XX əsrin əvvəllərində iqtisadi inkişaf. Sənayenin inkişaf səviyyəsi və var-dövlət XIX əsrin sonlarında istehsalatda konsentrasiya və kapitalın mərkəzləşməsi prosesinin əsasını qoydu. Hələ o dövrə qədər eşidilməmiş kapitalist birlikləri – korparasiylar yaranmağa başladı. 1901-ci ildə milyonçu Morqanın “Polad korporasiyası” yarandı. Hansı ki, bu korparasiya həmin dövrdə ABŞ-da olan 600 ədəd qara metalurgiya müəsslərini özünə birləşdirdi və ya məhv etdi. Qara metalın isə 2/3 –ni istehsal etməyə başladı. Rokfellerin kompaniyası isə bütün neft hasilatına, Quqenheym misin çıxarılması və əridilməsinə, Makkorniki isə kənd təsərrrüfatı maşınlarının istehsalı sahəsinə nəzarət edirdilər. Artıq 1904-cü ildə ABŞ sənayesində 7 milyard dollarlıq kapitala sahib 3/8 korparasiya mövcud idi. Hansi ki, onlar ölkədəki mövcud istehsalın ¾ hissəsini verməklə 5,3 min fabrik və zavodun özündə birləşdirmiş və ya məhv etmişdir.
Bu dövrdə sənaye ilə yanaşı nəqliyyat sahəsində də inkişaf sürətlənmişdir. Qısa bir müddət ərzində 127 korparasiya 2,4 min xırda müəssəsini məhv etmişdir. Eyni zamanda maliyyə sahəsində də inkişaf güclənmişdir.Artıq sənaye kapitalı maliyyə kapitalı ilə birləşmişdir. Belə ki, XX əsrin əvvələrində ABŞ da maliyyə sahəsində hökmranlığı iki böyük bank – Rokfeller və Morqan bankları ələ almışdır. Bu sənaye nəhənglərinin nəzarətində təsərrüfatın mühüm sahələri və sığorta cəmiyyətləri olmaqla banklarla sıx əlaqəda idilər. Təkcə Rokfeller və Morqan bankları 22 milyard dollar kapital ehtiyatına sahib olmaqla 30 sənaye müəssisəsi, dəmir yolu və digər kompaniyalar üzərində nəzarət edirdilər. Beləliklə ölkədə maliyyə oliqarxiuası yaranmışdır. Hansı ki, bunlar ölkə iqtisadiyyatının bütün sahələrini nəzarət etməklə milyonlarla amerikalını öz əllərində saxlayırdılar. Odur ki, onlar ştatların seçkili orqanlarının və konqresin işində, daxili və xarici siyasətdə güclü təsirə malik idilər.
İnhisar birlikləri və banklar gücləndiyi bir dövrdə alverçiliyin genişlənməsinə də şərait yaradırdılar. Bu vaxt sakit iqtisadi inkişaf əvəzinə var-dövlət uğrunda yarış başladı. 1903-1907-ci illərdə olmuş dünya iqtisadi böhranı ABŞ iqtisadiyyatına da təsirsiz ötmədi. Iqtisadi böhran zamanı istehsal 19% aşağı düşdü. Minlərlə kiçik müəssisə bağlandı. Iqtisadiyyatda yüksəliş isə 1904-cü ilin payızından başladı. Bütün müəssisələr yenidən işləməyə başladı. Lakin 1900-1907-ci illər ərzində ərzaq mallarının qiyməti digər malların qiymətinə nisbətən 20-30% çox artmışdır.
Iqtisadi böhrandan çıxan zaman ölkənin maliyyə sektoruna inamsızlıq başlamışdır. Banklar kredit verməkdən boyun qaçırırdılar. Istehsalatdan uzaqlaşan xırda müəssisələr maliyyə müəssələrinə çevrilirdilər. Banklar bütün əməliyyatları dayandırmışdır. Fond birjalarında aksiyaların qiyməti aşağı düşmüşdür. Bütün tikinti işləri dayanmışdır. 1908-ci ildə artıq ölkədə işsizlərin sayı 3-4 milyona çatmışdır.
Dostları ilə paylaş: |