Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)

* WWW (World Wide Web)
– ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə 
ötürülən sənədlərdən ibarətdir. 
* E-mail və ya Elektron poçt (Electronic Mail)
– elektron poçt ünvanı İnternet şəbəkəsinə 
daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır.
* FTP (File Transfer Protocol)
– faylların axtarışı və ötürməsi protokoludur. Burada faylların 
bir kompyüterdən digərinə ötürülməsi reqlamentləşdirilir.
*(Gopher)
-menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi; Abonentlər 
arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir: 
Telekonferensiyalar
(NetMeeting) USENET
– Microsoft NetMeeting proqramı vasitəsilə 
həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə 
görüş və konferensiyaların keçirilməsi üçün nəzərdə tutulmuşdur.


Telnet-
(uzaq məsafəyə müraciət) 
Uzaqda yerləşdirilmiş terminalların sistemi;
ciddi mətn 
sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompyüterə daxil olmaq olar. 
Bu üsullar müxtəlif vaxtlarda yaranmış, onların hər birinin öz imkanları var və onlar 
informasiya mübadiləsi protokoluna görə bir birlərindən fərqlənirlər. 
Azərbaycanda
 İnternet 
1993-cü ildən inkişaf etməyə başlamışdır. İlk sayt 1994-cü ildə 
Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan 
Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır. 1993-cü ildən yüksək 
səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir. 
Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son 
illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi ölkədə İKT 
sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi 
üçün İnternetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. 
2006-cı ildən başlayaraq Azərbaycanda İnternetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün 
tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 
dəfələrlə artırılmışdır. 

Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin