Kapitalizmin imperializm mərhələsinə keçməsi. XIX əsrin sonlarında böyük biznesin yaranması iqtisadiyyatda, müəssisələrdə və cəmiyyətin özündə struktur dəyişikliyinə səbəb oldu. Şəhərlərin sürətli inkişafı, nəqliyyat vasitələrinin və nəqliyyatın inkişafı, və böyük korporasiyaların yaranması ABŞ-ın industrial bir cəmiyyətə çevrilməsinin bariz nümunəsi idi:
ABŞ-da inkişafın əsasını iri və kiçik müəssisələrin birgə fəaliyyəti, onların qarşılıqlı təsiri təşkil edirdi. İnteqrasiyanın üstünlüklərini iri kapital təşkil edən istehsal sahələrinin çox kiçik bir dairəsi istifadə edirdi: İri kompaniyalara və fərdi alıcılara xidmət edən firmaların sayı artmaqda davam edirdi. Onlar üçün təlabatın dəyişməsinə çevik reaksiya vermək asan idi. Bunun üçün onlara böyük kapital lazım gəlmirdi:
İri kapitallar yalnız özlərinin resursları hesabına deyil, həm də birləşmə digər firmaları satın alma və ya udma hesabına böyüyürdülər. Bütün bu kimi hərəkətlərdə məqsəd ya rəqibi aradan götürmək, ya da müəyyən ticarət və nəqliyyat xəttinə düşmək üçün assortimenti genişləndirmək üçün imkanları birləşdirmək və s. idi. Müstəqil firmaların digər iri korparasiyalar tərəfindən ələ keçirilməsi bir tərəfdən arzu olunan olmasada, digər tərəfdən onların aksiyalarının qiymətdən düşməsi ehtimalını azaldırdı. XX əsrin əvvəllərində amerikan avtomobilqyırma firmalarının birləşməsi, 1908-ci ildə nəhəng “ Ceneral motors” kompaniyasının yaranmasına səbəb oldu.
Bəzi hallarda iri firmaların rəqabəti dəyişərək istehsal sahələrinin və məhsul satışının firmalar və birliklər tərəfindən işğalına gətirib çıxardı. Birləşmə böyük yatırımlar və təşkilatçılıq tələb etdiyindən effektiv idarəçilik olmadıqda çox yaşamırdı. Təlabatın azalması isə manapoliya sahiblərinə böyük zərbə vururdu.
Sənaye müəsisələrinin sürətlə artması XIX əsrin sonlarında istehsalın da sürətlə artmasına səbəb oldu. Ölkədə sənaye və bankların sürətli konsentrasiyası başladı.
Sənaye və bank işləri birləşməyə başladı. Məsələn Morqan bankı ilə Vanderbilin dəmiryol kompaniyaları birləşdi. Bu ABŞ-da monopalizmin ilk nümunəsi idi. Beləliklə XIX əsrin sonunda iri sənaye müəssisələri tərəfindən istehsal olunan məhsul ümumi məhsulun 67% ni təşkil edirdi. Həmin dövrdə ABŞ sənayesində C. Rokfellerin “Standart oyl of Nyu-cersi” tresti, Korneqinin polat tresti və “Amerikan Şuqar rifayniq” şirkətləri idilər.
C.Rokfeller və onun kompanyonlar birliyi XIX əsrin sonu XX əsrin əvvəllərində Amerika və dünya bazarında ağ neft istehsalının 90 % ni istehsal edirdisə, sonrakı rəqabət nəticəsində bu sahədə onların payı azaldı. 1902- ci ildə nəhəng bank sahibi C. Morqan tərəfindən yaradılmış “Y. S. Still Korpareyşin” poladtökmə trestinin bu sahədə payı 60 % idi: Bu nəhəng birliyin idarə olunmasında olan çətinliklər monopolyalaşmanın xeyirli olmadığını üzə çıxardı. Məğlub edilməz hesab olunan “Ford” kompaniyası 20-ci illərin sonlarında üstünlüyünü “Ceneral Motosa” verdi. Milli kompaniyalardan ancaq “Amerikan telefon end teleqraf” unikal, eyni zamanda çox qiymətli texnika hesabına öz sahəsində monopolist olaraq qaldı.
İri sənaye korparasiyalarının yaranması bank kapitalının konsentrasiyasına gətirib çıxardı. XIX əsrin son on illiyinə kimi bank kapitalı ölkənin ən sərfəli sənaye sahəsi olan dəmiryolu kampaniyalarını maliyələşdirirdi:
ABŞ-ın bank sistemində iki bank – Rokfeller və Morqan bankları böyük əhəmiyyət kəsb edirdi: Rokfellerin “Neşnil siti bank”adlı bankında on il ərzində (1889-1898) kapital ehtiyatı artaraq 18 milyon dollardan 128 milyon dollara çatmışdır. Həmin dövrdə Rokfellerin, Morqanın , Kun-Lebin, Mellonun bankları və sığorta şirkətləri sənayenin artıq bütün sahələrini maliyyələşdirməklə məşğul idilər. Banklar sadəcə zayom verməklə məşğul deyildilər, eyni zamanda böyük miqdarda aksiyalar almaqla birləşmiş kompaniyaların şərikinə çevrilirdilər. Belə ki, sənaye birlikləri də istehsalı yenidən qurmaq, satışı təşkil etmək və digər muəsisələrlə əlaqə qurmaq üçün iri kapital qoyuluşuna möhtac idilər.
Vətəndaş müharibəsindən sonra istehsalın sürətli artımı eyni məhsul istehsal edən müstəqil istehsalçıların satış bazarında qiymətləri stabil saxlamaq məqsədi ilə kartellər yaratdılar. Lakin onlar stabil monopolistə çevrilə bilmədilər. Hər hansı bir kompaniya üçün münasib qiymətlə satış bazarı tapan kimi, heç bir hüquqi gücü olmayan karteldən çıxırdı, beləliklə də kartel dağılırdı.
1882-ci ildə birləşmiş kompaniyaların mərkəzləşdirilmiş rəhbərliyinin xüsusi yeni forması etibarlı şəxslər vasitəsi ilə idarə olunan trestlər yarandı. İlk belə trst “Standart oyl” başda olmaqla bir qrup neftayırma kompaniyaları tərəfindən yaradılmışdı. Rəqiblərlə mübarizə üçün Rokfeller kompaniyaların bütün imkanlarını birləşdirdi. Bunun üçün istehsal yenidən quruldu, qeyri rentabelli zavodlar bağlanıldı, yüz minlərlə boru kəmərləri çəkildi, və neft quyularına birləşdirildi. Satış üçün baza təşkilatı yaradıldı. Bu halda trestin iştirakçıları gəlirləri almaq hüququnu özlərində saxlamaqla öz aktivlərini Rokfeller və özlərinin etibarlı şəxslərinə verdilər. Bu dəyişiklik uğur qazansada trest qanuni idarəçilik forması deyildi. 1893-cü ildə Ohayo ştatının Ali məhkəməsi onu qadağan etdi, bundan sonra trestlər gizli şəkildə fəaliyyət göstərirdi.
Trest şəklində idarəetmə forması ABŞ-da geniş yayılmışdır. “Standart oyl” dan başqa ikinci dərəcəli şəhərlərdə bir neçə trest yarandı.
Dostları ilə paylaş: |