  kimi  dinamik 

modelə daxil etmək. 

9.  Kapital  Bank  ASC-nin  fəaliyyətinin  və  maliyyə  strategiyasının  key-

fiyyətini  və  səmərəliliyini  xarakterizə  edən  göstəricilərin  səviyyəsinin  son 

illərlə  müqayisədə  aşağı  düşməsi  ölkənin  pul-kredit  sistemində  müşahidə 


 

24 


edilən  mənfi  meyllərlə  yanaşı  xarici  mühit  amillərinin  mümkün  təsirlərini 

qabaqcadan nəzərə almağa qadir səmərəli strategiyanın olmaması ilə də bağlı 

olmuşdur.  Lakin  təhlil  bir  sıra  göstəricilər  üzrə  bankın  fəaliyyətində  sabit-

liyin,  inkişaf  və  artım  üçün  ehtiyatlarının  olduğunu  göstərir.  Belə  şəraitdə 

bankın  maliyyə strategiyasının səmərəliliyinin artırılması və bu  əsasda bank 

əməliyyatlarının diversifikasiya dərəcəsinin yüksəldilməsi zəruridir. 



Dissertasiyanın  mövzusu  üzrə  müəllifin  aşağıdakı  işləri  çap  edilmiş-

dir: 

1.  “Banklarda  strateji  planlaşdırma  problemi  və  onun  tərtib  olunmasının 

vacibliyi”  (Milli  iqtisadiyyatın  inkişafı  və  səmərəliliyin  yüksəldilməsi 

(Beynəlxalq Elmi-Praktiki konfrans) – 2012-ci il Səh.746-749)  

2.  “Strateji  planlaşdırma  bankın  idarə  edilməsinin  və  inkişafının  müüm 

komponentidir” («Maliyyə və uçot» №12 Azərbaycan Respublikası Vergilər 

Nazirliyi – 2014-cü il səh. 29-32) 

3.  “Bank  sektorunun  maliyyə  sabitliyinin  statistik  təhlinin  bəzi  məsələ-

ləri”(  “Statistika  və  Cəmiyyət”  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsi  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  –  Elmi  praktik  kon-

fransin məqalə və tezisləri – 2014-cü il. Səh. 139-142) 

4.  “Azərbaycan  Respublikasında  bank  sektorunun  müasir  vəziyyətinin 

təhlili  və  inkişaf  perspektivləri”  (“Kooperasiya”  №  2(37)Azərbaycan 

Kooperasiya Universiteti – 2015-ci il. Səh. 122 – 129) 

5.  “Роль  стратегического  планирования  в  системе  банковского 

управления и организация аудита” (“Вестник D” Полоцкого Государст-

венного Университета № 13., г. Новополоцк, Витебская обл., Беларусь – 

2015-й год. Стр.59-62.) 

6. “Bank fəaliyyətində Strateji Risklərin idarəedilməsi və onun təkmilləş-

dirilməsi  istiqamətləri”  (“İpək  yolu”  №  3  Azərbaycan  Universiteti  2015-  ci 

il. Səh. 72-77).  

7.  “Banklarda  Kooperativ  idarəetmənin  təşkili  və  onun  keyfiyyətinin 

monitorinqi” (Gənc alimlərin və tədqiqatçıların 19-cu ümummilli konfransı – 

2015-ci il) 



 

 

25 


С.Ф. Гюльахмедзаде 

 

Роль аудита в стратегическом планировании  

деятельности банка 

 

Р Е З Ю М Е 

 

Диссертация  состоит  из  введение,  трех  глав,  вывода и  списка  лите-

ратуры. Общий объем диссертации 152 страницы. Были даны 5 таблиц, 

4 графика и 9 схем. 

Во введении указывается актуальность темы диссертации, цели и за-

дачи  исследования,  теоретико-методологические  основы,  объекты  ис-

следования,  информационная  база,  практическое  значение,  и  научные 

инновации.  

Первая  глава  исследования  называется  «Теоретико-методологи-

ческие  вопросы  стратегического  планирования  и  его  аудита  в  системе 

стратегического  управления  банка.  В  этой  главе  исследуются  суть 

стратегического  планирования,  его  роль  и  важность  как  основного 

компонента  развития  в  управлении  банков,  а  также  этапы  и  особен-

ности  стратегического  планирования  в  банках.  В  том  числе  иссле-

дуются, также роль, необходимость и этапы организация аудита в стра-

тегическом планировании банков,  

Вторая глава диссертации называется  "Современное  состояние  и 

особенности  организации  аудита   в  стратегическом  планирова-

нии Азербайджанских банков ".  В  этой  главе  на  основе  официальной 

статистики  анализируется  текущее  состояние  банковского  сектора  в 

Азербайджанской  Республике,  текущее  состояние  внедрения  стра-

тегического  планирования,  стандарты  внедрения  корпоративного 

управления,  международная  практика,  а  также  организация  аудита  в 

стратегическом планировании, 

Третья  глава диссертации называется  «Направления  совершенство-

ваний стратегического управления и организаций аудита в банках Азер-

байджана». В  этой  главе исследуются  организация  внутреннего  и 

внешнего аудита в стратегическом планировании, управление стратеги-

ческих рисков в деятельности банка и совершенствование мониторинга 

стратегического планирования. В последствии формируются теоретиче-

ски и практически значимые предложения и рекомендации.  


 

26 


S.F. Gulahmedzade 

 

The role of audit in the bank's strategic                                                    

planning activities 

 

S U M M A R Y 

 

The thesis consists of an introduction, three chapters, a conclusion and a 



list of bibliography. The total volume of the thesis is 152 pages which were 

depicted in 5 tables, 4 graphics and 9 schemes. 

The  relevance  of  the  thesis  topics,  objectives  and  research  tasks, 

theoretical  -  methodological  foundations,  aims  of  the  research,  information 

base,  the  practical  values,  and  scientific  innovation  were  indicated  in  the 

introduction part. 

The  first  chapter  of  the  research  was  named  the  "Theoretical  and 

methodological  issues  of  strategic  planning  and  audit  in  the  strategic 

management  of  the  bank  system”.  In  this  chapter  we  have  explored  the 

essence  of  strategic  planning  as  well  as  its  role  and  importance  as  a  major 

component  in  the  development  of  the  bank's  management.  Also,  we  have 

included  the  role,  necessity, stagesand  features  of  audit  organization  in  the 

strategic planning of the banks. 

The  second  chapter  was  named  the  "Current  state  and  especially  the 

organization  of  an  audit  in  the  strategic  planning  of  Azerbaijani  banks."  In 

this  chapter,  based  on  official  statistics  the  following  were  thoroughly 

examined-  the  current  state  in  banking  sector  in  Azerbaijan  Republic,  the 

current state of implementation of the strategic planning, the implementation 

of the standards of corporate governance, the international practice, the audit 

organization in strategic planning. 

The third chapter of the dissertation is called "Areas of Improvements in 

strategic  management  and  organization  audit  in  Azerbaijani  banks."  It 

includes  exploring  the  organization  of  internal  and  external  audit  in  the 

strategic  planning,  managing  of  strategic  risks  in  the  bank's  activities  and 

improving  strategic  planning  in  monitoring  as  well  as  emerging  theoretical 

and practical importance of the proposals and recommendations. 

 

 


 

27 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Kağız formatı: 60х84 1/16 

Həcmi: 1,5 f.ç.v. Tirajı: 100 

 

Qanun Nəşriyyatı 



Bakı, Azərbaycan, AZ1102 

Tbilisi pros., 76 

Tel.: (+994 12) 431-16-62; 431-38-18 


 

28 


МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

АЗЕРБАЙДЖАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ  

ЭКОНОМИЧЕСКИЙ УНИВЕРСИТЕТ 

 

 



 

На правах рукописи  

 

 



 

 

ГЮЛЬАХМЕДЗАДЕ САМИР ФАРМАН оглы 

 

 



РОЛЬ АУДИТА В СТРАТЕГИЧЕСКОМ ПЛАНИРОВАНИИ 

ДЕЯТЕЛЬНОСТИ БАНКА  

 

 



 

 

Специальность: 5303.01 – «Бухгалтерский учет» 

 

 

 



А В Т О Р Е Ф Е Р А Т 

 

диссертации на соискание ученой степени  

доктора философии по экономике 

 

 



 

 

 



 

 

БАКУ – 2016 



Yüklə 472,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin