Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
FKA mühazirə

Tarixi  məlumat.  Fiziki-kimyəvi  analiz,  xüsusilə  onun  heterogen 

tarazlığa aid hissəsi D.V.Gibbsin (1876-1884), V.B.Rozebomun (1888-1911), 

F.Q.Vant-Hoffun  (1897),  D.P.Konovalovun  (1884)  işlərinə  əsaslanır.  Lakin 

fiziki-kimyəvi  analizin  bir  elm  sahəsi  kimi  formalaşması  N.S.Kurnakova  aid 

edilməlidir. 

Bir sıra fiziki-kimyəvi terminlərinin izahı 

Əsas terminlərdən biri sistemdir. 

1-ci sistem: Fəzanın bu və ya digər məqsədlə maddə və ya maddələr 

mövcud olan ayrılmış hissəsi sistem adlanır. Sistemlər iki qrupa ayrılır: 

termodinamik və fiziki-kimyəvi sistemlər. 

1)  Termodinamik  sistem  o  sistemlərə  deyilir  ki,  hissəciklər  arasında 

müəyyən enerji mübadiləsi mövcud olsun.  

2)  Hissəciklər  arasında  eyni  zamanda  istilik  və  maddə  mübadiləsi  olarsa,  belə 

sistemlərə fiziki-kimyəvi sistem deyilir. 

Məsələn,  fərz  edək  ki,  A,  B,  C,  D  maddələrindən  ibarət  sistem  verilmiş 

və bunların tərkibi a, b, c, d stexiometrik miqdarlarından ibarətdir. Əgər A ilə 

B,  B  ilə  C,  C  ilə  D  arasıda  istilik,  maddə  mübadiləsi  gedirsə,  bu  bir  vahid 

sistem hesab edilir. 

Sistemə  misal  olaraq:  dibində  bərk  duz  fazası  olan  məhlulu  və  onun 

üzərindəki buxarı göstərmək olar. Burada bərk duzla məhlul arasında, məhlul 



 

ilə onun üzərindəki buxar fazası arasında maddə mübadiləsi olduğundan onlar 



vahid sistem təşkil edirlər. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin