Sistemlərin aşağıdakı növləri vardır:
1. Bağlı sistem. Əgər sistem xarici mühitlə maddələr mübadiləsi etmirsə,
belə sistem bağlı sistem adlamr
2. Adiobatik sistem. Əgər sistem xarici mühitlə istilik mübadiləsi edə
bilmirsə, belə sistem adiobatik sistem adlanır. (bərk və ya açıq sistem)
3. İzolə edilmiş və ya qapalı sistem. Əgər sistem xarici mühitlə nə
maddə, nə də islilik mübadiləsinə məruz qalmırsa, belə sistcm izolə edilmiş
və ya qapalı sistem adlanır.
4.
Homogen və heterogen sistemlər.
Əgər sistemin daxilində sərhəd,
ayrılma səthi yoxdursa o homogen, sərhəddlə müəyyən hissələrə ayırma və
səthi olan sistemlərə isə heterogen sistem deyilir. Qabda məhlul (qab sistemin
hissəsi hesab edilmir) homogen, dibində bərk faza olan duz məhlulu isə
birlikdə heterogen sistemdir.
Sistemin halı. Sistemin iki halı məlumdur: stasionar və tarazlıq halları.
1) Əgər sistemin halı vaxtdan asılı olaraq dəyişmirsə, o stasionar
sistemdir. 2) Əgər sistemin halı vaxtdan asılı olaraq dəyişmirsə, həm də bu
dəyişməməzlik xarici təsirlərdən asılı dcyilsə, bu tarazlıqda olan sistemdir.
Beləliklə, tarazlıq halı stasionar halın xüsusi formasıdır. Stasionar
ümumi, tarazlıq isə onun xüsusi halıdır.
Stasionar halda temperatur və təzyiq sabit qalırlar. Tarazlıq halında isə
tcmperatur və təzyiq həm sabit kəmiyyətlərdir, həm də sistemin bütün
nöqtələrində bərabərdirlər.
Sistcmin halının dəyişməsinə temperatur və təzyiqdən başqa qatılıq da
tə’sir göstərir. Sistemin halını xarakterizə edən kəmiyyətlər - temperalur,
təzyiq, qatılıq və digər xassələr hal parametrləri adlanır. Ümumi halda deyə
bilərik ki, vaxtdan asılı olaraq sistemin bütün hal parametrlərinin sabitliyi halı
tarazlıq halıdır.
|