"Mühasibat uçotu və audit" kafedrasında yerinə yetirilmişdir



Yüklə 472,83 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix03.11.2019
ölçüsü472,83 Kb.
#29501
1   2   3
Avtoreferat - Samir Gulahmedzade


Kreditlərin bölgüsü 

2011 

2012 

2013 

2014 

2015 

Fiziki şəxslər 

3.0 

15.3 

31.7 

43.9 

46.1 

İqtisadi sahələr üzrə 

 

 

 

 

 

İstehsal 

10.0 

35.1 


40.4 

28.3 


33.7 

Tikinti 


46.4 

40.2 


40.6 

49.6 


17.1 

Ticarət və xidmətlər 

6.2 

8.4 


6.2 

9.5 


12.1 

Nəqliyyat 

3.2 

4.1 


4.8 

5.1 


29.0 

Kənd təsərrüfatı və qida 

məhsullarının emalı 

 

32.1 



 

4.8 


 

4.8 


 

5.5 


 

4.1 


Telekommunikasiya 

1.1 


1.6 

2.1 


0.2 

3.0 


Enerji 

0.0 


4.7 

0.0. 


0.3 

0.0 


Digər 

1.0 


1.1 

1.1 


1.5 

1.0 


Yekun 

97.0 

84.7 

68.3 

56.1 

53.9 

Müştərilərə verilən 

kreditlər cəmi 

100.0 

100.0 

100.0 

100.0 

100.0 

(Mənbə: 


www.kapitalbank.az) 

 

2012-ci  ildə  bu  bölgü  müvafiq  olaraq  15.3%  və  84.7%,  2013-cü  ildə 



31.7%  və  68.3%,  2014-cü  ildə  43.9%  və  56.1%,  2015-ci  ildə  isə  müvafiq 

olaraq  46.1%  və  53.9%  təşkil  etmişdir.  Göründüyü  kimi,  2011-ci  illə  mü-

qayisədə 2015-ci ildə fiziki şəxslərə verilən kreditlərin xüsusi çəkisi 3%-dən, 

46.1%-ə, yəni 43.1 bənd artmışdır.  



 

13 


Bu  dövrdə  istehsal  və  tikinti  sahələrinə  verilən  kreditlər  üstünlük  təşkil 

etmişdir.  2011-ci  ildə  istehsal  sahəsinə  verilən  kreditlərin  həcmi  86.1mln. 

manat, yəni ümumi kreditlərin 10%-ni, 2014-cü ildə 146.1 mln. manat, yəni 

28.3%,  2015-ci  ildə  hər  iki  dövrlə  müqayisədə  daha  çox,  yəni  214.7  mln. 

manat (ümumi kreditlərin 33.7%-i), təşkil etmişdir. Müqayisə edilən dövrdə 

tikinti  sahəsində  bu  göstəricilərin  səviyyəsi  müvafiq  olaraq  2011-ci  ildə 

402.1  mln  manat (46.4%), 2014-cü ildə 257.5  mln.  manat (49.6%), 2015-ci 

ildə  isə  109.3  mln  .manat  (17.1%)  olmuşdur.  2011-ci  ildə  bankın  verdiyi 

kreditlərin  56.4%,  2015-ci  ildə  isə  50.8%-i  istehsal  və  tikinti  sahələrinin 

payına  düşmüşdür.  Beləliklə,  araşdırma  göstərir  ki,  “Kapital  Bank”  bütün 

müştəri  qrupları  üçün  geniş  xidmətlər  dairəsini  təklif  edərək,  ölkənin  sosial 

və  iqtisadi  həyatında  fəal  iştirak  etmişdir.  Əlbəttə  ki,  belə  fəaliyyət  istiqa-

mətlərinin  formalaşdırılması  bankın  strateji  inkişafının,  xüsusilə  maliyyə 

strategiyasının səmərəliliyindən əhəmiyyətli dərəcədə asılıdr. Bankın  maliy-

yə  səmərəliliyini  qiymətləndirmək  üçün  zərui  məlumatları  2  saylı  cədvəldə 

verək (Cədvəl 2). 

Cədvəl 2. 

 

2011-2015-ci illərdə Kapital Bank ASC-nin fəaliyyətinin  



əsas göstəriciləri, mln manat  

 

Göstəricilər 



2011 

2012 

2013 

2014 

2015 

2014-cü ilə 

nisbətən 

2015-ci 

 ildə, % 

Aktivlər 

1222.9 

1103.


1054.2 


1375.

2017.4 



46.7 

Kapital 


92.4 

113.9 


177.8 

294.4 


292.4 

-0.7 


Xalis mənfəət 

2.2 


11.1 

33.0 


67.3 

61.9 


-8.0 

Faiz gəlirləri 

49.0 

51.8 


62.8 

127.7 


189.5 

48.4 


Xalis faiz 

gəlirləri 

20.2 

19.5 


37.3 

92.5 


128.1 

38.5 


Qeyri-faiz 

gəlirləri 

49.3 

54.4 


59.9 

64.9 


91.5 

41.0 


Likvidli 

aktivlər 

687.0 

773.0 


837.4 

997.7 


1353.0 

35.6 


ROA 

(aktivlərin 

rentabelliyi) % 

 

 



0.2 

 

1.0 



 

3.1 


 

4.9 


 

3.1 


 

-1.8b 


 

14 


ROE (şəxsi 

kapitalın 

rentabelliyi),% 

 

 



2.4 

 

 



9.7 

 

 



18.6 

 

 



23.1 

 

 



21.2 

 

 



-1.9b 

Likvidli 

aktivlər/ ümumi 

aktivlər, % 

 

56.2 


 

70.0 


 

79.4 


 

72.3 


 

67.1 


 

-5.2 


Kapitalın 

kifayətliliyi 

əmsalı, 

 (1-ci dərəcəli 

kapital) % 

 

 



 

11.3 


 

 

 



12.1 

 

 



 

16.0 


 

 

 



20.2 

 

 



 

14.7 


 

 

 



-5.5b 

Kapitalın 

kifayətliliyi 

əmsalı, (cəmi 

kapital) % 

 

 



12.4 

 

 



14.7 

 

 



19.6 

 

 



27.8 

 

 



19.5 

 

 



-8.3b 

(Mənbə: 


www.kapitalbank.az) 

 

Bankın fəaliyyətini və maliyyyə strategiyasının səmərəliliyini xarakterizə 



edən əsas göstəriciləri özündə  əks etdirən 2 saylı  cədvəlin  məlumatlarından 

göründüyü  kimi  bankın  kapitalının  həcmi  2011-ci  ilə  nisbətən  2015-ci  ildə 

təxminən  3.2  dəfə  artaraq  292.4  mln.  manat  təşkil  etmişdir.  2011-2014-cü 

illərdə bankın kapitalının həcmi davamlı olaraq artmışdır. Lakin 2014-cü ilə 

nisbətən  2015-ci  ildə  bankın  kapitalının  həcmi  çüzi  olaraq,  yəni  0.7% 

azalmışdır.  

Bu  dövrdə bankın aktivlərinin  həcmi  nəzərəçarpacaq dərəcədə artmışdır. 

Belə ki, 2014-cü illə müqayisədə 2015-ci ildə aktivlərin həcminə 46.7% -lik 

artım xas olmuşdur. Müqayisə edilən  dövrdə faiz gəlirləri 48.4%, qeyri-faiz 

gəlirləri 41%, xalis faiz gəlirləri 38.5%, likvidli aktivlər isə 35.6% artmışdır. 

Balans  məlumatlarından  göründüyü  kimi  aktivlərin  tərkibində  kredit 

portfelinin  payı  yüksəkdir.  Belə  ki,  bu  aktivin  payı  2014-cü  ildə  63.9%, 

2015-ci ildə 54.7% təşkil etmişdir. Aktiv  və öhdəliklərin quruluşunun təhli-

linin bank əməliyyatlarının  difersifikasiyası baxımından  mühüm  əhəmiyyəti 

vardır.  Bu  cür  yanaşma  bankın  bir  tərəfli  inkişafının  təhlükəli  meyllərini 

aşkar etməyə imkan  verir. Təhlil edilən  dövrdə bankın öhdəliklərinin həcmi 

artmışdır. 2014-cü ildə onun  həcmi 1081  mln.  manat, 2015-ci ildə 1725 isə 

mln.  manat  olmuşdur, yəni 2014-cü ilə nisbətən 2015-ci ildə 59.6% artmış-

dır.  Bankın  fəaliyyətinin  və  maliyyə  strategiyasının  keyfiyyətini  və  səmə-

rəliliyini  xarakterizə  edən  göstəricilərin  səviyyəsinin  son  illərlə  müqayisədə 

aşağı düşməsi ölkənin pul-kredit sistemində müşahidə edilən mənfi meyllərlə 

və  xarici  mühit  amillərinin  mümkün  təsirlərini  qabaqcadan  nəzərə  almağa 

qadir səmərəli strategiyanın olmaması ilə bağlı olmuşdur.  


 

15 


Beləliklə, araşdırma göstərir ki, sön dövrlərdə ölkədə iqtisadi vəziyyətin, 

xüsusilə pul-kredit və maliyyə sistemində baş verən hadisələr “Kapital Bank” 

ASC-nin fəaliyyətini xarakterizə edən bəzi göstəricilərin dəyişməsinə gətirib 

çıxarmışdır. Lakin bir sıra göstəricilər bankın fəaliyyətində sabitliyin, inkişaf 

və artım üçün ehtiyatlarının olduğunu göstərir. Belə şəraitdə bankın maliyyə 

strategiyasının səmərəliliyinin artırılması və bu əsasda bank əməliyyatlarının 

diversifikasiya dərəcəsinin yüksəldilməsi zəruridir. 

4.  Bank  fəaliyyətinin  strateji  planlaşdırılmasının  auditinin  təşkilinin 

müasir vəziyyəti.  

Azərbaycan  iqtisadiyyatının  bazar  prinsipləri  əsasında  inkişafı  ölkədə 

auditin  təşəkkülünə  əsas  yaratmışdır.  Bu  dövrdən  sonra  ölkəmizdə  auditin 

inkişafına əlverişli zəmin  yaranmış  və onun fəaliyyət dairəsi xeyli genişlən-

mişdir. Bu sahədə  ilk addım 1991-ci ilin iyulun 31-də Azərbaycan Respub-

likasının  Nazirlər  Kabinetinin  “Azərbaycan  Respublikasının  Maliyyə  Na-

zirliyi  yanında  Təsərrüfat  hesablı  Auditor  Mərkəzi  yaradılması  haqqında” 

qərar  qəbul  etməsi  olmuşdur.  Həmin  qərarda  qeyd  olunurdu  ki,  iqtisadi  is-

lahatların  həyata  keçirilməsi  ilə  əlaqədar  olaraq  respublikada  audit  xid-

mətlərinə  ehtiyacı  olan  coxsaylı  assosasiyalar,  konsernlər,  səhmdar  cəmiy-

yətləri, icarə kollektivləri və kooperativlər yaradılır. Bunlarla yanaşı nazirlik-

lərin və baş idarələrin tabeliyindən çıxmaq hüququ qazanan  müstəqil dövlət 

müəssisələrinin nəzarət-təftiş aparatının xidmətlərindən istifadə etmək inkanı 

olmur. Buna görə də müstəqil audit xidmətinin yaradılmasına ehtiyac yaran-

mışdır.  Hazırda  Auditorlar  Palatası  ölkəmizdə  auditor  fəaliyyətini  tən-

zimləməklə  yanaşı,  bu  sahənin  inkişafına,  təkmilləşdirilməsinə  dair  mütə-

madi  tədbirlər  sistemi  hazırlayaraq  dövlətin  təsərrüfat  subyektlərinin  və 

auditorların mənafeyinin müdafiəsini təmin edir və audit xidmətinin beynəl-

xalq standartlara uyğun qurulması istiqamətində prakitki işlər görür.  

Bazar iqtisadiyyatı material, əmək və maliyyə resurslarının səfərbər edil-

məsi və onlardan səmərəli istifadə olunmasını, həmçinin qəbul edilən strateji 

qərarların  əsaslandırılmasını  tələb  edir.  Bu  məsələlərin  həllində  digər  ida-

rəetmə ünsürləri ilə yanaşı audit xidməti və nəzarətinin də rolu böyükdür.  

Daxili  auditin  səmərəli  funksiyalarının  yaradılması  məqsədilə  Bank  nə-

zarəti  üzrə  Bazel Komitəsinin  birbaşa  tövsiyyələrinin  olmasına  baxmayaraq 

ölkə banklarında daxili auditin təşkilinin qanunverici və normativ-hüquqi ba-

zasının  araşdırılması  banklarda  daxili  auditə  diqqətin  az  yönəldildiyini  gös-

tərir. Elə bunun nəticəsidir ki, ölkənin bank sistemində onun həm  cari, həm 

də strateji fəaliyyətinin bütün tərəflərini kompleks  halda özündə  əks etdirən 

daxili bank auditi və nəzarətinin dəqiq konsepsiyası fomalaşmamışdır.  

Bank  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  səmərəli  korporativ  ida-

reetmə  sisteminin  yaradılmasıdır.  Bankın  strateji  inkişaf  sistemində  daxili 

auditin  rolu  böyükdür  və  ona  görə  də  strateji  planların  və  uzunmüddətli 


 

16 


məqsədlərin  formalaşdırılmasında,  onların  həyata  keçirilmısində  və  monito-

rinqində daxili auditorlar fəal iştirak etməlidir. Fikrimizcə, bankın idarəedil-

məsinin  strateji  səviyyəsində  auditin  yerinə  yetirdiyi  vəzifələrin  müəyyən-

ləşdirilməsi  risk-menecment  strategiyası  sahəsində  qabaqcıl  təcrübəyə 

əsaslanmalıdır.  

Bankın strateji məqsədlərə nail olması ilə bağlı risklərin daxili auditi kor-

porativ  idarəetmə  sistemində  mühüm  rol  oynayır.  Daxili  audit  korporativ 

idarəetmə,  təşkilatın  əməliyyat  fəaliyyəti  və  onun  informasiya  sistemləri  ilə 

bağlı riskləri qiymətləndirməlidir. Bu zaman bankın strateji  məqsədlərə nail 

olma,  maliyyə-təsərrüfat  fəaliyyəti  haqqında  informasiyanın  etibarlılığı  və 

tamlığı,  fəaliyyət  proqramlarının  səmərəliliyi  və  nəticəliliyi,  aktivlərin  sax-

lanması,  qanunların,  normativ  aktların,  müqavilə  öhdəliklərinin  tələblərinə 

uyğunluğu  və  s.  kimi  məsələlər  qiymətləndirmə  obyektləri  kimi  prioritetlik 

təşkil  etməlidir.  Deməli,  makrosəviyyədə  cari  və  gözlənilən  dəyişikliyin 

sürətini, bank sektorunda strateji planda rəqabət mühitinin kəskinləşdiyini və 

ölkə  iqtisadiyyatının  yeni  keyfiyyət  mərhələsinə  keçməsini  nəzərə  alaraq 

ölkənin  bir  çox  banklarına  xas  olan  daxili  auditin  ənənələrinin  dəyişməsi 

vacibdir. 

Dəyişən  müasir  dünyada  bankların  iştirakı  ilə  adekvat  korporativ  müna-

sibətlər  sisteminin  yaradılması  kredit  təşkilatlarının  yaşamasının,  bank 

sisteminin  sabitliyinin  və  iqtisadiyyatın  uğurlu  inkişafının  zəruri  şərtidir. 

Butün  bunlar  banklarda  korporativ  münasibətlərin  idarəedilməsi  prosesinin 

və onların tənzimlənməsini bu sahədə sistemləşdirilmiş və qiymətləndirilmiş 

dünya  təcrübəsini  nəzərə  almaqla  təkmilləşdirilməsini,  həmçinin  onların 

səmərəli  inkişafı  üçün  infrastrukturun  və  şəraitin  formalaşdırılımasını  tələb 

edir. Bank sektorunun maliyyə sabitliyinin təmin edilməsi və onun potensia-

lının  daimi  artırılması  banklarda  səmərəli  və  şəffaf,  beynəlxalq  standartlara 

uyğun  idarəetmə  və  hesabatlıq  sisteminin  təşkilindən,  bankın  idarəetmə 

sisteminin  mühüm  komponenti  kimi çıxış edən əsaslandırılmış strateji  plan-

laşdırmanın  olmasından,  həmçinin  daxili  nəzarətin  və  risklərin  idarə  olun-

masının səmərəliliyindən birbaşa asılıdır. 

 5.  Banklarda  korporativ  idarəetmənin  təşkilinin  beynəlxalq  təcrü-

bəsi. 

 Ölkə  banklarında  korporativ  idarəetmənin  tətbiqinin  qanunvericilik  ba-

zasını bankların təşkili və tənzimlənməsinin hüquqi əsaslarını müəyyən edən 

qanunlar,  xüsusilə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  “Banklarda 

korporativ  idarəetmə  standartları”  adlı  sənəd  təşkil  edir.  Bu  sənəd  3  iyun 

2013-cü ildə qəbul  edilmişdir.  Təqdirəlayiq  haldır  ki, ölkə banklarında kor-

porativ  idarəetmənin  geniş  tətbiqinə  imkan  verən  bu  sənəd  Bank  nəzarəti 

üzrə  Bazel  Komitəsinin  “Korporativ  idarəetmənin  təkmilləşdirilməsi  üzrə 


 

17 


prinsipləri”nə  uyğun  olaraq  beynəlxalq  korporativ  idarəetmə  təcrübəsini 

özündə əks etdirir.  

Fikrimizcə,  korporativ  idarəetmənin  auditi  üzrə  analitik  hesabata  aşağı-

dakı ünsürlər daxil edilə bilər: 

-bank üçün  korporativ idarəetmənin  praktik  komponentlərinin iqtisadi  və 

idarəetmə mahiyyətinin təsviri; 

-bu  sahədə  qabaqcıl  standartların  həyata  keçirilməsi  təcrübəsinin  uyğun-

luğunun qiymətləndirilməsi; 

- korporativ idarəetmənin bu və ya digər komponentinin reytinq agentlik-

lərinin tələbləri baxımından əhəmiyyətliliyinin qiymətləndirilməsi;  

-korporativ idarəetmə təcrübəsinin oxşar banklarla müqayisəsi; 

-korporativ idarəetmə təcrübəsinin mərhələlərlə təkmilləşdirilməsi məqsə-

dilə kompleks planın hazırlanması üşün tövsiyyələr. 

Korporativ idarəetmənin auditinin həyata keçirilməsi prosesi bankda kor-

porativ  idarəetmənin  yaxşılaşdırılması  üzrə  kompleks  işlərin  məzmunu  və 

ardıcıllığı ilə müəyyən edilir. Audit, onun ortamüddətli və uzunmüddətli stra-

tegiyası,  onların  müxtəlif  variantlarının  uzlaşdırılması, əsas  mülkiyyətçilərin 

maraqları,  qanunvericiliyi,  maliyyə  infrastrukturu  institutlarının  tələbləri, 

investorların prioritet qrupları əsasında həyata keçirilir. Bankın startegiyasını 

hazırlayarkən  əsas  mülkiyyətçilərin  mövqeyi  müəyyənedici  olduğuna  görə, 

auditin  həyata  keçirilməsi  məqsədləri  və  vəzifələri  formalaşdırılarkən  mül-

kiyyətçilərin  mövqeyinə  prioritetiklik  verilməlidir.  Odur  ki,  həmin  prosesin 

səmərəliliyinin  artırılması  üçün  bunun  nəzərə  alınması  vacibdir.  Qeyd  etdi-

yimiz  kimi  korporativ  idarəetmənin  auditi  banka  malliyyə-iqtisadi  müna-

sibətlərin yeni keyfiyyət mərhələsinə keçməyə və onun starteji məqsədlərinə 

nail  olmağa  kömək  edən  mühüm  istiqamətdir.  Lakin  bu  istiqamətin  əsas 

problemlərindən  biri  korporativ  idarəetmənin  keyfiyyətinə  nəzarəti  və  onun 

monitorinqini  həyata  keçirən  kifayət  qədər  ixtisaslı  mütəxəssislərin  və  eyni 

zamanda korporativ idarəetmə məcəlləsinin olmamasıdır.  

Bazar iqtisadiyyatının inkişafı və onun fəaliyyət priunsiplərinin ölkə iqti-

sadiyyatına  dərin  nüfuz  etməsi,  dünya  iqtisadiyyatında  müşahidə  edilən 

meyllərin bank sektorunun qarşısında bir sıra yeni tələblər qoyması  və ölkə 

iqtisadiyyatının inkişaf strategiyasında mühüm keyfiyyət dəyişikliklərinə nail 

olunması  üzrə  müəyyənləşdirilmiş  hədəflər  banklarda  daxili  auditin 

funksiyalarının təkmilləşdirilməsini, onun beynəlxalq standartlarla uzlaşdırıl-

masını, bir sözlə onların idarəedilməsinə yeni baxışın formalaşdırılmasını zə-

ruri  etmişdir.  Deməli,  bankın  idarəedilməsi  sistemində  daxili  audit  xid-

mətinin rolunun artırılmsı və dəyişməsi reallıqdır və gercəkliyin tələbidir.  

Ona görə də bankda strategiyanın işlənib hazırlanması  və tətbiqi prosesi 

ilə yanaşı strateji planlaşdırmanın müntəzəm auditinin təşkili də vacibdir.  



 

18 


Daxili  audit  işinin  məqsəd  və  vəzifələri  əsasən  risklərin  idarə  oluması, 

bank əməliyyatlarının  və  proseslərinin tətbiqi,  keyfiyyət  prosedurları, aktiv-

lərin  qorunması,  uçot  məlumatlarının  adekvatlığı  kimi  sahələrdə  bankın 

fəaliyyətinin  yoxlanılmasından,  qiymətləndirilməsindən,  Müşahidə  Şurasına 

müvafiq  hesabatların  verilməsindən  və  qüvvədə  olan  Azərbaycan  Respub-

likasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına və 

göstərişlərinə riayət olunmasına nəzarət edilməsindən ibarətdir.  

Onu  da  qeyd  edək  ki,  Azərbaycanda  mövcud  olan  bankların  böyük  ək-

səriyyəti  daxili  auditi  AR  Maliyyə  Nazirliyi  və  ya  Mərkəzi  Bankın  təlimat-

larına və tələblərinə uyğun standartlarla həyata keçirir ki, bu da bankın inki-

şafında auditin rolunun daha az səmərəli olmasi kimi dəyərləndirilə bilər.  

Bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  məsləhətverici  sənədində  əks 

olunmuş  müddəaları  nəzərə  alaraq,  bizim  fikrimizcə  aşağıdakıların  həyata 

keçirilməsi zəruridir: 

-  daxili  auditin  funksiyalarına  aid  olan  daxili  sənədlərə  yenidən  baxıb, 

onları beynəlxalq standartlara və normativ sənədlərə uyğunlaşdırmaq;  

- bankın digər strukturları ilə qarşılıqlı fəaliyyətdə daxili auditin funksiya 

və vəzifələrini dəqiqləşdirmək;  

-  daxili auditin müstəqilliyinə tələbləri yüksəltmək;  

-  daxili  auditin  keyfiyyətinin  yüksəldilməsi  proqramını  işləyib  hazır-

lamaq;  

-  daxili  auditin  fəaliyyətinin  qiymətləndirilməsini  müntəzəm  həyata  ke-

çirmək; 

-  tənzimləyici orqanlarla səmərəli qarşılıqlı münasibətləri qurmaq və s.  

Bank  nəzarəti  üzrə  Bazel  Komitəsinin  məsləhətverici  sənədlərində  qeyd 

edilən  prinsiplərin  bank  sektoru  subyektlərinin  fəaliyyətinin  daxili  auditini 

təşkil  edərkən  nəzərə  alınması  onun  keyfiyyətinin  yüksəldilməsinə  və  bey-

nəlxalq standartlarla uzlaşdırılmasına imkan verə bilər. 



6.  Bank  fəaliyyətində  strateji  risklərin  idarə  edilməsinin  təkmilləş-

dirilməsi istiqamətləri  

Müasir  dövrdə  bank  sektorunda  rəqabətin  güclənməsi  və  risk  yönümlü 

idarəetmə  modelinin formalaşdırılması zəruriliyi auditin  fəaliyyət istiqamət-

lərində  strateji  məqsədlərinin  qiymətləndirilməsini  ön  plana  çəkir.  Strateji 

planlaşdırma  bankın  gələcək  inkişaf  hədəflərini  müəyyənləşdirməklə  onun 

idarəedilməsi  sisteminin  əsas  proseslərindən  biri  kimi  çıxış  edir.  İnkişaf 

istiqamətlərinin  seçilməsi,  makroiqtisadi  konyukturanın  müxtəlif  variantla-

rında bankın davranış modelinin işlənib hazırlanması, risklərin minimumlaş-

dırılması,  bankın  inkişafı  üçün  zəruri  olan  resursların  mövcudluğunun  yox-

lanması,  bankın  rəqabət  qabliyyətliyinin  artımına  səbəb olan  strateji  layihə-

lərin və təşəbbüslərin həyata keçirilməsi və s. kimi məsələlər strateji planlaş-

dırmanın  vəziyyətindən  asılıdır  və  ona  görə  də  bu  bank  rəhbərliyinin  daimi 



 

19 


diqqət mərkəzindədir. Bankda inkişaf strategiyasının işlənib hazırlanması və 

tətbiqi  prosesi  ilə  yanaşı  onun  üzərində  daimi  auditin  təşkili  də  zəruridir. 

Strateji  planlaşdırmanın  auditi  strategiyanın  həyat  qabliyyətliyini  qiymət-

ləndirməklə, bankın korporativ strategiyasında göstərilmiş çərçivələrə uyğun 

olaraq idarəetmə qərarları qəbul edilənə qədər strateji risklərin minimumlaş-

dırılmalıdır. 

Bazar  şəraitində  fəaliyyət  göstərən  bankların  fəaliyyətinin  əsas  məqsədi 

öz  xərclərini  optimallaşdıraraq  mənfəəti  maksimumlaşdırmaqdır.  Qeyri-

müəyyənlik  şəraitində  öz  funksiyalarının  həyata  keçirən  digər  bazar  sub-

yektləri kimi banklar da çoxlu sayda risklərə məruz qalır. Həm biznes, həm 

də ictimai  əhəmiyyətli funksiyalar yerinə yetirən banklar tərəfindən öz risk-

lərinin  müəyyən  edilməsinin  və  onların  səmərəli  idarəedilməsinin  yalnız 

bankın  özü  üçün  deyil,  həm  də  digər  xarici  maraqlı  tərəflər  üçün  (Mərkəzi 

Bank,  maliyyə  bazarının  iştirakçıları,  müştərilər  və  s.)  mühüm  əhəmiyyəti 

vardır.  

Qeyri-müəyyənliyin mənfi nəticələrinin qabaqcadan müəyyənləşdirilməsi 

və  azaldılması  risklərin  idarəedilməsinin  mahiyyətini  təşkil  edir.  Risk  və 

gəlirlilik anlayışları risklərin idarəedilməsinin  müasir konsepsiyasının əsası-

dır. Qeyri-müəyyənlik şəraitində  menecerin başlıca vəzifəsi riskdən qaçmaq 

deyil, onu qabaqcadan görmək və onun mümkün mənfi təsirlərinin minimum 

səviyyəyə qədər azaltmaq, ya da ümumiyyətlə onu kənarlaşdırmaqdır. Müa-

sir  təsərrüfat  fəaliyyətində  risk-menecmentin  tətbiqi  ilə  bağlı  üç  əsas  fikir 

vardır. Birincisi, risk vəziyyətində iqtisadi subyektlərin fəaliyyət nəticələrini 

aşkar etmək, ikincisi, bu fəaliyyətin mümkün mənfi nəticələrinə uyğunlaşma 

bacarığı, üçüncüsü, qəbul edilən fəaliyyətin ehtimal edilən mənfi nəticələrini 

neytrallaşdıran yaxud kompensasiya edən tədbirlərin işlənib hazırlanması və 

həyata keçirilməsi. 

Bank  öz  funksiyalarını  həyata  keçirərkən  həm  ümumi  xarakterli  (çoxlu 

sayda iqtisadi subyektlərə xas olan), həm  də bankların fəaliyyət xüsusiyyət-

lərindən  irəli  gələn  və  yalnız  bank  sektoruna  xas  olan  xüsusi  risklərlə  qar-

şılaşır. Banklar aktivlərin cəlb edilməsi və sərbəst vəsaitlərin yerləşdirilməsi 

üzrə  əməliyyatlar  həyata  keçirərkən  öz  üzərlərinə  müəyyən  dərəcəli  risklər 

götürülər  ki,  bunlar  da  bankların  fəaliyyətinə,  maliyyə  bazarının  və  bütöv-

lükdə  iqtisaiyyatın  vəziyyətinə  təsir  göstərir.  Bank  risklərini  üç  qrupda  - 

maliyyə, funksional və xarici risklər - birəşdirmək olar. 

İqtisadi  inkişafın  müasir  mərhələsində innovasiyalı iqtisadiyyatın inkişaf 

strategiyasının  həyata  keçirilməsində  bankların  roluna  böyük  önəm  verilir. 

Belə  ki,  ilk  növbədə  elm  tutumlu  sahələr  əsasında  yüksək  və  sabit  iqtisadi 

artım tempini təmin edən uzunmüddətli sənaye və struktur siyasətinin forma-

laşdırılmalıdır ki, bu da kommersiya banklarının maliyyə sabitliyinin qoruub 

saxlanması və bütövlükdə bank sisteminin səmərəli fəaliyyətini tələb edir.  


 

20 


İnnovasiya  iqtisadiyyatın  formalaşdırılmasının  əsas  problemlərindən  biri 

maliyyə resurslarının  məhdudluğudur. Ona görə də iqtisadiyyatın  uzunmüd-

dətli kreditləşdirilməsində bank resurslarından istifadə edilməsi vacibdir. Bu, 

investisiya  layihələrini  kreditləşdirərkən  yaranan  bank  risklərinin  tənzim-

lənməsinin səmərəli sisteminin yaradılmasını tələb edir. İnvestisiya fəaliyyə-

tinin  xüsusiyyətlərini  nəzərə  alaraq  bank  risklərinin  tənzimlənməsinin  əsas 

prinsiplərini  müəyyənləşdirmək  olar.  Fikrimizcə,  bu  prinsiplərə  differen-

siallıq,  fasiləsizlik,  komplekslik, çeviklik və  qeyri-ənənvi  metodlara yönəlik 

(autsorsinq - bank risklərinin tənzimlənməsi üzrə funksiyaların bir hissəsinin 

bu  sahədə  xüsusi  biliklərə  malik  olan  kənar  təşkilatlara  ötürülməsi,  fran-

çayzinq və s.) aid etmək olar. 

Risklərin tənzimlənməsi səmərəliliyinin yüksəldilməsi kommersiya bank-

larının  remaliyyələşdirilməsinin  inkişafına  iki  istiqamətdə  kömək  edə  bilər. 

Birincisi,  investisiya  layihələrini  həyata  keçirmək  üçün  Mərkəzi  Bank  tərə-

findən  kommersiya  banklarının  uzunmüddətli  məqsədli  kreditəşdirməsidir. 

İkincisi,  investisiya  kreditlərinin  verilməsinin  təşkili  formaarının  (sindikat-

laşdırılması    syndicated  loin)  və  maliyyələşdirmənin  innoasiya  formalarının 

(sekurtizasiyası - securities) mükəmməl mexanizminin yaradılmasıdır.  

Müəyyənləşdirilmiş  strateji  hədəflərə  nail  olmaq  üçün  risklərin,  xüusilə 

strateji  riskin  səmərəli  idarə  edilməsi  mexanizminin  formalaşdırılması  mü-

hüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. 

Bank  fəaliyyətinin  digər  riskləri  ilə  müqayisədə  strateji  riskin  fərqlən-

dirici  xüsusiyyəti  bankın  inkişaf  strategiyasının  həyata  keçirilməsinə  isti-

qamətlənən qərarlarla (onların olmaması) əlaqədar yaranmasıdır. 

Tədqiqat  işinidə  strateji  risklərin  idarəedilməsi  sisteminin  təşkilinin  əsas 

istiqamətləri  formalaşdırılır.  Belə  yanaşma  əsasında  bankda  risklərin  idarə-

edilməsi  siteminin  formalaşdırılması  risk  yaradacaq  amillərin  aşkar  edil-

məsinə və daha səmərəli şəkildə idarə edilməsinə imkan verə bilər.  



Yüklə 472,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin