Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İki blokun rəqabəti və Balkan müharibələri



Yüklə 0,52 Mb.
səhifə130/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   138
Yeni tarix müh

İki blokun rəqabəti və Balkan müharibələri. 1907-ci ildə Antanta və Avstriya blokları arasında rəqabət dövlətlərarası münasibətlərin əsas amilinə çevrildi.Münaqişələr bir-birini əvəzləyirdi və beləliklə beynəlxalq gərginliyi gücləndirirdi.

Britaniya hərbi-dəniz üstünlüyünü saxlamaq üçün Almaniya ilə dəniz qüvvələrinin məhdudlaşdırılması barədə müqavilə bağlamağı təklif edirdi.Ancaq II Vilhelm bu təklifi rədd etdi.Almaniya yeni,güclü hərbi gəmilərin hazırlanmasını sürətləndirdi.Almaniya Avstriya-Macarıstanla birlikdə Balkan və Yaxın Şərqdə Rusiya və Britaniyanın maraqları dairəsində fəallaşmağa başlamışdılar.1908-ci ildə Avstriya-Macarıstan çoxdan işğal etdiyi Bosniya və Hersoqovinanı özünə birləşdirdi və Bolqarıstana və Ruminiyaya Serbiyanı üç yerə bölməyi təklif etdi.Serbiya Rusiyaya arxalanaraq hər hansı müdaxiləyə cavab verməyə hazırlaşırdı.Ancaq,Rusiya arxasında Almaniya dayanan Avstriya-Macarıstanla müharibəyə hazır deyildi.Almaniyanın təsiri altında Rusiya Avstriya-Macarıstanın Bosniya və Hersoqovina üzərində hökmranlığını tanıdı.Serbiya hərbi müdaxilə təhlükəsi üzündən Rusiyanın ardınca Avstriya-Macarıstanın hökmranlığını tanıdı.Avstriya-Macarıstanın güclənməsindən,İtaliyanın narahat olmasından istifadə edən Rusiya onunla habsburqların Balkanlardakı eskpansiyasına qarşı birgə çıxış etmək haqqında müqavilə bağladı.Bunun əzəvində Rusiya İtaliyanın Şimali Afrikadakı siyasəti ilə razılaşmalı oldu.Rusiya nəticəsiz olaraq Almaniya və Avstriya-Macarıstan yaxınlaşmasını zəiflətmək,Almaniya isə Rusiyanı Antantadan qoparmaq istəyirdi.Bunların arasında rəqabətin kəskinləşməsi imperatorların görüşündə əsasən ikinci dərəcəli məsələlərin Yaxın Şərqdə,İranda maraqların müəyyənləşməsi ilə bitirdi.

Avstriya-Macarıstanda itifaqın möhkəmlənməsi,Rusiyanın müəyyən qədər zəifləməsi imkan verirdi ki,Fransaya güclü təsir göstərsin.1911-ci ildə fransız qoşunlarının Mərakeşə soxulmasından istifadə edən Almaniya Mərakeşin bir hissəsini tutmaq üçün Aqadirə hərbi gəmilərini göndərdi.Hiblaltar yaxınlığında almanları istəməyən Britaniya Almaniyanın bu iddialarına qarşı etiraz etdi.Antanta ilə toqquşma istəməyəm Almaniya bunun əvəzində Konqonun bir hissəsini Fransadan almağa razı oldu.Bu hadisələr onu göstərirdi ki,müharibə hər an kiçik problemlər üstündə başlaya bilər.

1911-ci ildə Mərakeş böhranından,Rusiya və Fransanın münasibətindən yararlanan İtaliya Osmanlı imperiyasının Şimali Afrikadakı müstəmləkələrini işğal etdi.Daxili çəkişmələr nəticəsində Osmanlı imperiyası italiyan qoşunlarına güclü müqavimət göstərən ərəblərə effektli kömək edə bilmədi.1912-ci ildə sülh müqaviləsinə görə sultan Tripoliyə və Krenaikaya tam muxtariyyət verdi.Ancaq,faktiki olaraq onlar İtaliyanın nəzarətinə keçdilər.Gərginliyin artdığı dövrdə Britanyanın Almaniya ilə hücum etməmək barədə sülh müqaviləsi təklifi uğursuzluğa düçar oldu.Almaniya isə başqa formula təklif etdi:”hər hansı biri müharibəyə cəlb olunsa o biri neytral mövqe tutacaq”.Bu,Antantanın dağılması demək idi ki,buna da Britaniya getmədi.Həqiqətdə isə Almaniya və Britaniyanı silahlanma güclənən vaxtda,iqtisadi rəqabət qızışan zamanda neytral qalması mümkün deyildi.1912-ci ildə anqlo-alman danışıqları ikinci dərəcəli ziddiyyətlərin həllinə imkan verdi.

Çoxdan “Avropanın xəstə adamı” sayılan Osmanlı imperiyasının zəifləməsi ona qarşı Balkan dövləti blokunun yaranmasına nail oldu.Bu blok Rusiya və Fransanın köməkliyi və Serbiyanın təşəbbüsü ilə yaradıldı.1912-ci ilin yazında Serbiya-Bolqariya və Yunan-Bolqariya müqaviləsi bağlandı,onlarla həmrəy olmağı barədə Çernoqoriya çıxış etdi.Osmanlı imperiyasına qarşı hərbi hərəkətlər 1912-ci il 9 oktyabrda başladı.Balkan dövlətərinin silahlı qüvvələri türk ordusunu tezliklə məğlub etdi (Birinci Balkan müharibəsi).Balkan blokunun uğuru Avstriya-Macarıstanı və Almaniyanı narahat eməyə başaldı,onlar Serbiyanın güclənməsi,xüsusilə onlara Albaniyanın qoşulmasından ehtiyat edirdilər.Hər iki dövlət Serbiyaya qarşı güc tətbiq etməyə hazır idilər.Bu,Rusiya və bütünlüklə Antanta ilə toqquşma demək idi və bunu Britaniya təsdiq etdi.Avropa müharibənin astanasında idi.Bundan yan keçmək üçün altı böyük dövlətin Londonda yığıncağı çağırıldı.Burada Antanta Balkan dövlətlərini,Almaniya və Avstriya-Macarıstan Osmanlı imperiyasını öz himayəsinə götürdülər.Onlar Albaniyanın sultanlığın hakimiyyəti altında muxtariyyətini və oradan Serb qoşunlarının çıxarılmasına razılaşdılar.Uzun və mürəkkəb danışıqlardan sonra 1913-cü ilin mayında Osmanlı imperiyası və Balkan dövlətləri sülh müqaviləsi bağladılar.Osmanlı imperiyası bütün Avropa ərazilərini,o cümlədən,Albaniyanı və Egey adalarını itirdi.Ancaq qaliblər arasında ərazilər üstündə münaqişə baş verdi.Çernoqoriya knyazı Skutarini Albaniyaya verməmək üçün onu mühasirəyə aldı.Serbiya və Yunanıstan Bolqarıstandan öz neytrallığı üçün kompensasiya istəyən Rumıniyanın köməkliyi ilə Bolqariyadan ona çatmış torpaqların bir hissəsini istəyirdilər.Rusiya diplomatiyası bu münaqişəni aradan qaldırmağa çalışsa da uğursuz oldu.Avstriya-Macarıstan tərəfindən şirnikləşdirilən Bolqarıstan öz müttəfiqlərinə qarşı çıxdı.İkinci Balkan müharibəsi başladı.Avstriya-Macarıstan Bolqarıstanı silahla müdafiə etməyə qərar verdi.Ancaq Almaniya və İtaliyanın mövqeyi bunun qarşısını aldı.Bolqarıstana qarşı müharibədə həm də Osmanlı imperiyası vuruşub məğlub oldu. Yenidən böyük dövlətlərin sirləri Londonda Balkan problemlərini həll etmək üçün yığışdılar.1913-cü ilin avqustunda ikinci Balkan müharibəsinin iştirakçıları sülh müqaviləsi bağladılar.Bu müqaviləyə görə Makedoniyanın xeyli hissəsini Serbiya və Yunanıstan aldı.Ruminiyaya Cənubi Dobruca,Osmanlı imperiyasına isə Şərqi Frakiya verildi.Balkan müharibələri güclərin dəyişməsinə səbəb oldu.Avstriya-alman bloku Osmanlı imperiyasına öz təsirlərini artırdılar və Bolqarıstanı öz tərəflərinə çəkdilər.Antanta Serbiyada,Çernoqoriyada və Yunanıstanda öz təsirini saxladı və Ruminiyanı öz tərəflərinə çəkdilər.Balkanlar Avropanı barıt çəlləyinə çevrildi.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Avropa və Amerika ölkələrinin əhalisinin və ictimai təşkilatlarının əlaqələrinin fəallaşması,yeni yaradılmış katolik,potsfis və başqa qeyri hökümət təşkilatlarına öz təsirini göstərdi.1876-cı ildə öz fəaliyyətini dayandırmış Beynəlxalq fəhlə yoldaşlığının əvəzinə,1889-cu ildə Avropa və Amerika ölkələrinin sosialistləri tərəfindən II İnternasional yaradıldı.1899-cu ildən parlamnetlər arası ittifaqın-ölkələrin deputatlarının illik konfransı çağrıldı.Sahələr arası həmkarlar birlikləri birləşərək Beynəlxalq həmkarlar konfederasiyasını yaratdılar,bunun ardınca qadın və gənclərin beynəlxalq ittifaqları yaradıldı.1894-cü ildə fransız ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Beynəlxalq Olimpiya Komitəsi yaradıldı.Beynəlxalq qeyri hökümət təşkilatları beynəlxalq münasibətlərin subyektləri kimi özünəməxsus formada qarşılıqlı anlaşmanın və sülhün qorunmasına kömək edirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin