Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə127/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   ...   138
Yeni tarix müh

İngilis-rus sazişi. XX əsrin əvvəllərində ingilis-rus yaxınlaşması baş verdi.Bu yaxınlaşmanı bir sıra amillər şərtləndirirdi.1904-cü ildə baş verən ingilis-fransız yaxınlaşması və fransız-rus müttəfiqliyi haqqında sənədin imzalanması həmçinin Rusiya-İngiltərə arasında yaxınlaşmağa kömək etdi.Yaponiya ilə müharibə və birinci rus inqilabının yatırılması Rusiyanın Fransadan maliyyə asılılığını gücləndirdi.Rusiya hökümətinə yeni istiqrazlar lazım idi.Rusiyaya istiqrazların verilməsində fransız kapitalı ilə yanaşı,ilk dəfə olaraq ingilis kapitalı da iştirak etdi.Bütün bu amillər ingilis-rus yaxınlaşmasının iqtisadi təməlini yaratdı.İngilis-rus yaxınlaşması təkcə Rusiyanın mənafeyinə cavab vermirdi,eyni zamanda İngiltərənin istəklərindən doğurdu.İngiltərə XIX əsrin sonuna və rus-yapon müharibəsində məğlubiyyətə qədər Rusiyaya Asiyada öz rəqibi kimi baxırdı.Lakin Rusiyaya rus-yapon müharibəsində məğlub olduqdan və birinci rus inqilabı məğlubiyyətə uğradıqdan sonra ingilis diplomatiyasının mövqelərində dəyişikliklər əmələ gəldi.Məğlubiyyət Rusiyanın beynəlxalq nüfuzunu sarsıtdı və onu zəiflətdi.Belə olduqda ingilis höküməti Asiyada öz rəqibi kimi zəifləmiş Rusiyanı deyil,güclənməkdə olan Almaniyanı görməyə başladı.

İngilis-rus yaxınlaşmasını şərtləndirən başqa bir amil də var idi.Birinci rus inqilabından sonra müstəmləkələrində inqilabi hərəkatın yüksəlməsindən qorxan İngiltərə onları yatırmaqda Rusiyaya öz müttəfiqi kimi baxırdı.Doğrudan da,İranda-Güney Azərbaycanda inqilab baş verərkən Rusiya və İngiltərə onu yatırtmaqda birgə fəaliyyət göstərdilər.

İki ölkə arasında baş verən bütün dəyişikliklər 1907-ci ildə inglis-rus sazişinin bağlanmasına gətirib çıxartdı.İmzalanan saziş iki ölkə arasında Şərqdə olan ixtilafları tənzimləmək məqsədi güdürdü.Sazişə görə,İran üç zonaya bölünürdü:birincisi,İranın şimalı-ölkənin ən çox əhalisi və zəngin təbii sərvətləri olan Güney Azərbaycan Rusiyanın nüfuz dairəsi kimi qəbul edilirdi;ikincisi,Mərkəzi İran bitərəf zona elan edilirdi;üçüncüsü,zəngin neft mənbələri,Hind okeanına və İran körfəzinə çıxışı olan Cənubi və ya Cənub-Şərqi İran İngiltərənin nüfuz dairəsi hesab olunurdu.

İngilis-rus sazişi,eyni zamanda,başqa ölkələrə də toxunurdu.Əfqanıstan İngiltərənin nüfuz dairəsinə verilirdi.Tibet üzərində Çinin hakimiyyəti qəbul edilsə də,bu ərazi İngiltərənin maraq obyekti sayılırdı.İnglis-rus sazişinin bağlanmasının mühüm nəticələri oldu.Saziş Rusiya ilə İngiltərə arasında çoxlu mübahisəli məsələləri qaydaya salaraq onları Almaniyaya qarşı ittifaqda birləşdirdi.Fransız-rus ittifaqının və ingilis-fransız sazişinin mövcud olduğu şəraitdə İngiltərə ilə Rusiya arasında sazişin imzalanması Almaniyaya qarşı ingilis-rus-fransız blokunun yaradılmasını başa çatdırdı.Beləliklə,1907-ci ildə Antantanın formalaşması başa çatdırıldı.Onu Üçlər sazişi kimi adlandırdılar.Nəticədə XX əsrin əvvəllərində beynəlxalq şərait kifayət qədər dəyişdi.İngiltərə özünün keçmiş rəqibləri olan Fransa və Rusiyanı Almaniyaya qarşı diplomatik-siyasi mübarizəsinə cəlb etdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin