İnternet qlobal şəbəkəsi İnternet – [lat. internus – daxili; inter – arasında və ing. net – şəbəkə]
1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. İki şəbəkə arasında
informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır. İnternet qlobal şəbəkədə
birləşmiş milyonlarala kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən
şəbəkələrdən ibarət şəbəkədir.
İnternet - bütün dünyada milyonlarla kompüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi
bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan
qlobal kompüter şəbəkəsidir. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq,
internet vasitəsilə məktublaşmaq.
İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin
abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş
standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır.
İnternet qlobal şəbəkədə birləşmiş milyonlarla kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və
insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.
Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində WWW İnternet
xidmətlərindən biridir. İnternetin ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, təsvir, səs,
videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin
yayımını birləşdirir.
İnternetə qoşulma qaydaları: İstifadəçi Internet-ə qoşulması üçün müxtəlif üsullardan istifadə edə bilər. Bu üsullar bir-
birlərindən baha –ucuz olmasına, rahatlığa və göstərilən xidmətlərə görə fərqlənirlər.
Verilənlərin
(informasiyanın) İnternetdən çağırılmasının bir çox üsulları vardır.
İnternet xidmətləri adlanan bu
üsullar aşağıdakılardır: