Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə114/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   ...   138
Yeni tarix müh

İqtisadi nailiyyətlər. ABŞ-da baş vermiş ikinci inqilab Cənubda oliqarxiya hakimiyyətini devirdi, onun iqtisadi bazası olan quldarlıq təsərrüfatı ləğv etdi. Bunun nəticəsində də istehsal qüvvələrinin və azad kapitalın inkişafı üçün şərait yarandı. Homsted aktlarının qəbul edilməsi, əhalinin böyük ərazilərdə yerləşməsi ölkədə kapitalizmin inkişafına güclü təkan verdi. Artıq XIX əsrin sonlarında iqtisadi inkişaf səviyyəsinə görə ABŞ dünyada birinci yerə çıxdı. Bu ölkənin iqtisadiyyatı digərlərininkindən sənayesinin və kənd təsərrüfatının yüksək səviyyəli inkişafına və adam başına düşən məhsulun miqdarına, geniş və yığcam daxili bazarına, yüksək məhsul istehsal edən fermalarına, inkişaf etmiş nəqliyyat, rabitə və XX əsrə xas olan iri korparasiyaların yaranmasına görə fərqlənirdi.

Bütün bu nailiyyətlərin əsası milyonlarla mühacirlərin torpaq və təbii ehtiyatların istismarı zamanı azad sahibkarlıq imkanlarının olması idi. ABŞ-da kapital və işçi qüvvəsi ardı kəsilmədən genişlənmiş daxili bazara axırdı. Boş torpaqlar qısa bir zamanda fermerlər tərəfindən otlaqlara çevrilir, yeni şəhərlər və qəsəbələr salınır. Bu şəhərlər dəmir və şose yolları, teleqraf xətləri ilə birləşdirilirdi. Məhsuladar torpaqlar, meşələr, filiz yataqları, neft və daş kömür ehtiyatları, Kaliforniya və Alyaskada tapılan filiz yataqları ölkənin iqtisadi inkişafı və insanların işgüzarlığı üçün stimul oldu.

Dövlət fond torpaqlarının şəxsi mülkiyyətə verilməsi 1862-ci ildə homsted haqqında verilmiş aktdan təxminən 30 il sonra başa çatdı. 1870-1900-cü illərdə əkin sahələrinin sahəsi demək olar ki, iki dəfə artmışdır. Bu zaman ərzində kənd təsərrüfatı sahəsində işləyənlərin sayı da 6,2 milyon nəfərdən 10,4 milyon nəfərə, fermer təsərrüfatlarının sayı isə 2 milyondan 5,7 milyona kimi artmışdır. Kənd təsərrüfatındakı nailiyyətlər təkcə torpağın münbitliyi və kənd əhalisinin sayının artması ilə əlaqədar deyil, eyni zamanda əməyin mexanikləşdirilməsi və gübrələrin tətbiqi sayəsində əldə olunmuşdur.

Birinci dünya müharibəsi qabağı ABŞ adambaşına dənli bitkilər-qarğıdalı, buğda və düyü tələbatına görə birinci yerə çıxmışdır. Eyni zamanda ABŞ torpağın məhsuldarlığı və heyvandarlığın inkişafına görə də yüksək inkişaf etmiş ölkələr sırasına çıxmışdır. Belə ki, 100 nəfərə düşən iri buynuzlu heyvanın sayına görə ABŞ Argentinadan, Kanadadan və Danimarkadan geridə qalırdı.

Avropadan gələn miqrant fəhlə qüvvəsinin və iri bazarın yaranması sənayenin sürətli inkişafına səbəb oldu ki, bu da öz növbəsində kapitalizmin son mərhələsinə qədəm qoymasına şərait yaratdı. Metallurgiya və çuqun əridilməsi yüksəldi. Son 30 il (1870-1900) ərzində dəmir yolunun çəkilişi böyüyərək 140 min milə bərabər oldu. Həmin dövrdə ABŞ dəmir yolunun uzunluğuna görə dünyada birinci yerdə idi. 1914-cü ildə isə onun uzunluğu 263,5 min milə çatırdı. Avtomobil istehsalına görə ABŞ bütün dünyanı qabaqladı. 1914-cü ildə burada 1.763 min, yəni Qərbi Avropa ölkələrindən 3,6 dəfə çox yük və minik maşını var idi.

Sənayenin yeni sahələri olan yeyinti, neftayırma, poladtökmə, kimya, elektrotexnika və maşınqayırma ABŞ sənayesinin uzunmüddətli əsasını qoydu. Vətəndaş müharibəsindən sonra bu sahələrdə yeni müəssə tipi- iri korporasiyalar və böyük biznes mərkəzləri yarandı. Onlar məhsulun maya dəyərini aşağı salmaq və onun istehsalını genişləndirmək üçün yeni kütləvi istehsal texnologiyalarından istifadə edirdilər. Ona görə ki, iri kompaniyaların məhsullarının ucuz və kütləvi istehsalı daxili bazarın tələblərinə cavab verirdi. Silah istehsalında başlayan standartlaşdırma, paltar və ayaqqabı, qida yarımfabrikatları, tikinti materialları və mürəkkəb texnikalara da aid edilirdi. 1913-cü ildə Fordun kompaniyası texnikanın qlobal nailiyyətləri sayılan avtomobillərin konveyer üsulu ilə yığılması üsuluna keçdi.

Yeni kompaniyaları əvvəlkilərindən fərqləndirən cəhət isə istehsalın və istehsal olunan malın satışının, eləcə də xammal təminatının (vertikal inteqrasiya) birləşdirilməsi idi. Belə bir sistem istehsal, ticarət və mədən müəssələrinin pərakəndə halda olanda qaçılmaz halda olan izafi xərclərinin xeyli azalmasına səbəb olurdu. Üçüncü mühüm üstünlük onda idi ki, kapital sahibləri öz biznesləri üçün professional təşkilatçılar (menecerlər) saxlayırdılar. Firmalar insanları və digər resursları idarə etmək üçün elmə müraciət edirdilər. XX əsrin birinci onilliyində mühəndis F.U. Teylorun və digər menecmentlik banilərinin əsərləri çap olundu və ABŞ-da menecmentlik məktəbi yaradıldı.(1881-ci ildə Pensilvaniya universitetdə ilk belə məktəb açılmışdır).

Bu dövrdə dəqiq elmlər də istehsalın inkişafına xitmət edirdi. “Ceneral elektrk”, “Bell” və digər kompaniyaların labaratoriyalari yeni növ məhsul verən texniki kəşflər edirdilər. İxtiraçı T.Edison müxtəlif sahələr üzrə çoxlu yenilikləri ilə məşhurlaşmışdır. ABŞ-da elektrk stansiyaları, elektriklə işıqlandırma, telefon əlaqələrinin təkmilləşdirilməsi, kinomotoqrafiya və qromofon yazma sənayesi məhz onun adı ilə bağlıdır. Elmi laboratoriyalar, hətta primitiv eksperimental emalatxanalar bəzən gələcək iri kompaniyaların təməlinə çevrildi. Əgər onların istehsal etdikləri məhsulların çoxlu alıcısı olurdusa, o məhsulların ixtiraçıları maliyyə yardımına və sürətli texnologiya tətbiqinə ümid bəsləyə bilirdilər. Məhz H. Ford bu qaydada sadə mexaniklikdən nəhəng bir avtomobil kompaniyasının sahibinə çevrilmişdir. C. İstmen də dünyaca məşhur “Kodak” kompaniyasının əsasını qoymuşdur.Sadə satıcı olan K. Jillet məşhur təhlükəsiz üzqırxanları istehsal edən firma yaratmışdır. Sadə, lakin dünyaya yayılan, çox lazımlı ixtira sahibləri varlı adamlara çevrilirdilər. Məsələn, bir dəfə işlədilən kağız qablar, 1886-cı ildə əczaxana işçisi C.Demberton tərəfindən resepti hazırlanan məşhur “Koka-kola” içkisi, soyuq içkilər üçün butulka qapaqları və s. buna aiddir.

Texniki yeniliklərin kommersiyalaşması güclü iştirakçıları ABŞ-a cəlb edirdi.Bircə onu demək kifayətdir ki, telefon ixtiraçısı A. Bell İngiltərədən gəlmişdir. Telefonun əvvəlcə birjada, sonra isə əlaqə vasitəsi kimi istifadəsi başladı ki, artıq I dünya müharibəsi qabağı ABŞ-da 10 milyon telefon abonenti var idi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin