Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


F.Krispinin avtoritar rejimi və onun tənəzüllü



Yüklə 0,52 Mb.
səhifə107/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   138
Yeni tarix müh

F.Krispinin avtoritar rejimi və onun tənəzüllü. 1887-ci ildə İtaliyada çoxlu sayda həll edilməmiş məsələlər: iqtisadi böhran, Avstriya-Macarıstan ilə kəskinləşmiş münasibətlər və müstəmləkələr üzərində Fraansa il mövcud olan münaqişələr qalmaqda idi. Artıq bu vaxt “Sollar” da öz potensialını itirmişdilər. Əhalinin hökumətə qarşı narazılığı artmışdı. əsasən şimalda Avstriyaya qarşı arası ksilməyən çıxışlar İtaliyanın Habsburqlarla ittifaqına təhlükə yaradırdı.

“Solların” daxilində ayrı-ayrı cərəyanlar və qruplar arasında mübarizə kəskinləşmişdi. Bu işdə müxalifət deputatların pulla ələ alınması, onların səsləri ilə manipuliyasiya edilməsi (transformizm siyasəti) hətta icra hakimiyyətlərinin seçkinin gedişinə müdaxilə etməsi az rol oynamamışdır. Bütün bunlar isə 1896-cı ildə siyasi meydandan gedənə (1887-1891 və 1893-18960cı illərdə hakimiyyətdə olub) avtoritar idarə metodların tətbiq edərək özünü millətin mənafeyinin müdafiəçisi ( Bismarka oxşamaq istədiyindən onun siyasi idealı da elə Bismark idi) kimi təqdim edən F.Krispinin (1818-1901) nüfuzunun yüksəlməsinə müsbət təsir göstərmişdir.

Siciliyada doğulmuş və Harribaldinin ən yaxın silahdaşlarından olan Krispu hökumətə qətiyyətsizlikdə və milli mənafelərdən uzaqlaşmaqda günahlandırır, güclü ordu v donanmanın yaradılması yolu ilə dövləti gücləndirməyə çağırırdı. Hətta o, İtaliyanın Aralıq dənizi hövzəsində və Afrika bölgəsində qüdrətli bir imperiyaya çevrilməyi layihəsini irəli sürərək, qeyd edirdi ki: “ İtaliyanın əvvəlki zəifliyini və Bonaportist Fransaya tabe olduğu dövrü unutmaq və Rissordjmentonun qəhrəman və parlaq ideallarına inamı dəstəkləmək üçün bu yeganə vasitədir”. Bununla yanaşı o, hakimiyyətin mərkəzləşməsini ləğv etməyi, vergilərin azaldılmasını və vacib sosial problemləri həll edəcəyinə söz verdi. Bütün bunlar isə ona müxtəlif siyasi qüvvələrin saray partiyalarından tutmuş, liberal demokratlar və generallarında dəstəyini təmin edirdi.

1887-ci ildə hökumətə başçılıq edən Krispi Daxili işlər Nazirliyinə, bir müddətdə həmdə Xarici işlər Nazirliyinə rəhbərliyi öz əlində saxlamışdır. O, idarəçiliyin avtoritar metodunu tətbiq etməklə ölkəyə başçılıq edirdi. Onun təşəbbüsü ilə hökumət vacib məsələləri parlamentdə razılaşdırmadan həll edirdi. O yeni cinayət kodeksinin və ictimai təhlükəsizlik haqqında qanunun parlamentdə qəbul olunmasına nail oldu. Nəticədə isə tətillərdə iştiraka görə cəzalar ağırlaşdı, müxalifət mətbuatına və siyasi düşüncələrə görə sərt tədbirlər nəzərdə tutulurdu. Əslində Krispi konstitusiyada nəzərdə tutulan azadlıqların əleyhinə yönəlmiş qanunların təşəbbüskarına çevrildi. Beləliklə 1889-cu il seçkilərindən sonra o namizədliyi parlament tərəfindən təsdiq olunmayan baş nazir oldu. 1889-cu ildə qəbul edilmiş qanuna görə yığıncaq azadlıqları məhdudlaşdırıldı, bir sıra nümayişlər qadağan olundu, nümayişçilərə qarşı silah işlədilməyə başlandı. Baş nazirin təzyiqi ilə məşhur sosialist Kostanın parlament mandatı ləğv olundu. Lakin ölkədə vəziyyətin kəskinləşməsi ciddi iqtisadi çətinliklər və ictimai narazılığın güclənməsi, eləcə də parlamentin müqaviməti 1891-ci ildə F.Krispinin 2-ci hökumət kabinetini də istefaya getməyə məcbur etdi. Hökumətin başçısı isə (1891-ci il may- 1893-cü il noyabr) Krispinin rəqibi, “mütərəqqi liberalizmin” carçısı, sosial və siyasi islahatlar tərəfdarı Covanni Çolitti ( 1842-1928) yeni baş nazir oldu. Hər şeydən əvvəl vergi islahatı keçirmək və əməyin mühafizəsi istiqamətində qanunvericiliyi yaxşılaşdırmaq vasitəsi ilə sosial vəziyyəti yaxşılaşdırmağa çalışırdı. Lakin o, mühafizəkar qüvvələrin güclü müqaviməti ilə üzləşdi. Roma bankı və digər bank institutları və onlarla əlaqədə olan hökumət üzvləri, parlamentarilərin iştirak etdikləri “İtaliya Panaması” adlandırılan böyük qalmaqalı yaradan fırıldaqçı təşkilatlar onu istefaya getməyə məcbur etdi. Hansı ki, bu qalmaqallar Colittinin nəzərdə tutduğu hansı ki, ölkədə keçiriləcək islahatını və onun proqresiv planlarını bir müddət dəfn etdi ki, buda siyasi liberalizmdə böhran yaratdı.

1892-1894-cü illərdə Siciliyanı kəndlilərin və icarədarların nümayişləri bürümüşdür. Onlar vergini ödəməkdən boyun qaçırır, bələdiyyələrə, mülkədar malikanələrinə vergi idarələrinə və digər qurumlara basqınlar təşkil edirdilər. Həmin vaxtda Messin, Palermo və digər şəhərlərdə zəhmətkeşlərin çıxışları güclənmişdir. Bu hərəkatın başında “Zəhmətkeşlərin ittifaqı” (italyanca “faşi”) dururdu. “Faşi” hərəkatı çörək, iş, icarə haqqının azaldılmasını, Əmək haqqının artırılmasını, mülkədar torpaqlarının bölüşdürülməsini və s. tələb edirdi. 1893-cü ildə “Faşi” Siciliya Sosialist federasiyası ilə birləşdi. Siciliyada baş verən çıxışlar ölkədə demokratik və sosialist yönümlü partiyaların formalaşması və fəallaşması dövrünə təsadüf edirdi. 1892- ci ildə İtaliya Zəhmətkeş Sosialist partiyasının təsis konfransı keçirildi. 1895-ci ildə isə bu partiya İtaliya Sosialist Partiyası İSP adlandırıldı. 1895-ci ilin aprelində isə ölkədə respublika quruluşunu müdafiə etməklə yanaşı bir sıra demokratik və sosialist xarakterli tələblər irəli sürən – respublika yönümlü müxtəlif qruplaşmaların birləşməsi nəticəsində Milanda İtaliya Respublikaçılar Partiyası (İRP) yaradıldı. Bu radikal partiyada Madzinini və Harribaldinin varislrinin mötədil hissəsi birləşmişdilər. Çünki onların tələbləri radikallların təlbləri ilə üst-üstə düşürdü.

Kral I Umbertonun, generalitetin, müstəmləkəçilik və güc tətbiqinin tərəfdarlarının dəstəyini alan F.Krispi 1893-cü ildən yenidən hökumətə rəhbərlik etməyə başladı. O, Siciliyaya ordu göndərərək orada fövqəladə vəziyyət tətbiq etdi. “Faşi” buraxıldı, təşkilatın 2 minə qədər üzvü həbs edildi və ya polis nəzəratinə götürüldü. Təşkilatın görkmli rəhbəri olan De Feliç və Basko məhkəmə tərəfindən uzun müddətli həbs cəzasına məhkum edildi. Ictimai əsayişin qorunmasında fövqəladə tədbirlər haqqında qanuna arxalanaraq Krispi hökuməti İtaliya Zəhmətkeşlərinin Sosialist partiyasının və onun mətbuat orqanı olan “Sinifi mübarizə” qəzetini və digər fəhlə və sosialist təşkilatlarının fəaliyyətini qadağan etdi, görkəmli sosialistləri və demokratik hərəkat nümayəndələrini məhkəməyə verdi.

1895-ci ildə keçirilmiş növbədən kənar parlament seçkilərində Krispi siyasətinin tərəfdarları yenidən qələbə çaldılar. Lakin çox çəkmədi ki, onun apardığı avanturist Xarici siyasət məhv edildi.

Avropada və Balkan məsələlərində Krispi Alman müttəfiqi idi. 1888-ci ildə İtaliyanın Almaniya və Avstriya-Macarıstanla imzaladığı hərbi konvensiyaya görə müttəfiqlərin eyni vaxtda həm Rusiya, həm də Fransa ilə müharibə aparmalı olduğu halda ilk növbədə Fransaya qarşı hərbi əməliyyatlara başlamaqla onlara hərbi yardım etməli idi. Bu sazişin imzalanması, ticarətdəki rəqabət və özünün bütün uğursuzluqlarında Fransanın əli olduğunu hesab edən Krispinin inadı İtaliyanın Fransa ilə münasibətlərini gərginləşdirdi. Fransa ilə İtaliyanın Afrikadakı, Balkanlardakı və Yaxın Şərqdəki iddialarını tanımaq istəmədi.

Bundan əlavə Qırmızı Dəniz sahillərində müstəmləkə tutmağa başlayan İtaliya qitənin içərisinə doğru irəlilədikcə, bir tərəfdən İngiltərənin oradakı müstəmləkə mülkləri və onun nüfuz dairəsi olan Misir və Sudanla təmasda, digər tərəfdən isə Efiopiya və vassal mülkləri ilə münaqişəyə cəlb edilirdi. İtaliya ekspedisiya qüvvələri fəaliyyəti mürəkkəb diplomatik manevrlərlə, eləcə də yerli xırda knyazları və tayfa başçılarını rüşvətlə ələ almaları ilə tanımlanırdı. ( Məsələn, Efiopiya sərhəd əyalətləri başçılarının biri ilə imperatora qarşı müqavilə imzalanmışdır.)

Lakin İtaliya hərbi qüvvələri 1895-1896-cı illərdə Efiopiyada irəliləsələr də onlar həm özlərindən sayca çox olan, həm də partizan döyüşü taktikasından məharətlə istifadə edən qüvvələrlə toqquşmalı oldular. Beləliklə ekspedisiya korpusunun fəaliyyəti İtaliya rəhbərliyindəki rəqabəti çətinləşdirdi. Romadan verilən, bir-birinə zidd göstərişlər əsasən də İtaliya cəmiyyətində müharibəyə qarşı artan narazılıq müstəmləkə siyasətinin uğursuzluğunda böyük rol oynamışdır. Sosialist hərəkatının lideri olan A.Kostanın “Afrikadakı müharibəyə nə bir qəpik, nə də bir əsgər” çağırışı ölkə ictimaiyyətində böyük əks-səda yaratmışdır.

1896-cı il mart ayında 17 minlik İtaliya ordusu Adua yaxınlığındakı qanlı döyüşdə Efiopiyanın 100 minlik ordusu tərəfindən darmadağın edildi. İtalyanlar bu döyüşdə şəxsi heyətinin 45% ni itirmişlər. Bu faciənin xəbəri ölkəyə çatmaqla bütün ölkəni hökumət əleyhinə nümayişlər yürüdü. Xalq hərəkatından qorxan kral parlamentin 5 mart tarixində keçirilən fövqəladə iclasında Krispinin istefasını qəbul etdi. Kralın bu qərarı həm deputatlar, həm də diktatorun tərəfdarları tərəfindən alqışla qarşılandı. Beləliklə Krispinin siyasi karyerası şərəfsizcəsinə başa çatdı.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin