1912-1914-cü illərdə İngiltərənin siyasəti. Almaniya dünyanı yenidən bölmək məsələsini qəti şəkildə qoyduqca ingilis-alman ziddiyyətləri daha da kəskinləşdi.1912-ci ildə ingilis diplomatiyasının fəaliyyətində taktiki dönüş yarandı.İngilis diplomatiyası Almaniya ilə ziddiyyətləri yumşaltmaq xətti götürdü.İngilis höküməti qitədəki qruplaşmalar arasındakı ziddiyyətlərdən hakim rolunu oynamaq və mənfəət götürmək istəyirdi.1912-ci ilin əvvəlində ingilis höküməti hərbi nazir lord Holdeni xüsusi tapşırıqla Berlinə göndərdi.İngilis diplomatiyasının əsas məqsədi yeni hərbi-dəniz silahlarının məhdudlaşdırılmasına nail olmaq idi.Lakin ingilis diplomatiyasının bu cəhdlərindən heç bir nəticə alınmadı.Bununla belə,alman diplomatiyası ingilislərin Almaniya ilə münaqişədən qaçmaq istəklərinə əmin oldu.İngiltərə Bağdad dəmiryolu haqqında danışıqlara başladıqda bu təəssürat daha da gücləndi.İngilislər yolun çəkilişinə bir neçə il mane olduqdan sonra onun başa çatdırılmasına bir şərtlə razılıq verdilər:Bağdaddan İran körfəzinə qədər olan yolun son hissəsi İngiltərəyə veriləcəkdir.İngiltərənin Almaniya ilə münasibətləri korlamaq istəməməsi haqqındakı təəssürat Berlinə Belə bir yalnış fikir yaratdı:Üçlər ittifaqının üzvü olan dövlətlər Fransa və Rusiyaya qarşı müharibəyə başladıqda guya İngiltərə bitərəf qalacaqdır və Almaniya qitədəki düşmənlərini məhv edəcəkdir.Lakin İngiltərənin bitərəf qalacağı haqqında ümidlərin heç bir ciddi əsası yox idi.İngilis diplomatiyası Almaniyanın qələbəsinə və güclənməsinə yol verə bilməzdi.