Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


“Mütərəqqi liberalizm” kursunun fəailiyyəti



Yüklə 0,52 Mb.
səhifə110/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   138
Yeni tarix müh

“Mütərəqqi liberalizm” kursunun fəailiyyəti. Bu kursun həyata keçiricisi C.Colitti olduğuna görə 1901-1914-cü illər onun adı ilə bağlı olmuşdur. Belə ki, XIX əsrin sonunda baş vermiş siyasi böhran irticanın məğlubiyyəti ilə sona yetdi və hakimiyyətə liberal burjuaziya gəldi.

Hakimiyyətə gəldikdən sonra Colitti ölkənin beynəlxalq vəziyytini yaxşılaşdırmaq, iqtisadi yüksəlişini təmin etmək, sosial düşmənçiliyi zəiflətmək üçün proqram irəli sürdü. O, ticarəti genişləndirmək və sahibkarlığı gücləndirməklə . təsərrüfat həyatında dövlətin rolunu artırmaqla büdcəni eyni zamanda möhkəmləndirmək və xarici borcları azaltmaq istəyirdi. Colitti zəhmetkeşlərin alıcılıq qabiliyyətini və daxili bazarı genişləndirməyə də böyük diqqət yetirirdi. Colitti hökumətinin ilk tədbirləri isə bunlar olmuşdur: fövqəladə vəziyyətin ləğvi, amnistiya verilməsi, həmkarlar təşkilatlarının və fəhlələrin nümayiş hüquqlarını tanımaq, qadın və uşaq əməyinin qorunması üçün qanunun verilməsi və əmək birjalarının yaradılması və s.

Pyemontun bürokratik cəmiyyətindən çıxmış Colitti XIX əsrin 60 -80-ci illərində özünə parlaq məmur karyerası qura bilmişdir. (1882-ci ildə vəfat edənə kimi deputat olmuşdur) əv.Vəlcə “solların”, sonra isə konstitusiya müxalifətinin sıralarında nüfuzlu şəxslərdən olmuşdur. O, Krispinin və irticaçı tədbirlərin düşməni kimi tanınmış və nüfuz qazanmışdır. Konstitusiyalı- monarxiya tərəfdarı olduğunu da gizlətmirdi. Və belə hesab edirdi ki, “cəmiyyətin bütün təbəqələrin ölkə iqtisadiyyatında və siyasətində öz paylarını ələ keçirməsinə mane olmaq” nəinki təhlükəlidir, bu hətta mümkün deyildir. O, əmin idi ki, bütün təbəqələrinin yüksəlməsi vətənin çiçəklənməsinə və ucalmasına səbəb olacaq, yoxsa əldə edilmiş bütün nailiyyətlər məhv ediləcək. Təhsil və səhiyyə sistemlərinə qayğı, mütərrəqqi sosial qanunvericilik, sahibkarla fəhlələr arasında sivil münasibətlərin yaradılması onun diqqət mərkəzində olan məsələ idi.

Colitti hökuməti represiya üsullarını ləğv edərək mətbuat, yığıncaq və nümayiş azadlıqlarını bərpa etdi, iqtisadi, siyasi və dini təşkilatların fəaliyyətlərini bərpa etdi. Metallurgiya, maşınqayırma və kimya sənayesinin inkişafı eləcə də avtomobil istehsalı üçün şərait yaratdı. Məhz bu sahələrin inkişafı ilə kapitalın və istehsalın təmərgzləşməsi sürətləndi, iri monopolist birliklər yarandı, iqtisadiyyatda həm yerli, həm də xarici bankların rolu artdı. Italiya geridə qalmış aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevrildi. Artıq 1911-ci ildə əhalinin 32,1%-i sənaye və nəqliyyatda çalışırdı.

Bütün bunlar ölkədə fəhlə hərəkatının yüksəlməsi üçün şərait yaratdı. əmək partiyası adlanan ərazi təşkilatlarından əlavə, 1906-cı ildə Ümumi Əmək Konfederasiyasında birləşən sahə həmkarlar federasiyası yaradıldı. Artmaqda olan və əsasən özündə nökərlər və aztorpaqlı kəndliləri birləşdirən kəndli liqaları 1901-ci ildə “Ümumi əmək Konfederasiyası”nı (ÜƏK)yaratdılar. Sənaye və kənd təsərrüfatında çalışan fəhlələr (əsasən də ölkənin şimalında) sahibkarlardan əmək haqqı və iş şəraitinə dair güzəştlər əldə edə bildilər. Istirahət günü qanunlaşdırıldı, islahatda qadın və uşaq əməyindən istifadənin azaldılmasına dair tədbirlərdə görüldü.

Siyasi azadlıqların verilməsi ilə ölkədə XX əsrin əvvəllərindən başlayaraq fəhlə hərəkatı gücləndi və 1904-cü ildə Ümumi İtaliya milli hərəkatınınn formalaşması ilə başa çatdı. Həmin ilin 15-16 sentyabr tarixində tətillər Milan, Genuya, Parm, Turin, Baloniya, Ankan və Livorno şəhərlərini bürüdü. Sonra isə İtaliyanın bütün vilayətlərinə yayıldı. Nümayişçilər xalqa qarşı silah işlədilməsini qadağan edəcək qanunun verilməsini tələb edirdilər. Beləliklə ümum xalq tətilləri kütlənin siyasi cəhətdən tərbiyə olunmasında böyük rol oynamışdır.

1905-1908-ci illərdə sənaye və kənd təsərrüfatı proletariatının yeni çıxışlarının alovlanması ilə yadda qaldı. 1905-1907-ci illər rus inqilabının təsiri ilə nümayişlərinin güclü dalğası başladı. 1906-cı ildə 382 min nəfər iştirak etmiş 1649 nümayiş olmuşdur. Bu illər islahatçılarla anarxistlər arasındakı düşmənçilik də güclənmişdir və islahatçıların da mövqeyi bir qədər güclənmişdir. Onlar eyni zamanda Bernşteynin mövqeyindən çıxış edirdilər. Həm də marksizmin sinfi mübarizə, inqilab və proletariat diktaturası nəzəriyyəsinin təftiş olunmasını tələb edirdilər.

Parmda baş vermiş ümumi tətil hərəkatı 1905-1908-ci illər mübarizənin son aktı oldu. Hərəkat 1908-ci ilin may-iyun aylarında baş vermişdir. Tətilin dağıdılması anarxo-sinikalistlərin taktikasının düzgün olmadığını sübut etdi və sosialist partiyasının dağıdılmasını tezləşdirdi. İspaniya Sosialist Partiyası (İSP) 1908-ci ildə Florensiyada keçirilmiş qurultayında anarxo-sindikalizmin partiyanın proqramı ilə bir yerə sığmadığını elan etdi. Bundan sonra isə anarxo-sindkalistlər uzunmüddətli böhran yaşadılar.

İSP-sı daxilindəki nüfuzlu dairələr bir qədər sonra F.Turatti, L.Bissollati, İ.Bono-minin rəhbərlik etdikləri ÜƏK-sı, İSP-sı və fhlə təşkilatlarının vəzifələrini C.Colittinin həyata keçirdiyi islahatları dəstəkləməkdə görürdülər. Onlar belə düşünürdülər ki, İtaliyanın zəifliyi sosializm uğrunda mübarizənin hələ tez olduğunu göstrir. Fəhlə sinfi isə burjua cəmiyyəti çərçivəsində ağır sosial və mənəvi emanisipasiya ( asılılıqdan və alçaldıcılıqdan azad olmaq) yolu keçməlidir. Məhz onların iştirakı ilə 1900-cü ildə İSP-nın bir sıra vacib iqtisadi və siyasi xarakterli tələblərini nzərdə tutan minimum proqramı işlənib hazırlanmışdır. F.Turati və İSP-nın digər liderləri antiparlamentarizm siyasətindən imtina edilməsini tələb edirdilər. Bu qüvvələr 1910-1911-ci illərdə “barışmazlardan”, “sindikalistlərdən” və anarxo-sindikalistlərdən təşkil edilmiş, inqilabi fraksiyada birləşdilər. 1904-cü ildə is İSP-sı və Əmək palatasının təşəbbüsü ilə ölkədə ilk ümummilli siyasi tətil keçirildi.

Colittinin siyasəti sosialist və fəhlə hərəkatının sol cərəyanları və liberalların mühafizəkar qruplarının artmaqda olan müqaviməti ilə üzləşdi. Demokratlar hökümətin inzibati təzyiqlərdən istifadə edilməsinə, verilmiş vədlərin yerinə yetirilməsinə, deputatların pulla ələ alınmasına, 1904, 1909 və 1913- cü illərdə keçirilmiş seçkilərin yekunlarının saxtalaşdırılmasına qarşı öz etirazlarını bildirdilər. Colitti isə hökumət başçısı vəzifəsini güzəştə getməyə məcbur oldu.

Bu dövrdə fəallaşmış islahatçı katoliklər də sosial “susdurma”ya çalışırdılar. 1903-cü ildə papa X Piy taxta çıxdıqdan sonra katoliklərin siyasi həyatda iştirakına qoyulmuş qadağaları aradan götürdü. Bu vaxt “ağ həmkarlar ittifaqı” adlanan katolik təşkilatları meydana gəldi. Bütün bunlar Colittini nəzərdə tutmuş olduğu planlarda müəyyən dəyişikliklər etməyə məcbur etdi. Bu güzəştlərin içərisində katolik dairələrlə yaxınlaşmaq, antisosialist və müstəmləkə tərəfdarlarına güzəştlər etmək əsas yer tuturdu.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin