Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə129/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   125   126   127   128   129   130   131   132   ...   138
Yeni tarix müh

İkinci Mərakeş böhranı. 1911-ci ilin mayında Fransa orduları fransız təbəələrini müdafiə etmək və çıxışları yatırmaq adı altında Mərakeşin paytaxtı Fas şəhərini işğal etdilər.Əslində fransızlar bütün Mərakeşi tutdular.Fransanın bu hərəkətinə mane olmaq iqtidarında olmayan Almaniya bunun əvəzində özü üçün nə isə almaq qərarına gəldi.İyulun 1-də Mərakeşin Atlantik okeanı sahillərindəki Aqadir şəhərinin limanında alman hərbi gəmisi “Bəbir” göründü.Aqadirin coğrafi mövqeyi onu strateji cəhətdən əhəmiyyətli edirdi.Aqadiri tutan Almaniya Fransanı güzəştə getməyə məcbur etmək istəyirdi.Almaniya Mərakeşdə torpaq almaq istəklərini həyata keçirə bilməsə də Ekvatorial Afrikada fransız mülklərindən almağa ümid bəsləyirdi.Ona görə də alman diplomatiyası əvvəlcə bütün fransız Konqosunu tələb etdi.Almaniyanın belə tələbi Fransa tərəfindən qəbul edilmədi.

Mərakeş üstündə Fransa-Almaniya münaqişəsinə İngiltərə də qoşuldu.Burada mənafeləri olan İngiltərə güzəştə getmək istəmirdi.1911-ci ilin iyulun 21-də İngiltərə hökümətinin tapşırığı ilə Llyod Corc birmənalı şəkildə bildirdi ki,Mərakeş məsələsində İngiltərə Almaniyaya qarşı müharibədən imtina etməyəcəkdir.İngiltərə nazirinin bu sözləri Almaniyanı geri çəkilməyə məcbur etdi.1911-ci ilin payızında Almaniya-Fransa ilə saziş bağlamağa məcbur oldu.Almaniya Mərakeşin fransız protektoratlığında olduğunu qəbul etdi.Fransa da öz növbəsində Almaniyaya güzəştə getdi:fransız höküməti Konqodakı mülklərinin kiçik bir hissəsini Almaniyaya verdi.

Bununla belə,alman diplomtiyası sazişin nəticələrindən razı qalmadı.O,belə “kiçik hədiyyə” ilə kifayətlənmək istəmirdi.Bir sıra alman rəsmi dairələri II Vilhelmi hədsiz güzəştə getməkdə təqsirləndirdilər.Aqadir münaqişədən sonra alman diplomatiyası dünyanın yenidən bölüşdürülməsini daha qətiyyətlə tələb etməyə başladı.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin