Sənədləşdirmə – təsərrüfat əməliyyatının müəyyən sənədlərlə əməliyyatın icra olunduğu yerdə rəsmiyyətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əməliyyatları üzərində müşahidəni təmin edir. Sənədləşmə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hüquqi şəkildə yazılı icra olunmasıdır. İstehsalat, maliyyə və təsərrüfat əməliyyatlarının sənədlərlə rəsmiyyətə salınması sənədləşdirmə adlanır.
Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi mühasibat uçotunun əsas prinsiplərindən hesab olunmaqla, baş vermiş əməliyyatların sənədlər əsasında tərtibini təmin etməklə, uçot obyektlərinin hərəkəti üzrə daimi informasiya əldə olunmasına şərait yaradır. Hər bir təsərrüfat əməliyyatı üzrə tərtib olunmuş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəmlənmiş informasiyaların tərtib olunmasına şərait yaradır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş göstəricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) adlanır. İlkin sənədlər təsərrüfat əməliyyatlarının və onların aparılmasını təsdiq edən yazılı şəhadətnamədir.
Tərtib olunmuş bütün ilkin sənədlər özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: sənədin adı, nömrəsi, kodu, tərtib edilmə yeri və tarixi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa göstəricilər əks olunmalıdır.
Əməliyyatların xarakterindən və uçot məlumatlarının işlənməsi texnologiyasında asılı olaraq ilkin sənədlər əlavə rekvizitlər də daxil edilə bilər. İlkin sənədlər əməliyyatların baş verdiyi, bu mümkün olmadıqda isə əməliyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.
Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə, sənədlərdəki məlumatların doğruluğuna və etibarlılığına məsuliyyəti həmin sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.
Ona görə də təsərrüfat əməliyyatlarının sənədləşdirilməsində hər bir vəzifəli şəxs tərtib etdiyi sənədin qanunçuluqda müəyyən olunmuş norma və standartlara uyğun olmasını təmin etməyə borcludur.
İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal sənədləri hazırlanmalıdır.
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəssisənin rəhbərinin təsdiq etdiyi siyahıya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imzalamalıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funksiyasını icra edən şəxsə mənsub olur.
Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçotda qəbul olunmuş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot registrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.
İlkin sənədlərdə və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə düzəlmiş tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və başqa sənədlərdə heç bir düzəlişə yol verilmir.
Muhasibat ucotu əmlak haqda informasiyalari pul ifadəsində musahidə edən,toplayan ve umumiləşdirən,təşkilatın öhdəliklərini,onlarin hərəkətini və bütün təsərrüfat əməliyyatlarını tam sənədlə uçota alan sistemdir.Mühasibat uçotu prinsipləri, sistemi və standartları daima təkmilləşdirilməklə, bazar iqtisadiyyatının formalaşmasında «sahibkarlıq dili» vəzifəsini yerinə yetirməklə, idarəetmədə mühüm rol oynayır. Mühasibat uçotu idarəetmədə mühüm vasitə olmaqla yanaşı planlaşdırmada, müəssisə təsərrüfat-maliyyə fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək səviyyədə təşkil olunmasında əsaslı rol oynayır.Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi, hesabların tərtib olunması və mühasibat informasiyalarının düzgün, etibarlı olması dövlət tərəfindən qəbul olunmuş qanunla idarə olunur. Həmin sənədlər sistemində «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart 1995-ci il qanunu, Maliyyə Nazirliyinin «Müəssisələrin mühasibat uçotunun hesablar Planı və onun tətbiqinə dair 01 yanvar 1996-cı il Təlimatı», «Müəssislərinuçot siyasəti haqqında» 23 yanvar 1997-ci il Əsasnaməsi vəmühasibat uçotunun təşkilinə aid olan digər qanunlar və normativ aktlar aiddir.Mühasibat uçotunun əsas prinsipləri aşağıdakı qaydada müəyyən olunmuşdur:1)mühasibat uçotunun fasiləsizliyi - yəni müəssisənin yarandığı gündən ləğv edilddiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsizhəyata keçirilməsi, ləğv etmə zamanı mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;2)mühasibat uçotu hesablarının tətbiqi - yəni müəssisə əmlakının, öhdəçiliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərclərə, mənfəət və zərəri və bu kimi bütün başqa göstəricilərinin yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;3)təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı: - müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçotu siyasətində kommersiya sirri kimi qorunub saxlanması;4)təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı: - müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəət və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işlərinin ehtiyatlılığının təmin edilməsi;5)qiymətləndirmənin təminatı: - müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərini, öhdəliklərini və digər sərvətlərini ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.Mühasibat uçotunun göstərilən prinsiplərinə uyğun olaraq, onun metodu və predmeti müəyyənləşdirilmişdir.Mühasibat uçotunun predmeti müəssisənin mövcud olan əmlakı, onun hərəkəti, əmələ gəlmə mənbəələri və formalaşmasını əhatə edir. Buna uyğunolaraq mühasibat uçotu bir iqtisadi elm olmaqla, onun ümumi şəkildə predmeti istehsal münasibətlərini əks etdirməklə məzmununu müəyyən edir.Müəssisələr təsərrüfat fəaliyyətini həyata keçirmək üçün əsas fondlara, dövriyyə vəsaitlərinə və digər əşyalara malik olur. Təsərrüfat fəaliyyəti ilə əlaqədar müəssisə materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, onlardan istifadə edir, istehsal prosesinə xərc çəkir, məhsul istehsal edir, onu satır, satışdan pul vəsaiti və mənfəət əldə edir. Beləliklə, müəssisə vəsaitləri, onların əmələgəlmə mənbələri, hər bir müəssisədə baş verən təsərrüfatprosesləri zamanı yaranan təsərrüfat əməliyyatları mühasibat uçotunun obyektləri hesab olunur.Mühasibat uçotu obyektləri sırasında tədavül fondları xüsusi yer tutur. Tədavül fondlarına dövriyyədə olan pul vəsaitləri, bankdakı pul vəsaitləri, müəssisə anbarında satış üçün istehsal olunmuş hazır məhsullar və alıcılara yüklənmiş mallar aiddir.Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qaydalarıdır. Elmi araşdırmalarda metod termini öyrəniləcək əşyanın təminatını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nəzərdə tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.Mühasibat uçotunun metodu onun icra fəaliyyətində mühüm əhəmiyyətə malik olan ünsürləri vasitəsilə yerinə yetirilir.Bu ünsürlər sənədləşmə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sistemindən, ikitərəfli yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.Sənədləşdirmə -təsərrüfat əməliyyatının müəyyən sənədlərlə əməliyyatın icra olunduğu yerdə rəsmiyyətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əməliyyatları üzərində müşahidəni təmin edir. Sənədləşmə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hüquqi şəkildə yazılı icra olunmasıdır. İstehsalat, maliyyə və təsərrüfat əməliyyatlarının sənədlərlə rəsmiyyətə salınması sənədləşdirmə adlanır.Hər bir təsərrüfat əməliyyatı üzrə tərtib olunmuş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəmlənmiş informasiyaların tərtib olunmasına şərait yaradır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş göstəricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) adlanır. İlkin sənədlər təsərrüfat əməliyyatlarının və onların aparılmasını təsdiq edən yazılı şəhadətnamədir.Tərtib olunmuş bütün ilkin sənədlər özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir: sənədin adı, nömrəsi, kodu, tərtib edilmə yeri və tarixi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa göstəricilər əks olunmalıdır.Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəssisənin rəhbərinin təsdiq etdiyi siyahıya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imzalamalıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funksiyasını icra edən şəxsə mənsub olur.Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçotda qəbul olunmuş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyitərəfindən təklif edilmiş,yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənibhazırlanmış uçot registrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əməliyyatlarının və onun düzgün icra olunmasını müəyyənləşdirir.İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında» 24 mart 1995-ci il tarixi qanunu və əsas vəsaitlərin, əmtəə-material dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların invertarlaşdırılmasına dair olan təlimat əsasında aparılır.İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:1)əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul vəsaitinin, qiymətli kağızların və bitməmiş istehsalın faktiki qalığının müəyyən edilməsi;2)material dəyərləri və pul vəsaitlərinin qorunub saxlanması üzərində nəzarət;3)tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin müəyyənləşdirilməsi;4)gələcək satışını təmin etmək üçün normadan artıq qalıqda olan maddi dəyərin müəyyənləşdirilməsi;5)material dəyəri və pul vəsaitinin saxlanması qaydalarının yoxlanması və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;6)müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq.İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır. İnvertarlaşma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yoxlamalar aparılır. Qarışılıqlı yoxlama əsasında invertarlaşdırmanın son nəticəsi müəyyən olunur.Mövcud qaydalara görə təcrübədə invertarlaşdırma aparılması üçün aşağıdakı vaxtlar müəyyən olunur:1)əsas vəsaitlər üçün üç ildən bir;2)kitabxana fondu 5 ildən bir;3)anbarlarda olan hazır məhsullar, illik mühasibat (maliyyə) hesabatının hazırlanma qabağı, oktyabr ayının 1-dən tez olmamaqla;4)anbar və bazalardakı mallar-ərzaq malları üzrə ildə iki dəfə, qeyri-ərzaq malları üzrə ildə bir dəfə;5)azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;6)pul vəsaiti, pul sənədləri ayda bir dəfə;7)debitor və kreditorlarla hesablaşmalar ildə iki dəfədən az olmayaraq.Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini invertarlaşdırılmasının düzgün, vaxtında keçirilməsinə cavabdehdirlər. Müəssisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanunçuluq tələblərinə uyğun keçirilməsinə və onun nəticələrinin mühasibat uçotunda əks etdirilməsinə borcludur.Qiymət və kalkulyasiya.Müəssisələrdə mövcud olan təsərrüfat vəsaitləri və təsərrüfat əməliyyatları öz xarakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əlaqədar olaraq vəsait və əməliyyatlarda ümumi göstəricinin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin köməyi ilə müəssisədə mövcud əmlakın bütün çeşidlərinin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bütün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanaraq müəyyənləşdirilir. Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olunmasında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olunmuş bütün məsrəflər üzrə maya dəyərinin hesablanması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə korkulyasiya əməliyyatının aparılması ilə müəyyən edilir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üzrə qiymətlərin müəyyən olunmasına şərait yaradır.Beləliklə, mühasibat uçotu obyektlərini ümumiləşdirilmiş şəkildə ifadə etmək üçün qiymət və korkulyasiyadan istifadə edilir. Hesablar sistemi və ikitərəfli yazılış.Mühasibat uçotunun təsərrüfat əməliyyatlarının informasiya sistemi əsas elementlərindən biri mühasibat hesabları hesab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uçotunda əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qruplaşdırılır. Mühasibat hesabları təsərrüfat əməliyyatlarının ifadə olunduğu məlumatları ümumiləşdirir və onların yekunlaşmasına şərait yaradır.Mühasibat balansı və hesabat.Mühasibat uçotu ünsürləri içərisində mühasibat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəssisənin özünəməxsus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qruplaşdırılması, onların yerləşdirilməsi və pul şəklində ifadəsi bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi yekunu həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin yekununa bərabər olmalıdır. Beləliklə, müəsssəbalansımüəssisənintəsərrüfatvəsaitininvəonlarınistifadəedilməsiüzərindənəzarətinhəyatakeçirilməsinəimkanverir.Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, rüb, il) istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini xarakterizə edən göstəricilər sistemidir.Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır.Göstərilən prinsiplərin icrası ilə mühasibat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsərrüfat-maliyyə əməliyyatları pul, miqdar və əmək ölçülərinə uyğun olaraq ümumiləşdirilmiş formada əks olunur
Dostları ilə paylaş: |