Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)

Fiziki vasitələr.
Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var: 



Sarınmış cütlük kabeli.
Telefon sistemlərinin əksəriyyətində istifadə olunan bu 
kabel çox ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ayrıca izolyasiya olunmuş naqildən 
ibarətdir. 
Naqillərdən biri siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələndirilir. Yerlə 
əlaqələndirilmiş (ucu torpağa bağlanmış) naqil radiomaneələri “udur” və bununla da o 
biri naqillə ötürülən siqnalı qoruyur. 

Koaksial kabel.
Əsasən televiziya sənayesində istifadə olunan bu növ kabellər 
kompüter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: silindrik formalı 
ekrandan və onun içərisində izolə edilmiş mərkəzi teldən ibarət olur. Bu izolyasiyaya 
görə koaksial kabeldən 
keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr isə 
koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə görə bu kabellər 
sarınmış cütlük kabellərinə nisbətən bahadır. 

Fiber-optik kabel
. Fiber-optik kabel (optik lif kabeli) nazik, elastik şüşə 
borucuqlardan hazırlanır. Bu kabellərin ənənəvi metal rabitə xətlərindən bir sıra 
üstünlükləri var. Buraxılış zolağının eni çox böyük olduğundan o, daha çox verilənləri 
daşıya bilir; metal naqillərə nisbətən daha yüngüldür və maneələrə daha az həssasdır. 
Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır. 
Verilənlərin ötürülməsi üçün fiziki vasitələr 
 
Sarınmış cutluk kabeli Koaksial kabel Fiber-optik kabel 
 
Hazırda verilənləri daşımaq üçün fiziki vasitələrlə yanaşı, simsiz vasitələrdən də 
geniş istifadə olunur. 

Radiosiqnallar.
Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü və qəbuledici 
antenalar arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən 
o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları göndərən 
radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır. 

Mikrodalğalar.
Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında 
yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stansiyasından digərinə düz 
xətt üzrə göndərilir. Maneələrin təsirindən qaçmaq üçün mikrodalğa 


stansiyalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür binaların başında 
quraşdırılır. 


Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin