"Mühasibat uçotu və audit" kafedrasında yerinə yetirilmişdir



Yüklə 472,83 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix03.11.2019
ölçüsü472,83 Kb.
#29501
  1   2   3
Avtoreferat - Samir Gulahmedzade


 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

 

Əlayazması hüququnda 

 

 

 

 

GÜLƏHMƏDZADƏ SAMİR FƏRMAN OĞLU 

 

 

BANK  FƏALİYYƏTİNİN  STRATEJİ PLANLAŞDIRILMASINDA 

AUDİTİN ROLU 

 

 

 

İxtisas: 5303.01 – «Mühasibat uçotu» 

 

 

 

 

 

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 

təqdim olunmuş dissertasiyanın 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

 

 

BAKI – 2016 

 



Dissertasiya işi Azərbaycan Kooperasiya Universitetinin  



“Mühasibat uçotu və audit” kafedrasında yerinə yetirilmişdir. 

 

 



 

 

Elmi rəhbər:                 Yaqubov Sakit Məmədi oğlu  

         İqtisad elmləri doktoru, professor 

 

Rəsmi opponentlər:     Abbasov Qəzənfər Əli oğlu  

                                       İqtisad elmləri doktoru, professor 

 

                                       Ziyadxanov Nofəl Ziyadxan oğlu 



                                       İqtisad elmləri namizədi  

 

 



Aparıcı təşkilat:           Azərbaycan Respublikasının Dövlət  

                                       Statistika Komitəsi  

 

 

 



Dissertasiyanın müdafiəsi 23 sentyabr 2016-cı il saat 16:00-da 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  FD  02.052  Dissertasiya 

Şurasının iclasında keçiriləcəkdir.  

Ünvan:  AZ  1001,  Bakı  şəhəri,  İstiqlaliyyət  küçəsi  6,  Azərbaycan 

Dövlət İqtisad Universitetinin Dissertasiya Şurası.  

Dissertasiya işi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxa-

nasında tanış olmaq olar.  

Avtoreferat "____ " avqust 2016-cı il tarixində göndərilmişdir.  

 

 

 



 

 

 



FD.02.052 Dissertasiya Şurasının  

elmi katibi, i.e.n.                                                          S.A.Abbasova 

 



İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 



 

Mövzunun  aktuallığı:  "Azərbaycan  2020:  gələcəyə  baxış"  inkişaf  kon-

sepsiyasıyasında  ölkə  iqtisadiyyatının  şaxələndirilməsi  və  onun  innovasiya 

yönümdə inkişafı dövlətimizin strateji hədəfi kimi müəyyənləşmişdir. Təcrü-

bə göstərir ki, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması  və onun 

çoxtərəfli  inkişafı  uyğun  bank  sistemi  olmadan  mümkün  deyildir.  Sosial-

iqtisadi  inkişaf  sahəsində  müəyyənləşdirilmiş  strateji  hədəflər  çərcivəsində 

ölkənin  bank  sistemi  perspektivdə  mühüm  innovasiya  sektoruna  çevrilməli 

və  onun  innovasiya  xarakterli  iqtisadiyyatın  formalaşdırılmasında  rolu 

artmalıdır. Ölkənin sosial-iqtisadi inkişafının  konseptual  xarakterli  hədəfləri 

içərisində  Azərbaycan  iqtisadiyyatının  strateji  maraqlarına  uyğun  müasir 

rəqabət  qabiliyyətli  bank  sektorunun  formalaşdırılması  məsələsi  də  mühüm 

yer almışdır. Bu cür yanaşma ölkədə bank sektorunun yeni inkişaf modelinin 

formalaşdırılmasını,  onun  sabitliyinin  təmin  edilməsini,  iqtisadiyyatın  müx-

təlif sahələrinin maliyyələşdirilməsində bankların rolunun artırılmasını, stra-

teji planda keyfiyyət amillərinə üstünlük verilməsini və s. zəruri edir.  

Bank sektorunda risk yönümlü nəzarətin geniş  miqyasda tətbiqi üçün ilk 

növbədə müvafiq konsepsiyanın işlənib hazırlanması, banklarda riskləri idarə 

etmək  məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi əsas risk kate-

qoriyalarının  qiymətləndirilməsi  üçün  yeni  metodoloji  yanaşmanın,  daxili 

nəzarətin  və  risklərin  idarəetmə  sisteminin  formalaşdırılması  tələb  olunur. 

Belə  şəraitdə  kommersiya  banklarının  fəaliyyətində  strateji  planlaşdırmanın 

inkişafı  və  auditin  rolunun  gücləndirilməsi  aktual  məsələlərdən  biri  kimi 

diqqəti cəlb edir. Təcrübə göstərir ki, kommersiya banklarının səmərəli fəa-

liyyəti  və bazarda strateji  mövqeyinin qorunub saxlanması daha çox strateji 

planlaşdırmanın  və  bank  daxili  planlaşdırmanın  necə  təşkilindən  asılıdır. 

Bunlarla  yanaşı  bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  tövsiyyələrinin  dün-

yanın  və  ölkənin  bank  təcrübəsində  tətbiq  edilməsi  bu  məsələnin  aktual 

olduğunu deməyə əsas veririr.  

Müasir  dövrdə  kommersiya  banklarını  onların  fəaliyyətlərinin  strateji 

planlaşdırması deyil, daha çox operativ tərəfləri düşündürür. Bazar iqtisadiy-

yatının inkişafı  və  maliyyə bazarında rəqabətin  güclənməsi şəraitində bank-

ların  fəaliyyətində  strateji  planlaşdırmanın  təşkili  və  ondan  müntəzəm  isti-

fadə  edilməsini  tələb  edir.  Artıq  rəqabət  yalnız  bank  məhsulları  və  xid-

mətlərində  deyil,  həm  də  planlaşdırma  mexanizmində,  risk  və  qeyri-müəy-

yənlik  şəraitində  düzgün  idarəetmə  qərarlarının  qəbul  edilməsinə  imkan 

verən strateji inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsində baş verir.  



 

Beləliklə,  bütün  bu  qeyd  edilənlər  tədqiqat  mövzusunun  aktuallığını  və 



praktik  əhəmiyyət  kəsb  etdiyini  göstərir  və  dissertasiya  mövzusu  bunların 

konteksində əsaslandırılmışdır. 



Problemin öyrənilmə səviyyəsi: Strateji planlaşdırmanın nəzəri və meto-

doloji  tərəflərinin  araşdırılmasına  çoxsaylı  elmi  tədqiqat  işləri  həsr  olun-

muşdur. Xarici ölkələrin bank təcrübəsində strateji planlaşdırmanın və onun 

auditinin  təşkili  məsələləri  geniş  tətbiq  edildiyindən  təbii  ki,  bu  işlərin  ək-

səriyyəti  xarici  ölkələrin  tədqiqatçılarının  payına  düşür.  Tədqiq  edilən 

problemin bu və ya digər tərəflərinin araşdırılmasına xarici ölkələrin alimlə-

rindən  -  İ.Ansoff,  N.  Bakster,  T.Berrell,  X.U.Deriq,  P.Druker,  F.Kotler, 

F.Porter,  Norton,  Kaplan,  Н. А. Тысячникова,  Ю. Н. Юденков,  В.Д.  Доро-

феев, Т.Ю, Морозова, Т.Н. Адамов və s. əsərlərində geniş rast gəlinir.  

Ölkənin  bank  təcrübəsində  strateji  planlaşdırmadan  istifadə  səviyyəsinin 

zəif olması səbəbindən onun nəzəri-metodoloji və praktiki aspektlərinin araş-

dırmasına kifayət qədər diqqət yönəldilməmişdir. Lakin buna baxmayaraq bu 

problemin bəzi tərəfləri, xüsusilə banklarda auditin təşkili ilə bağlı məsələlər 

ölkənin iqtisadçı alimlərindən - Z.Ə.Səmədzadə, V.Növruzov, İ.M Abbasov, 

S.M.  Səbzəliyev,  Q.Ə.Abbasov,  S.Y.Мüslümov,  D.A.  Bağırov,  Z.F.Məm-

mədov, M.M.Bağırov və s. əsərlərində toxunulmuşdur.  



Tədqiqatın məqsədi və vəzifəsi: Dissertasiya işinin məqsədi bank fəaliy-

yətinin  strateji  planlaşdırmasında  auditin  rolunu,  onun  nəzəri-metodoloji  və 

praktiki  tərəflərini  araşdırmaq  və  onun  təkmilləşdirilməsi  üzrə  əsaslandırıl-

mış təklif və tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.  

Məqsədə  uyğun  olaraq  aşağıdakı  vəzifələr  qarşıya  qoyulmuş  və  yerinə 

yetirilmişdir: 

-bankın  idarə  edilməsi  və  inkişafının  mühüm  komponenti  kimi  strateji 

planlaşdırmanın rolunu araşdırmaq; 

-  beynəlxalq  təcrübə  əsasında  bankın  strateji  planlaşdırılmasında  auditin 

rolunun  gücləndirilməsi  zəruriliyini  əsaslandırmaq  və  təşkili  mərhələlərini 

müəyyənləşdirmək; 

-  Azərbaycanın  bank  sektorunun  inkişafının  müasir  vəziyyətini,  onun 

inkişaf  xüsusiyyətlərini  təhlil  etmək  və  strateji  planlaşdırmanın  auditinin 

müasir tələblərini müəyyənləşdirmək; 

-  banklarda  korporativ  idarəetmənin  təşkili  standartlarını  və  beynəlxalq 

təcrübəni  öyrənmək  və  ölkənin  bank  təcrübəsində  tətbiqi  imkanlarını  əsas-

landırmaq;  

-  bankda  strateji  məqsədlərin  nəticəliliyinin  qiymtələndirilməsi  üçün 

balanslaşdırılmış göstəricilər sisteminin tətbiqi zəruriliyini əsaslandırmaq; 


 

-  banklarıda  strateji  risklərin  idarəedilməsi  və  strateji  planlaşdırmanın 



monitorinqinin  və  auditinin  təkmilləşdirilməsi  istiqamətlərini  müəyyənləş-

dirmək.  



Tədqiqatın obyekti: Kommersiya bankları (o cümlədən, “Kapital Bank” 

ASC).  


Tədqiqatın predmeti kommersiya banklarının fəaliyyətinin strateji plan-

laşdırılmasının formalaşdırılması və onun auditinin həyata keçirilməsi prose-

sində yaranan sosial-iqtisadi münasibətlərin məcmusudur.  

 Tədqiqat işinin elmi yeniliyi: 

-  bank  fəaliyyətinin  strateji  planlaşdırılmasının  nəzəri  əsasları  təhlil 

edilmiş  və  bankın  rəqabətqabliyətliyinin  yüksəldilməsində  strateji  planlaş-

dırmanın rolunun vacibliyi əsaslandırılmışdır; 

- banklarda strateji planlaşdırmanın təşkili mərhələləri dəqiqləşdirilmiş və 

xüsusiyyətləri müəyyənləşdirilmişdir; 

-  strateji  planlaşdırmanın  formalaşdırılmasına,  onun  fəaliyyət  səmərəli-

liyinə təsir edən daxili və xarici amillər təsnifatlaşdırılmışdır;  

-  beynəlxalq  təcrübə  əsasında  bankın  strateji  planlaşdırılmasında  auditin 

rolunun gücləndirilməsi zəruriliyi əsaslandırılmış və onun təşkili mərhələləri 

göstərilmişdir; 

-  Azərbaycanın  bank  sektorunun  inkişafının  müasir  vəziyyəti  təhlil  edil-

miş  və  strateji  planlaşdırmanın  auditinin  müasir  tələbləri  müəyyənləşdiril-

mişdir;  

-  banklarda  korporativ  idarəetmənin  təşkili  standartları  və  beynəlxalq 

təcrübə  öyrənilmiş  və  ölkənin  bank  təcrübəsində  tətbiqi  imkanları  əsaslan-

dırılmışdır;  

-  bankın  strateji  məqsədlərinin  nəticəliliyinin  qiymtələndirilməsi  üçün 

balanslaşdırılmış göstəricilər sisteminin tətbiqi zəruriliyi əsaslandırılmışdır; 

- banklarda strateji risklərin idarəedilməsi və strateji planlaşdırmanın monito-

rinqinin və auditinin təkmilləşdirilməsi istiqamətləri təklif edilmişdir. 

-bankın  strateji  planlaşdırılması  istiqamətlərinə  operativ  şəkildə  vacib 

dəyişklikləri həyata keçirməyə imkan verən balanslaşdırılmış göstəricilər sis-

temi əsasında monitorinq sisteminin qurulması təklif edilmişdir. 

Tədqiqat işinin nəzəri və praktili əhəmiyyəti: Tədqiqat prosesində əldə 

edilən nəzəri, metodiki və praktiki nəticələrin iqtisadiyyatın və bank xidməti 

bazarının  dinamik  dəyişdiyi  şəraitdə  bank  fəaliyyətinin  starteji  planlaşdı-

rılması  metodlarının  işlənib  hazırlanmasında,  onun  auditinin  təşkilinin  və 

monitorinqinin  beynəlxalq  standartlara  uyğunlaşdırılması,  həmçinin  strateji 

risklərin  qiymətləndirilməsi  metodlarının  təkmilləşdirilməsi  istiqamətlərinin 



 

müəyyənləşdirilməsi  üzrə  konkret  tövsiyyələrin  formalaşmasında  mühüm 



əhəmiyyəti ola bilər.  

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  bank  sisteminin  təşkili  və  tən-

zimlənməsi  sahəsində  qəbul  edilmiş  qanunlar,  normativ  -  hüquqi  sənədlər, 

bank  fəaliyyətinin  strateji  planlaşdırmasının  formalaşdırılması  metodlarını, 

prinsiplərini  və  qanunauyğunluqlarını  tədqiq  edən  xarici  və  ölkə  alimlərin 

elmi  əsərləri,  həmçinin  bank  sisteminin  strateji  inkişafı  üzrə  proqramlar  və 

konsepsiyalar təşkil edir.  

Tədqiqat  prosesində  sistemli  yanaşmadan,  müqayisəli  təhlildən,  qrafik 

üsuldan,  bank  fəaliyyətinin  səmərəliliyinin  balanslaşdırılmış  göstəricilər 

sistemindən və s. istifadə edilmişdir.  

Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  icmalları,  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 

illik məcmuələri, kommersiya banklarının hesabatları, rəsmi internet saytları, 

dövrü mətbuatın məlumatları və. s. təşkil etmişdir.  



Tədqiqatın  nəticələrinin  sınaqdan  keçirilməsi  və  istifadə  edilməsi: 

Tədqiqat işinin  əsas  müddəaları və nəticələri respublika  VI  beynəlxalq  əhə-

miyyətli elmi-praktiki konfranslarda edilmiş məruzələrdə verilmişdir:   

-“Banklarda  strateji  planlaşdırma  problemi  və  onun  tərtib  olunmasının 

vacibliyi”,  Milli  iqtisadiyyatın  inkişafı  və  səmərəliliyin  yüksəldilməsi, 

Beynəlxalq Elmi-Praktiki konfrans, 2012-ci il. 

- “Bank sektorunun maliyyə sabitliyinin statistik təhlinin bəzi məsələləri”, 

“Statistika  və  Cəmiyyət”  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komi-

təsi  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Elmi  praktik  konfransin 

məqalə və tezisləri, 2014-cü il. 

- “Banklarda  Korporativ  idarəetmənin  təşkili  və  onun  keyfiyyətinin  mo-

nitorinqi”,  Gənc  alimlərin  və  tədqiqatçıların  19-cu  ümummilli  konfransı, 

2015-ci il. 

Tədqiqatdan irəli gələn təkliflər “Parabank” ASC-nin İdarə Heyətinə təq-

dim  edilmiş  və  ondan  strateji  risklərin  qiymətləndirilməsi  metodikasının 

təkmilləşdirilməsi  istiqamətlərinin  hazırlanmasında  istifadə  edilmişdir   

(2015-ci il). 

Dissertasiya işinin quruluşu və həcmi: Dissertasiya giriş, üç fəsil, nəticə 

və  istifadə  edilmiş  ədəbiyyat  siyahısından  və  əlavələrdən  ibarətdir.  Onun 

ümumi  həcmi  152  səhifədir.  İşdə  5  cədvəl,  9  sxem  və  4  qrafik  verilmişdir. 

Dissertasiyanı yazılması prosesində 104 ədəbiyyatdan istifadə edilmişdir.  



 

 



İŞİN ƏSAS MƏZMUNU 

 

1.  Bankın  idarəedilməsi  sistemində  strateji  planlaşdırmanın  nəzəri 

metodoloji əsasları. 

Strateji planlaşdırma nəinki bank həmçinin, istənilən təşkilat üçün vacib-

dir  və  dünya  təcrübəsində  onun  haqqında  geniş  təsəvvür  vardır.  Strateji 

planlaşdırma  strateji  idarəetmənin  tərkib  hissəsidir  və  əsas  məqsədi  strateji 

təhlil  vasitəsilə idarəetmə qərarlarını qəbul etməkdir.  Araşdırma nəticəsində 

bu  idarəetmə  sistemi  üçün  müxtəlif  amillərin  dəyişkənliyinin  nəzərə  alın-

ması,  kampaniyanın  daxili  imkanlarının  və  onun  inkişafına  xarici  amillərin 

təsirinin  təhlil  edilməsi,  daxili  imkanlardan  daha  yaxşı  istifadə  yollarının 

axtarıb tapılması və alternativ qərarların qəbul edilməsi kimi xüsusiyyətlərin 

xarakterik olduğu əsaslandırılmışdır.  

Strateji idarəetmə konsepsiyasının işlənib hazırlanması zəruriliyini müəy-

yən edən amillər əsasən aşağıdaklar olmuşdur: 

-sənaye-maliyyə  qruplarının  yaranmasına  gərtirib  çıxaran  inteqrasiyya 

proseslərinin güclənməsi; 

-  biznesin  qloballaşması  nəticəsində  transmilli  kampaniyalar  tərəfindən 

dünyaya  bütöv  bir  sistem  kimi  baxılması,  milli  fərqlərin  aradan  qaldırıl-

masına üstünlüyün verilməsi və istehlakın çoğrafiyasının genişlənməsi;  

- yüksək idarəetmə həlqəsinin rolunun artması; 

- xarici mühitin qeyri-sabitliyinin güclənməsi, gözlənilməz dəyişikliklərin 

və onların əvvəlcədən müəyyənləşdirilə bilməməsi ehtimalının artması. 

Müasir idarəetmə təcrübəsində operativ və strateji idarəetmə bir-birindən 

fərqləndirilir.  

Operativ idarəetmədən fərqli olaraq strateji idarəetmədə əsasən kampani-

yanın  müasir  vəziyyəti,  kampaniyanın  perspektivdə  arzu  və  istəklərə  nail 

olma  üsulları  kimi  məsələlərə  prioritetlik  verilir.  İdarəetmə  sistemində  stra-

teji idarəetmə mühüm rol oynayır və strateji planda baş verən dəyişikliklərin 

çevik qiymətləndirilməsi və onlara daim nəzarət edilməsi starteji inkişafının 

formalaşdırılmasının əsas mahiyyətini təşkil edir.  

Srateji idarəetmənin ilkin şərti təşkilatın inkişafı ilə bağlı konkret strateji 

qərarların işlənib hazırlanması və qəbul edilməsidir. Strateji qərarlar dedikdə 

gələcəyə istiqamətlənən və idarəetmə qərarlarının qəbulu üçün əsas yaradan, 

qeyri-müəyyənliklə bağlı olan idarəetmə qərarları başa düşülür.  

Təcrübə göstərir ki, starteji idarəetmənin  uğurla həyata keçirilməsi onun 

prinsiplərinin  düzgün  müəyyənləşdirilməsi  ilə  birbaşa  bağlıdır.  Iqtisadi 

ədəbiyyatda  starteji  idarəetmənin  prinsiplərinə  yanaşmalar  müxtəlifdir.  İşdə 

starteji idarəetmənin əsas prinsipləri müəyyənləşdirilir. 

Strateji planlaşdırma məqsədlərinə və həll edilən vəzifələrin miqyaslığına 

görə  bir-birindən  fərqlənir.  Fikrimizcə,  strateji  planlaşdırmanın  üç  əsas 



 

funksiyasını  proqnozlaşdırma,  strategiyanın  və  biznes  planlaşdırmanın 



işlənib hazırlanmasını bir-birindən fərqləndimək lazımdır. Strateji idarəetmə 

təcrübəsində  strateji  və  taktiki  planların  yerinə  yetirilməsini  təşkil  etmək 

məqsədilə  planların  müvafiq  qrafikləri  işlənib  hazırlanır,  həvəsləndirmə 

sistemləri  tətbiq  edilir,  monitorinq  və  onların  həyata  keçirilməsinə  nəzarət 

sistemləri və s. qurulur.  

Bazar  iqtisadiyyatının  mühüm  institutlarından  olan  banklarda  inkişaf 

strategiyasının  olmasının  zəruriliyi  banklara  nəzarət  üzrə  Bazel  komitəsinin 

tövsiyyəsində də xüsusi olaraq vurğulanır. Bu sənəddə bankın inkişaf strate-

giyası  risk  yönümlü  idarəetmə  sisteminin  mühüm  amillərdən  biri  kimi  xa-

rakterizə  olunur.  Fikrimizcə,  qəbul  edilmiş  strateji  qərarlar  bankın  sabit  və 

səmərəli fəaliyyətinin əsasını təşkil edir və ona görə də hər bir bank strateji 

planda  əlverişli  mövqeyini  saxlaması  üçün  bu  məsələyə  önəm  verməsi  ol-

duqca zəruridir.  

Bankın  idarəedilməsi  sisteminin  mühüm  ünsürü  kimi  strateji  planlaş-

dırılmadan  xarici  ölkələrin  bank  təcrübəsində  xeyli  müddətdir  ki  istifadə 

edilir.  Təcrübə  göstərir  ki,  strateji  planlaşdırmanın  bank  fəaliyyətinin  ayrıl-

maz  ünsürünə  çevrilməsinə  bu  sektorda  rəqabətin  artması  səbəb  olmuşdur. 

Eyni zamanda bank əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi zəruriliyi, 

bank  idarəçiliyində  yeni  yanaşmaların  tətbiq  edilməsi,  maliyyə  əlaqələrin 

güclənməsi,  rəqabətin  beynəlxalq  səviyəyə  çıxması,  yeni  maliyyə  bazar-

larının  yaranması  və  maliyyələşdirmənin  xarakterinin  dəyişməsi  də  strateji 

planlaşdırmanın  geniş  tətbiqinə  zəmin  yaratmışdır.  Strateji  plan  bilavasitə 

bankın  gələcək  fəaliyyətinin  inkişaf  istiqamətlərini  müəyyənləşdirir  və  baş 

verə biləcək böhrandan “qaçma” imkanını yaradır və məqsədi konkert bazar 

şəraitində bankın fəaliyyət strategiyasını və onun əsas məqsədlərini müəyyən 

etməkdir.  

Strateji  təhlildə  bir  çox  tədqiqatın  metodlarından  geniş  istifadə  edilir. 

Strateji təhlilin ən geniş yayılmış metodikası SWOT (Stronghts - güclü tərəf-

lər, Weaknesses - zəif tərəflər, Opportunities - imkanlar, Threats - təhlükələr) 

təhlildir.  SWOT  təhlilinin  məntiqi  davamı  fəaliyyətin  maliyyə  tərəflərinə 

diqqəti  yönəltməyə  imkan  verən  SPACE  metodudur.  Bu  qeyd  edilən 

metodlarla aparılan strateji təhlil bankın strateji məqsədlərini əsaslandırmağa, 

uzunmüddətli  vəzifələri  müəyyənləşdirməyə  və  onların  həyata  keçirilməsi 

yollarını əsaslandırmağa imkan veirir.  

Bank  təcrübəsində  strateji  planlaşdırma  çoxsaylı  vəzifələr  yerinə  yetirir. 

Strateji planlaşdırmada iki yanaşmanı bir-birindən fərqləndirirlər. Bunlardan 

biri  ənənəvi  yanaşamadır  və  o,  bankın  yuxarı  rəhbərliyi  tərəfindən  stra-

tegiyasının  işlənib  hazırlanmasını  nəzərdə  tutur.  Başqa  sözlə  desək,  bu 

yanaşma  bazarda  vəziyyətin  dəyişəcəyinin  əvvəlcədən  xəbər  verilməsi 

konsepsiyasına əsaslanır. Bundan fərqli olaraq yeni yanaşma çoxsaylı strateji 



 

ideyalara  istiqamətlənməni  nəzərdə  tutur.  Bu  zaman  bankın  gələcək  in-



kişafının müxtəlif variantları işlənib hazırlanır və onlardan ən səmərəlisi se-

çilir. Beləliklə, araşdırma göstərir ki, bankın strateji planlaşdırılması prosesi 

çoxşaxəli və eyni zamanda çoxmərhələlidir. 

 2. Bankın strateji planlaşdırılmasında auditin nəzəri-praktiki məsələləri. 

Auditor fəaliyyəti həm auditor firmaları yaxud müstəqil auditorlar tərəfin-

dən,  həm  də  fəaliyyəti  auditor  yoxlanmasına  məruz  qalan  təşkilatın  ixti-

saslaşmış  strukturu  tərəfindən  həyata  keçirilir.  Hər  iki  növ  auditin  sonda 

ümumi  məqsədi bir çox  cəhətdən üst-üstə  düşür ki, bu  da nəzarətdir. Lakin 

onların fəaliyyətinin məzmununda və xarakterində mühüm fərqlər vardır.  

Kənar  (xarici) auditlə  müqayisədə  daxili  auditin  başqa  xüsusiyyəti,  təyi-

natı  və  təşkili  qaydası  vardır.  Ümumi  qəbul  edilmiş  qaydaya  əsasən  daxili 

auditin  ümumi  vəzifəsi  təşkilata  vəzifə  və  funksiyalarını  səmərəli  yerinə 

yetirməkdə kömək etməkdir. Auditin nəticələri və onların qiymətləndirilməsi 

audit  obyekti  üçün  xarakterik  olan  daxili  nəzarət  sisteminin  səviyyəsi  haq-

qında  müfəssəl  təsəvvür  əldə  etməyə  imkan  verir.  Fikrimizcə,  müasir  bank 

təcrübəsində  auditin  təşkilinin  müəyyənləşdirilmiş  ümumi  prinsip  və  qay-

dalarına  əsaslanaraq,  mühüm  əhəmiyyəti  olan  audit  obyekti  üçün  nəzarətin 

standart  sxeminin  işlənib  hazırlanması  olduqca  vacibdir  və  banklar  strateji 

planda  öz  mövqeylərini  qoruyub  saxlaması  üçün  starateji  planlaşdırmanın 

auditinə  xüsusi  önəm  verilməli  və  bu  sahənin  beynəlxalq  standartlarından 

geniş istifadə edilməlidir.  

3.  Azərbaycan  Respublikasında  bank  sektorunun  cari  vəziyyətinin 

təhlili.  

Ölkə  iqtisadiyyatının  modernləşdirilməsi  və  innovasiya  yönümlüyünün 

gücləndirilməsi  üzrə  miqyaslı  vəzifələrin  qarşıya  qoyulduğu  hazırki  mərhə-

lədə  bank  sistemi  öz  fəaliyyətinin  keyfiyyəti  və  səmərəliliyini  artırmalıdır. 

Araşdırılan  dövrdə  bank  sisteminin  müsbət  inkişaf  meyli  saxlanmış  və 

bankların ölkə iqtisadiyyatında rolunu xarakterizə edən  makro  göstəricilərin 

müsbət  dinamikası  davam  etmişdir.  Rəsmi  statistikanın  məlumatlarına  görə 

son  illərdə  bankların  aktivlərinin,  kapitalının,  kredit  portfelinin  və  depozit-

lərinin həcm və dinamikasında artım baş vermişdir.  

Bank  sistemi  üzrə  ümumilikdə  aktivlərin  həcmi  2009-cu  ildə  11.7  mlrd. 

manat, 2010-cu ildə 13.3. mlrd. manat, 2011-ci ildə 14.3 mlrd. manat, 2012-

ci ildə 16.5 mlrd. manat, 2013-cü ildə isə 20.4 mlrd. manat, 2014-cü ildə isə 

25.2  mlrd.  manat  olmuşdur.  2009-cu  illə  müqayisədə  2013-cü  ildə  bank 

aktivlərinin  həcmi  72.9%,  2012-ci  illə  müqayisədə  isə  23.6%  artmışdır. 

Aktivlərin  ölkənin  ÜDM-da  payı  2009-cu  ildə  33.0%  təşkil  etdiyi  halda, 

2012-ci ildə bu göstəricinin səviyyəsi 30.6% olmuş, 2013-cü ildə isə hər iki 

dövrlə  müqayisədə  dah  çox,  yəni  35.4%  təşkil  etmişdir.  Bank  aktivlərinin 

dinamikasındakı  bu  cür  artım  bank  sektorunun  dayanıqlı  inkişafına  rəvac 



 

10 


verən amilə çevrilmişdir. Bundan başqa bank sisteminin dayanıqlığının artı-

rılması, risk idarəetmə potensialının gücləndirilməsi və bank risklərinin qar-

şısının  alınması  istiqamətində  Mərkəzi  Bankın  həyata  keçirdiyi  makropru-

densial  tənzimləmə  tədbirləri  bank  sisteminin  artım  tempinin  iqtisadiyyatın 

artım tempi ilə uzlaşmasına, bank ekspansiyasının sabitləşdirilməsinə müsbət 

təsir  göstərmişdir.  Hesablamalar  aktivlərin  real  artım  tempi  ilə  qeyri-neft 

sektorunun ÜDM-nun artım tempi arasındakı fərqin xeyli azaldığını göstərir.  

Ölkənin  bank  sisteminin  aktivlərinin  quruluşunda  (yüksək  likvidli  aktivlər, 

maliyyə  sektoruna  tələblər,  kreditlər,  investisiyalar  və  s.)  artım  əsasən  kredit 

portfeli üzrə müşahidə olunmuşdur. Bank sektorunun inkişafını və onun maliyyə 

dayanıqlğını  xarakterizə  edən  mühüm  göstəricilərdən  biri  bank  kapitalının 

həcminin  artması,  yəni  bank  sisteminin  kapitallaşmasıdır.  Təhlil  göstərir  ki, 

2012-ci  ildə  aktivlərin  gəlirliliyi  0.5%-lə  1%  arasında  olan  bankların  xüsusi 

çəkisi  40.6%,  2013-cü  idə  isə  artaraq  43.9%  təşkil  etmişdir.  Ümumiyyətlə, 

müqayisə  edilən  dövrdə  aktivlərin  gəlirliliyi  (ROA)  0.5%-dən  yüksək  olan 

bankların sayı 24-dən 30-a qalxmış, onların ümumi aktivlərdə xüsusi çəkisi isə 

81%-dən 89%-ə yüksəlmişdir 

Təhlil  edilən  dövrdə  bankın  mənfəətinin  formalaşması  və  artımı  bir  çox 

amillərin  təsiri  altında  baş  vermişdir.  Araşdırma  göstərir  ki,  məcmu  mənfə-

ətinin  artmasının  əsas  mənbəyi  faiz  gəlirləri  olmuşdur.  2012-ci  illə  müqa-

yisədə  2013-cü  ildə  bank  sektoru  üzrə  xalis  faiz  mənfəəti  39%  artmışdır. 

Xalis  faiz  mənfəətinin  dinamikasına  faiz  gəlirləri  və  xərclərin  artım  tempi 

təsir  göstərmişdir.  Kredit  portfelinin  genişləndirilməsi  hesabına  faiz  gəlir-

lərinin artım tempi cəlb edilmiş resurslar üzrə faiz xərclərinin artım tempini 

üstələmişdir.  Son  dövrlərdə  banklar  tərəfindən  faiz  xərclərinin  optimallaş-

dırılması  və  əməliyyat  səmərəliliyinin  yüksəldilməsi  mənfəətliyin  artımına 

müsbət təsir göstərmişdir.  

Son qlobal böhrandan sonra bank sisteminin  maliyyə sabitliyinin qorun-

ması  məqsədilə  beynəlxalq  miqyasda  yeni  tənzimləmə  mexanizmlərinin 

formalaşdırılması istiqamətində səylər artıq gücləndirilmişdir (Bazel III). Bu 

vəziyyət  ölkənin  bank  sektorunun  sabitliyinin  yüksəldilməsini,  tsiklik  və 

riskin  likvidlik  çatışmazlığından  asılılığın  azaldılmasını,  kredit  portfelinin 

keyfiyyətinin  yüksəldilməsini,  korporativ  idarəetmənin  və  risklərin  idarə-

edilməsinin  yaxşılaşdırılmasını,  həmçinin  kapital  bazarının  şəfflığının  yük-

səldilməsini  və  s.  tələb  edir.  Odur  ki,  növbəti  mərhələdə  ölkənin  bank 

sisteminin  strateji  fəaliyyət  prioritetləri  məhz  bu  çağırışlara  uyğun  olaraq 

müəyyənləşdirilməlidir. Bu zaman beynəlxalq standartlara uyğun korporativ 

idarəetmə  sisteminin  inkişaf  etdirilməsi,  başlıca  funksional  fəaliyyət  sfera-

larının  əsaslı  müasirləşdirilməsi  və  beynəlxalq  standartlara  uyğunlaşdırıl-

ması,  müasir  və  güclü  insan  kapitalının  formalaşdırılması,  ölkənin  iqtisadi 

inkişaf strategiyasına  daha  fəal dəstəyin  verilməsi, bank  sektorunun iqtisadi 


 

11 


inkişafda  və  real  sektorlarının  uzunmüddətli  maliyyələşdirilməsində  onun 

rolunun artırılmasına hədəflənən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi 

və s. kimi məsələlərə diqqət yetirilməsi zəruridir.  

Ölkənin  bank  sektorunda  fəaliyət  göstərən  digər  kommersiya  bankları 

kimi  “Kapital  Bank”  ASC-də  əhalinin  və  ölkə  iqtisadiyyatının  maliyyə  və-

saitlərinə  tələbinin  təmin  edilməsində  müəyyən  rol  oynayır.  Bankın  fəaliy-

yətini xarakterizə edən göstəricilər (aktivin, kredit porfelinin, kapitalın, xalis 

mənfəətin və s. həcmi) üzrə Kapital Bank reytingdə ön sıralardadır.  

Ölkədə baş verən devalvasiya prosesindən sonra kommersiya banklarının 

fəaliyyətini  xarakterizə  edən  göstəriclərin  səviyyə  və  dinamikasında 

dəyişikliklər  baş  vermişdir  ki,  bu  da  onların  reytinqinə  öz  təsirini  göstər-

mişdir.  Bankın  gəlirliliyini  və  sabitliyini  təmin  edən  əsas  əməliyyatlardan 

biri kreditlərin verilməsidir. Bank fiziki və hüquqi şəxslərə kreditlər verərək 

özünün  kredit  portfelini  formalaşdırır.  2011-ci  ildə  bank  tərəfindən  müş-

tərilərə  verilən  kreditlərin  ümumi  məbləği  894.3  mln.  manat,  2014-cü  ildə 

925.7 mln. manat 2015-ci ildə isə əvvəlki dövrlə müqayisədə 27.8% artaraq 

1182.4  mln  manat  təşkil  etmişdir.  Göründüyü  kimi  təhlil  edilən  dövrdə 

bankın müştərilərə, o cümlədən həm fiziki şəxslərə və iqtisadiyyatın ayrı-ayrı 

sahələrinə  verdiyi  kreditlərin  həcmində  davamlı  artım  olmuşdur.  Bunu  1 

saylı xətti qarafik daha əyani göstərir. 

2011-ci  illə  müqayisədə  2015-cü  ildə  bank  tərəfindən  fiziki  şəxslərə 

verilən  kreditlərin  həcmi  təxminən  20  dəfə,  2013-cü  illə  müqayisədə  2.2 

dəfə, 2014-cü illə müqayisədə isə 34.4% artmışdır.  

 

 



 

Şəkil 1. 2011-2015-ci illərdə Kapital Bank ASC-nin müşətilərə verdiyi 

kreditin dinamikası, min. manat (www.kapitalbank.az) 

 

12 


“Kapital  Bank”  ASC  -  iqtisadiyyat  sahələrinin  kreditləşməsində  də  mü-

hüm rol oynamışdır. Belə ki, bank tərəfindən iqtisadiyyatın bir sıra sahələrinə 

verdiyi kreditlərin həcmi 2011-ci ildə 868.2 mln. manat, 2014-cü ildə 519.5 

mln.  manat,  2015-ci  ildə  isə  636.6  mln.  manat  olmuşdur.  2011-ci  illə 

müqayisədə 2015-ci ildə bu istiqamətdə yönəldilən kreditlərin həcmi 26.7% 

azalmış, 2014-cü ilə nisbətən  isə  əksinə 22.56% artmışdır. Göründüyü  kimi 

iqtisadiyyat  sahələrinin  maliyyələşdirilməsinə  yönəldilən  kreditlərin  həc-

minin artım tempi fiziki şəxslərə verilən kreditlərin həcminin artım tempi ilə 

müqayisədə xeyli geri qalır.  

2011-2015-ci ilərdə müşətilərə verilən kreditlərin quruluşunda da mühüm 

meyllər  müşahidə  edilmişdir  (Cədvəl  1).  Belə  ki,  2011-ci  ildə  müştərilərə 

verilən kreditlərin 3%-i fiziki şəxslərin, 97.7%-i isə iqtisadiyyatın sahələrinin 

payına düşmüşdür. 

Cədvəl 1. 

2011-2015-ci illərdə Kapital Bank ASC-nin müştərilərə  

verdiyi kreditlərin quruluşu  

 


Yüklə 472,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin