Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə117/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   113   114   115   116   117   118   119   120   ...   138
Yeni tarix müh

Sosial hərakatlar. XIX əsrin sonlarında ABŞ tarixinin özünəməxsusluqlarından biri olan iri korparasiyalara qarşı ümumxalq hərakatı oldu, hansı ki, bütün əhalini korparasiyaların yaranması, artması və onların sahiblərinin görünməmiş səviyyədə varlanması narahat edirdi.

ABŞ-da işgüzarlıq tarixən fərdi və qrup halında olurdu. Kiçik biznes çox vaxt şəxsi varlanma ilə məhdudlaşdırdı. Rokfeller və Vanderbil kimilərinin ambisiyaları sadə insanlara sosial təhlükə kimi görünürdü. Onlar belə hesab edirdilər ki, iri korparasiyaların yaranması ölkədəki resursların vəhşicəsinə talanmasına və milyonlarla işçinin mənimsənilməsinə səbəb olmaqla bərabər imkanlar prinsipinə son qoyacaq .Biznesin təsərrüfat mexanizmi bir müddət aydın olmasa da iqtisadi inkişaf göz önündə idi.

Eyni korparasiyaların bütün ölkə boyu səpələnmiş idarələri, reklamları, adları yazılmış zavodları, fabrikləri, anbarları və s. nəhəng bir strukturu xatırladırdı. Nəinki sıravi insanlarda, eyni zamanda iqtisadçı və siyasətçilərdə belə bir fikir yaratmışdır ki, bütün bu var - dövlət azad rəqabət və demokratik yolla deyil, cinayət yolu ilə əldə edilib. Milyonların kriminal yollarla qazanılması haqqında mətbuatda gedən sensasion yazılar əhali tərəfindən ən çox oxunan məqalələr idi: Dəmir yolu, maliyyə və sənaye “imperiyalarının” yaradıcıları Reander Blitini, Harimanı, Quldu, Morqam, Rokfelleri və b. yeni maqnatlar, krallar, baron-quldurlara dlandırırdılar.

Narazılıq üçün sadə insanların daha çox əsası var idi. Vətəndaş müharibəsi dövrü genişlənən kənd təsərrüfatı istehsalı müharibə ilə qurtardıqdan sonra təlabatın kəskin azalması ilə müşayət olunmağa bağlandı. Və nəticədə fermerlər ziyana işləməli oldular. Onların banklara borcu artdı. Məhsulun dəmir yolu ilə daşınıb satılması yeni imkanlar vəd etsə də bu işə alverçilər qoşulmalı olurdular. Buğdaya olan təlabat fermerləri elevator sahiblərinə müraciət etməyə məcbur edirdi. Lakin elevator sahibləri də elə dəmiryol sahiblərinin özləri olduqlarına görə yükün daşınmasına çox yüksək tarif qoyurdular. Odur ki, fermerlərlə onların münasibətləri pisləşmişdir. Dəmir yolu sahibləri eyni zamanda həm də iri torpaq sahibləri idilər. Dövlətdən dəmiryolu çəkilişi üçün torpaq alan iş adamı nəinki yol çəkirdi, eyni zamanda pulsuz alver edirdilər. Dəmir yolu ərazisinə düşmüş torpaqları becərən kəndlilər öz torpaqlarını yeni sahibindən ya pulla almalı yada icarəyə götürməli idilər.

Böyük heyvandarlıq təsərrüfatlarının sahibləri də dəmir yolu sahibləri ilə sövdələşməyə gedərək homstedlərin ərazilərinə soxulurdular. Mübahisələr bəzən silahla həll edilirdi: Kənd təsərrüfatındakı inkişafa baxmayaraq kiçik torpaq sahibləri “Vəhşi Qərbin” azad biznesindəki özbaşınalığından əziyyət çəkirdilər.

Belə bir zamanda-yəni iqtisadi qeyri bərabərlik fermerləri öz hüquqlarını birgə müdafiə etməyə məcbur edirdi: XIX əsrin 60-cı illərinin sonunda ölkədə koperativ əsaslarla fermer asossasiyaları qreyncerlər yaradılmağa başlandı, hansı ki, məhsulun satışı ticarət agentlərinin tapılması, anbarların və dəyirmanların tikilməsi ilə məşğul olurdu.Bəzi qərb ştatlarında onlar yerli siyasətçilərin köməyi ilə dəmiryoluna nəzarəti əllərinə aldılar. Qreyncerlərin hüquqları məhdud olduğundan dəmiryolu “kralları” məhkəmə vasitəsi ilə bəzən öz istədiklərinə sahib olurdular. 70-ci illərin ortalarında fermerlər arasında kağız puı-yaşıl dollar “qrinbek” populyarlaşdı.İqtisadi çətinliklər zamanı ABŞ fermerlərinə münasibət ənənəvi idi. Onlar istəyirdilər ki, istehsalı genişləndirmədən satılan məhsuldan infilyasiya hesabına daha çox pul əldə edib öz borclarını qaytarsınlar. Real vəziyyət isə başqa idi: vətəndaş müharibəsi zamanı ucuzlaşan “qribek” bahalaşdı və borcu qaytarmaq çətinləşdi. Rusiyadan, Kanadadan və Argentinadan gətirilən buğdanın hesabına qiymət düşdüyünə görə vəziyyət daha da çətinləşdi: Fermerlərin bir hissəsi borca görə öz mülklərini girov qoyurdular. 1875-ci ildə siyasi mübarizəyə başlayan və ABŞ prezidentliyinə öz nümayəndəliyini irəli sürən “qrinbek” partiyası yaradıldı. Qrinbeklər demokratik siyasətçilər və onlar üçün ikinci dərəcəli rol oynayan fermer və fəhlə hərakatları ilə əlaqələr yaratmağa başladılar. 80-cı illərdə fermer hərakatının yeni dövrü başladı ki, bu da xalq və populist partiyalarının yaranmasına səbəb oldu. Bundan əvvəl onlar Konqresə və yerli hakimiyyətlərə öz adamlarını irəli çəkmək üçün iri ittifaqlar (alyanslar) yaratmışdılar. Kiçik iş adamları, tacirlər və hətta qızıl standartdan narazı olan gümüş mədənlərinin sahibləri populistlərin müttəfiqləri oldular.

90-cı illərin əvvəllərində populist hərakatı ölkə boyunca formalaşdı. Onların əsas şüarı dəmir yollarının və rabitə vasitələrinin milliləşdirilməsi, şəxsi korparasiyalarda və xarici firmalarda olan artıq torpaqların köçkünlərə verilməsi, mütərəqqi vergilərin tətbiqi və qızıl standartların ləğvi idi: Bundan əlavə populistlər siyasi sistemi radikalcasına dəyişdirərək ABŞ senatorlarını və prezidentini birbaşa və gizli yolla seçmək, konqresmenlərin və məhkəmələrin seçicilər tərəfindən geri çağırılmasını və xalq referundumunu Ali qanunverici hakimiyyət orqanı etməyi təklif edirdilər. 8 saatlıq iş günü, həddi-buluğa çatmayanların işə götürülməsini qadağan edilməsi populist və fəhlə hərakatlarında fikir ayrılığı olsa da yuxarıdakı proqrama daxil edildi. 1892-ci il prezident seçkilərində cənub populistlərinin əksəriyyəti Demokratlar partiyasının namizədinə səs verdilər. Qaradərili fermerlər və icarədarlar isə öz ittifaqlarını yaratdılar. Populistlərin bir hissəsi belə fikirdə idi ki, miqrantlar torpağı və işi onlardan alırlar, ona görə də belə populistlər rasist, antisemit və miqrantlara qarşı düşmən mövqedə dururdular. Buna baxmayaraq Populist partiyasının lideri D. Viver bir milyondan çox (9 %) səs almışdır.

Populistlər 1896-cı il prezident seçkilərinə, onların fikrincə, xalqın vəziyyətini radikal olaraq dəyişdirə biləcək bir şüarla gəldilər. Populistlər seçkilərdə qələbə çalmaq üçün Demokratik partiya ilə blok yaradaraq onların namizədi hüquqşünas U. Brayanı müdafiə etdilər. Brayan isə minimal hesabla Respublikaçıların namizədi U. Makkinliyə uduzdu. Bu siyasi uğursuzluq populist hərakatına son qoysa da onların təklif etdikləri senatorların birbaşa seçilməsi, iqtisadiyyatın əsasən də nəqliyat və rabitə sahəsinin dövlət tərəfindən istiqamətləndirilməsi və fermerlərin xeyrinə qanunların verilməsi sonralar həyata keçirildi.Populist hərakatının ləğvinə əsas səbəb isə iqtisadi rəqabətin yaxşılaşması, cəmiyyətin dinamik inkişafı, xarici siyasətdə hakimiyyətin nüfuzunun artması və hakimiyyətin islahat yolunu tutması oldu.

Sənayenin inkişafı cəmiyyətdə fəhlə hərakatının yüksəlməsinə səbəb oldu. ABŞ fəhlələrinin vəziyyətində bəzi xarakterik xüsusiyyətlər var idi. Bunlar fəhlə sinifini parçalayan çoxmillətlilik, cinsinə və dərisinin rənginə görə diskriminasiyalar, yüksək fəhlə axını və faktiki olaraq fabrik qanunvericiliyinin olmaması idi.

ABŞ-ın güclü iqtisadi inkişafı, istehsalın genişlənməsi ölkənin milli gəlirinin böyüməsinə səbəb olmuşdur. ABŞ-ın milli gəliri 1865-ci ildə 20,8 milyard dollar olmuşdursa 1900-cu ildə 88,5 milyard dollar olmuşdur. Bu inkişafla yanaşı ölkədə sosial bərabərsizlik də sürətlə böyüyürdü. 1896-cı ildə ölkənin milli gəlirinin demək olar ki, yarısı əhalinin 1% nin əlində cəmləşmişdir. XIX əsrin sonlarında ABŞ da 4 milyon milyoner var idi. Fəhlələrin əsas hissəsini isə miqrantlar təşkil edirdi. 1880-cı ilədək miqrantları ingilislər, irlandlar və almanlar təşkil etmişdilər. Bunlardan sonra isə ABŞ-a gələn miqrantların əsasını Avstrya-Macarıstan, Rusiya, Norveç və İsveçdən gələn insanlar təşkil edirdi:

1900-cü ildə ABŞ-da doğulmuş ağ dərili fəhlələr ümumi fəhlə kütləsinin çox az bir hissəsini təşkil edirdilər. Sənayedə işləyən fəhlələrin sayı isə 1880-cı ildə 5,2 milyon nəfərdən 1900-cü ildə 10,6 milyon nəfərə çatmışdır. Fəhlələrin əsas hissəsi 6,25 milyon nəfəri sənayedə, 2 milyon nəfəri dəmiryolunda, 1,6 milyon nəfəri tikintidə çalışırdı.

XIX əsrin 80-cı illəri fəhlə sinfi üçün dönüş dövrü oldu. 80-cı illərdə ABŞ-da fəhlə təbəqəsi bir sinif kimi çıxış etməyə başladı. Fəhlə və həmkarlar təşkilatları gücləndi. Nümayiş hərəkatı genişləndi: Belə ki, 1880-1886 cı illər ərzində 4 mindən çox fəhlə nümayişi olmuşdur. Hansı ki, bu nümayişlərdə 1,5 milyondan çox fəhlə iştirak etmişdir. Bu illər ərzində fəhlələr əsasən Əmək Ordeni ətrafında birləşmişdir. 80-cı illərin əvvəllərində bu təşkilat kütləviləşdi. Onun üzvlərinin sayı 1879-cu ildə 20 min nəfər idisə, 1886-cı ildə 700 min nəfərdən çox idi.

Cəngavər Əmək Ordeni ilə eyni vaxtda yaranmış və sahibkarlara qarşı aktiv mübarizə aparan daha bir fəhlə birliyi Amerika Əmək Federasiyası idi. Monopolist kapitalizmin formalaşdığı bir zamanda iri burjaiziya imkan tapıb proletariatın yuxarı təbəqəsini ələ ala bildi. Bu da ixtisaslı fəhlələr hərəkatını ümumidən ayırdı. Onları Cəngavər Əmək Ordeni qane etmədi və ayrılaraq1881-ci ildə Amerika Əmək Federasiyasını (AƏF) təşkil etdilər. AƏF-nın fəaliyyətində ən proqressiv dövr XIX əsrin 80-cı illəri idi. Bu vaxt olmuş nümayişlərin irəli sürdüyü şüarların əsasını 8 saatlıq iş gününün tələbi tutmuşdur. AƏT-nın liderləri də mübarizəyə qoşulmağa qərar vermişdilər. Təşkilat 1885-ci ildə bütün fəhlə təşkilatlarını 1886-cı il 1 may tarixində küçələrə çixmağa və 8 saatlıq iş günü uğrunda mübarizəni müdafiə etməyə çağırdı.

1886-cı ilin 1 may tarixində 350 mindən çox fəhlə işi ataraq küçələrə çıxdı. Onların əsas tələbi 8 saatlıq iş günü idi. Tətillərə 11 mindən çox müəssisə qoşulmuşdur.Çikaqo şəhərində mübarizə daha güclü idi.Parsonsun başçılıq etdiyi qrup faktiki olaraq Çikaqo fəhlələrinə başçılıq edirdi: Çikaqoda 40 min fəhlə işi dayandıraraq küçələrə çıxmışdır. Hərəkatın daha da gücləndiyini görən burjuaziya Çikaqoda bomba partlatdı və fəhlələri dağıtdı. Mayın 3-də isə polis nümayişi gülləboran etdi: 6 nəfər öldürülmüşdür. Mayın 4-də Xeymarket meydanında gülləboran əleyhinə çoxsaylı mitinq oldu. Mitinqə Parsonun qrupu rəhbərlik edirdi. Nümayiş zamanı yenə burjuaziya provakasiyaya əl atdı, meydanda bomba partladıldı. 7 polis, 4 fəhlə öldü. Və polis silahsız fəhlələrə qarşı silah işlətdi. Çikaqoda fəhlələrin repressiyası başladı. 1887-ci ilin yayında isə Çikaqo fəhlələrinin 8 nəfər lideri məhkəmə qarşısına çıxarıldı. Hansı ki, onlardan heç biri 4 may 1886-cı il nümayişində iştirak etməmişdir. AƏF-sı da Çikaqo fəhlələrinin müdafiəsinə qalxdı. Ölüm hökmünə məruz qalan Filden və Şvab üçün qərar dəyişdirilərək ömürlük həbs cəzası ilə əvəz olundu. Linç isə həbsxanada özünə qəsd etdi. Lakin Çikaqo fəhlələrinin 4 lideri Parsons, Spays, Enjel və Fişer 11 noyabr 1887-ci il tarixində edam edildilər.

Fəhlələr arasında sosialist ideyalarının təbliğini Sosialist Fəhlə partiyası aparırdı. Bu partiya 1886-cı ildə sosialist təşkilatları və qruplarının birləşməsi əsasında yaranmışdır. Onun tərkibinə Zorge və İ. Veydemeyerin başçılığı ilə I İnternasionalın marksistləri, İllinoys fəhlə partiyasından lassalçılar və A.Ştrasserin başçılığı ilə sosial-demokratlar daxil idilər.

Partiyanın yarandığı ilk gündən daxili siyasi mübarizə güclənmişdir. Partiyanın rəhbər vəzifələrini tutmuş lassalçılar sosialist təbliğatını parlament mübarizəsinə yönəltmək istəyirdilər. Bununla onlar mübarizənin başqa formalarından imtina edirdilər. Lassalçılara qarşı Zorgenin başçılığı marksistlər çıxış edirdilər.

ABŞ-da həyat şəraiti əmək etikası normalarına, şəxsi məsulliyətə, rasionallığa və s. əməl edilməsi tələb edirdi. Əgər XIX əsrin sonlarında Amerika və Qərbi Avropalı fəhlələrin əksəriyyəti bu normalara əməl edirdisə, Şərqi Avropa və Rusiyadan gələnlər üçün bu çox çətin idi. Hətta iş sahibləri xariciləri istismar edirdilər. İş tapmaq asan olsa da iş verənlə xırda bir münaqişə üstündə işi itirmək asan idi. İxtisaslı işçilərə, əsasən də amerikalılara pullu işlər verilirdi. “Yüz faizli Amerikalı” olmayanlar milli məhəllərdə məskunlaşırdılar. Bütün bunlara baxmayaraq ABŞ-a köçüb gələnlərin sayı o dərəcədə artmışdır ki, federal hökumət miqrantlar üçün bəzi qadağalar qoymağa məcbur olmuşdular. Ölkənin ərazisinin genişliyi, bütün ixtisaslara yüksək tələbat, varlanmaq imkanının olması, dini və siyasi azadlıq və s. bütün bunlar bütün dünyadan insanların ABŞ-a gəlməsinə səbəb olurdu.

ABŞ-da əmək haqqı dünyanın bütün ölkələrindəkindən yüksək olduğundan fəhlələri iqtisadi məsələlərdə ciddi olmağa şövq edirdi. Əmək haqqının azaldılması və işdən çıxarılmalar böyük etirazlara səbəb olurdu. Iqtisadi- depresiya dövründə - yəni 1892-ci ilin yayında Homsted şəhərində Karneqinin zavodunda əmək haqının azaldılmasına cavab olaraq tətil elan edilmişdir. 1894- cü ilin may ayında isə Pulman vaqon düzəltmə zavodunda əmək haqqının aşağı salınması və işdən azad edilməsinə qarşı 5 aylıq tətil keçirilmişdir. Bu tətilə dəmiryolçuların qoşulması dəmiryolunda hərəkəti pozmuşdur. Vəziyyət vətəndaş müharibəsini xatırladırdı. Tətilçilərə qarşı polis və ordu hissələri yeridilmişdir. Hərəkatın rəhbəri Yudjin Debs idi. O 1893-cü ildə Amerika dəmiryolçularının ittifaqını da yaratmışdır. Elə həmin ildə işsiz fəhlələrin Vaşinqtona çoxminlik yürüşüdə baş tutmuşdur. Hakimiyyət lazım gələrsə güc tətbiq etmək üçün onların hərəkətlərini qeyri qanuni elan etmək məqsədilə Şerman qanunu tətbiq etdi.

Sonradan solçu radikallara başçılıq edənlərdən olan, sınanmış sosialist Yudjin Debs fəhlələri sosialist şüarları ətrafında birləşməyə çağırırdı. Debs AƏF-nın rəhbərliyini kəskin tənqid edərək, 1905-ci ildə onun əleyhinə ixtisassız və az maaş alan fəhlələrin təşkilatı olan “Dünyanın sənaye fəhlələri” adlı solçu həmkarlar ittifaqını yaratdı. Kapitalistlərin və fəhlələrin maraqlarının tamamilə bir-birinə əks olması təşkilatın beynəmliləl ad almasına səbəb olmuşdur. Bu təşkilat bir neçə uğurlu tətil hərəkatına rəhbərlik etmişdir ki, nəticədə Şimali-Şərq ştatlarının tikişçilərinin əmək haqqı artırılmışdır.

XIX əsrin 80-cı illərinin əvvələrində ştatların əksəriyyətində fermer alyansları mövcud olmuşdur. Lakin həmin onilliyin sonlarında bu alyansların fəaliyyəti məhdudlaşdırılmışdır. Bu hərəkatda iki mərkəz formalaşmışdır. -Şimal Alyansı və Cənub Alyansı. 80-cı illərin sonunda ölkə fermerlərinin əksəriyyəti bu alyanslarda iştirak edirdilər. Onların aktiv fəaliyyəti 1892-ci ildə Sent-Luizdə keçirilmiş qurultayda Xalq partiyasının yaranmasına səbəb oldu. Bu partiyanın yaradılmasında Cəngavərlər Əmək Ordeni, Ohayo kömürçüləri ittifaqı və Sent Luizin Mərkəzi fəhlə ittifaqı da yaxından iştirak etmişdir. Xalq partiyası 1892-ci il seçkilərində 1 milyondan çox səs toplayaraq Konqresdə 12 deputatla təmsil olundu. Həmin ilin 4 mart tarixində keçirilən qubernator seçkilərində də qalib gələrək Ohayo qubernatoru da bu partiyadan seçilmişdir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin