İngiltərədə sənaye inqilabının başa çatması. Sənaye inqilabı dəmir yollarının işə salınması ilə başa çatmış hesab olunurdu. 1875-ci ildə Ç. Stefonson qatarı hərəkətə gətirdi. 1830-cu ildə isə toxuculuq şəhəri olan Mançestrdə, liman şəhəri Livernul dəmir yol xətti ilə birləşdirildi. Bu xəttin uzunluğu 100 km idi. Sonrakı illərdə İngiltərə dəmir yolları ilə sıx əhatə olunmuşdur. Belə ki, 1850-ci ildə onun uzunluğu 50 min km-ə çatmışdır.
Dəmir yolunun geniş şəbəkəsinin yaradılması ölkədə metallurgiya, maşınqayırma, dağ-mədən və digər sənaye sahələrinin, eləcə də tikinti sahəsinin inkişafına xüsusi təkan vermiş oldu. Bununla yanaşı, son iyirmi il ərzində çuqun əridilməsi 3 dəfə artaraq 2 milyon tonu keçmiş, bu sahədə texnoloji proseslər təkmilləşdirildi, paravoz və vaqonqayırma sahələri yaradılmışdı. Bunlara baxmayaraq ağır sənayedə yüksək sürət qeydə alınmamışdır. Toxuculuq sənayesi inkişaf sürətinə görə birinci yerdə dururdu. İngiltərənin ixracının 70 faizini toxuculuq sənayesinin məhsulları tuturdu. Əsrin ortalarında bütün sənaye sahələrində maşınlı istehsal mövcud idi. Bununla da İngiltərədə sənaye inqilabı başa çatmış oldu. İngiltərə dünya emalatxanasına çevrildi, demək olar ki, heç bir ölkənin sənaye məhsulu ingilis malları ilə rəqabət apara bilmirdi.
Kənd təsərrüfatı və sənərkarlıq da əmək bazarında insan kütləsini artırmaqda idi. İstehsal şərtləri, sadə əməliyyatlar istehsalatda ucuz uşaq və qadın əməyindən geniş istifadəyə yol açırdı. Əmək haqqının artırılması isə tam mümkün idi. Lakin burjuaziya bu addımı atmağa hazır deyildi, həm də istəmirdi.
Çartizm. Bu hərəkat XIX əsrin 30-cu illərində İngiltərədə proletariatın ümumdemokratik axınından çıxıb özlərinin irəli sürdükləri tələb və proqramlar ilə təşkilati forma alaraq, sıx birləşmələri üçün ilk cəhd göstərdilər. 1836-cı ilin iyun ayında bir qrup yüksək ixtisaslı fəhlələr və sənətkarlar-dülgər Uilyam Lovett, təmirçilər Henri Heberinqton və Henri Vinsent, doğrayıcı Riçart Mur, usta Con Hast və başqaları fəhlələrin London asosiyasını yaratdılar. Bu təşkilatların əsas vəzifəsi seçki hüququndan fəhlələrin də istifadə etməsinə nail olmaq idi. Onların hamısı Robert Ouenin davamçıları olub, fəhlələrin mübarizə sahəsindəki nailiyyətlərini, ilk növbədə, onların təşkilatçılıq qabiliyyətlərinin genişləndirilməsində görürdülər. Bunun üçün isə mətbuat, fəhlə qiraətxanaları, klublar və s yaratmaq lazım idi. Həmin dövrdə bu təbliğat R. Ouenin kapitalizmi kəskin tənqid etməsi ilə eyni vaxta düşmüşdür. London assosiasiyasının üzvləri elə də çox deyildi, sayları 300-ə çatırdı. Onlar da əsasən yüksək ixtisaslı sənətkarlardan ibarət idi. Assosiasiyanın rəhbərləri burjua-radikalların sol qanadı ilə birlikdə yeni islahatın layihəsini irəli sürdülər. Bu layihə bütün ölkədə kişilərin hamısına səsvermə hüququnun verilməsini, əmlak sezinin ləğvini və gizli səsvermənin tətbiq olunmasını nəzərdə tuturdu.
Fəhlələrin London assossiasiyası ilə demək olar ki, eyni vaxtda, 1837-ci ildə Demokratik assosiasiya adlanan fəhlə təşkilatı bütün sənaye proletaritatını və London əhalisinin kasıb hissəsini birləşdirə bilmişdir. Bu təşkilatın təşkilatçısı və rəhbəri talantlı jurnalist və natiq, keçmişdə fəhlə və İngiltərədə ilk proletar inqilabçılardan biri olan Corc Culian Harni idi.
Ölkənin şimal hissəsindəki sənaye müəssisələrinin fəhlələri arasında irlandiyalı Ferqrus O'Konnorun ümümi seçki qanunu haqqında təbliğatı geniş yayılmışdır. O'Konnor gözəl natiq olmaqla proletariatın sevimlisinə çevrilmişdir. Mitinqlərdə minlərlə fəhlə onu səbirsizliklə gözləyir və alqışlarla qarşılayırdı. O Konnor Şimali İngiltərədə “Böyük şimal ittifaqı ”nı yaratmış. 1837-ci ilin payızında Lidse şəhərində “Şimal ulduzu” qəzetinin nəşrinə başlamışdı. Bu qəzet tezliklə bütün İngiltərə fəhlələri içərisində məhşurlaşmışdı. Hartinin Demokratik assosiasiyası və O'Konnorun “Şimal ittifaqı” burjuaziya ilə müttəfiqlikdən imtina edərək və əmin oldular ki, ümumi seçki qanunun tətbiqinə heç də təkcə sülh yolu ilə nail olmaq olmaz, bunun qəbulu üçün inqilabi metod da lazımdır.
1838-ci ilin yayında Lovett fəhlələrin London assosiasiyası adından seçki islahatı haqqında yeni qanunun layihəsini çap elətdirdi. Bu layihə - xalq xartiyası (ingiliscə çarter, hərəkatın adı da belə adalandırılırdı). Altı maddədən ibarət idi:1) 21 yaşa çatmış bütün kişilərə səsvermə hüququnun verilməsi; 2)gizli səsvermənin tətbiqi; 3)bütün İngiltərənin parlamentə bir nümayəndə göndərəcək bərabərhüquqlu seçki dairələrinə bölünməsi; 4)Parlamentə hər il seçkilərin keçirilməsi; 5)Seçkilərə buraxılmaq üçün heç bir əmlak senzinin olmaması; 6)Parlament deputatlarının mükafatlandırılması.
Bu xartiya yüz minlərlə ingilis proletariatının illər boyu mübarizə bayrağına çevrilmişdir. Onu bütün fəhlə təşkilatları və burjua-radikalların bir hissəsi müdafiə edirdi. Parlamentə xahişnamə (petisiya) tərtib olundu. Petisiyada qeyd olunurdu ki, İngiltərədə yaşayan və 21 yaşdan yuxarı olan 6. 023. 752 kişidən yalnız 839. 519 nəfərinin seçki hüququ vardır. İcmalar palatası isə daha qorxunc səviyyədə hakimiyyətə malikdir. Hərbi və mülki qüvvələr, gəlirlər, mətbuat və s. onun sərəncamındadır. Hansı ki, heç biri xalqın marağını müdafiə etmir. Bu petisiyaya London assosiasiyasının irəli sürdüyü xartiyanın altı bəndi də əlavə edilmişdir. Fəhlələr bu xartiyaya iş gününün qısaldılması, əmək haqqının artırılması. fəhlə evlərinə uyğun olmayan qanunun ləğvi, vergilərin azaldılması üçün ümidlə baxırdılar.
4 fevral 1839-cu il tarixində fəhlələr tərəfindən seçilmiş 53 deputat Londonda nümayişdə görüşdülər (lakin 1819-cu ildə qəbul edilmiş qanuna görə, 49 deputatdan artığı yığıncaqlarda görüşə bilməzdi). Onlar öz yığıncaqlarını Konvet adlandırdılar. Onun əsas vəzifəsi parlamentə gedəcək petisiyaya imzaların toplanması ilə məşğul olmaq idi. İşdən sonra, ocaq işiğında minlərlə fəhlənin iştirak etdiyi nümayişdə çartis təşkilatının nümayəndələri çıxış etdilər. Onların çıxışlarında fəhlələrin petisiyaya imza atması çağrışları var idi.
Konventdə və ondan xaricdə Xartiya uğrunda mübarizənin iki istiqaməti müəyyənləşdirildi: Birincisi, fəhlələrin London assosiasiyası və onların dostu olan burjua radikallar tərəfindən müdafiə edilən istiqamət idi ki, onlar hesab edirdilər ki, Xartiyanın qəbul edilməsi üçün petisiyanı yalnız sülh şəraitində, leqal şəkildə parlamentə təqdim etməyi düşünürdülər. Bu istiqamətin tərəfdarları “Mənəvi güc” tərəfdarları adlanırdı. Bu istiqaməti şimal şəhərlərinin sənaye proletarları, Uels mədənçiləri, London müəsissələrinin işçiləri hazırlamışdılar. Bunların başında isə O' Konner və Culyan Harni durudular. Onlar xalqa Xartiya uğrunda inqilaba, hətta silahlı üsyana hazır olmağa çağırırdılar.
1839-cu il 7 may tarixində çartislərin ilk petisiyası parlamentə təqdim olundu. Bu petisiya üçün 250 mindən çox imza toplanmışdı. Konvent isə “fiziki güc” tərəfdarlarının tələbi ilə sənaye şəhəri olan Birminhemdə iclas keçirərək çartist petisiyasının parlament tərəfindən rədd edildiyi zaman ümumi qiyama hazır olmağa çağırdı. Petisiyanı parlamentə fəhlələrin London assosiasiyasının nümunəvi üzvlərindən biri olan bankir Tomas Atvud apardı. 21 iyul 1839-cu il tarixində isə icmalar palatası petisiyanı müdafiə etməyi rədd etdi. Eyni zamanda Konventin “fiziki güc” tərəfdarı olan bir neçə deputatı da həbs olundu. Xartiyanın müdafiəsi üçün ümumxalq qiyamını təşkil etmək mümkün olmadı. Mədənçilər şəhəri olan Hyuportedə baş vermiş nümayiş müvəffəqiyyətsizliklə başa çatdı. Bu nümayişin rəhbərləri üçün ölüm hökmü çıxarılsa da, sonra omürlük həbslə əvəz olunmuşdur. Bununla da çartizm hərəkatınn başlanğıcı olan birinci mərhələ başa çatdı.
1837-1839-cu illərdə baş vermiş iqtisadi böhran sənayenin çökməsinə səbəb oldu. Böhrann nəticəsi olaraq, əsasən də sənaye rayonlarında fəhlələri iş yerindən məhrum etdi. 1840-cı ildə Mançestrin çartist təşkilatları 30 şəhərin nümayəndəsini çağıraraq ümumi təşkilat-Milli çartist assosiasiyasını yaratdılar. Həmin təşkilatın son məqsədi “Xalq xartiyası” əsasında icmalar palatasında xalqın tam nümayəndəliyini yaratmaq olmuşdur. Bütün çıxış edənlər “Xalq xartiyası”da irəli sürülən altı tələbin tanınmasını tələb edirdi. Assosiasiyaya qurultay tərəfindən seçilmiş İcrayə komitəsi başçılıq edirdi. Artıq 1842-ci ildə Milli çartist assosiasiyasının bütün İngiltərə üzrə 400 şöbəsi, 40 min üzvü var idi.
Hadisələrin belə gedişatı çartislərin sıralarının böyüməsinə səbəb oldu. Radikalların sonuncu nümayəndələri çartist sıralarını tərk etdilər. Çartistlərin ikinci petisiyalarına imzalar Milli çartist assosiasiyasının rəhbərliyi altında toplandı. Bu petisiya daha dəqiq tələblərlə hazırlanmışdır. Ən əsası isə petisiya fəhlələrə siyasi hüquqların verilməsini tələb etməklə, sosial tələblər:fəhlə evlərinin ləğv edilməsi , kilsənin gəlirinin azaldılması, aristokratiyanın torpaq üzərində monopoliyasını ləğv etmək və s. kimi məsələlər irəli sürdü. İlk olaraq fəhlələr 1801-ci ildə İngiltərə ilə İrlandiyanı birləşdirən uniyanın ləğv edilməsini tələb etdilər.
1842-ci ildə Konvent təminatçılardan petisiya üçün toplanmış 3. 5 milyon imzanı qəbul etdi və 2 may tarixində petisiya parlamentə təqdim olundu. İcmalar palatası yenidən petisiyanı müzakirə etməkdən imtina etdi. Parlamentin bu hərəkətinə cavab olaraq Mançestr, Lanksaşir və ona qonşu olan qraflıqları, Şotlandiya, Uels və Londonu tətillər bürüdü. Lakin tətilə çıxmış fəhlələr öz mübarizələrində hökumət qüvvələri qarşısında duruş gətirə bilmədilər, tezliklə fabrik və zavodlara qayıtdılar. Hərəkat liderləri arasında da narazılıqlar başladı. Lovett maariflənmə yoluna üstünlük verdiyi halda, O'Kanner fəhlələri torpağa qaytarmaq kimi şüarla çıxış edirdi. Lakin vəsait olmadığından onun bu planı baş tutmadı, onun torpaq cəmiyyəti iflasa uğradı. 1842-ci ilin sonlarından başlayaraq çartist hərəkatı, demək olar ki, müvəqqəti olaraq tam zəiflədi. Milli çartist asossasiyasının üzvlərinin sayı azalaraq 5 min nəfərə düşdü. Buna baxmayaraq, 1842-ci il hadisələri çox böyük əhəmiyyət daşımaqda idi. Bu hərəkat proletariatın qərarlı dəstələrinin burjuaziyadan ayrıldığını, çartizmin təmiz fəhlə hərəkatı olduğunu göstərdi. 1847-ci ildə fəhlə hərəkatı yenidən canlandığı zaman İngiltərə parlamenti həmin ildə və 10 saatlıq iş gününün tətbiqi barədə yeni qanun qəbul etdi ki, bu da fəhlə hərəkatı üçün çox böyük səbəb idi.
XIX əsrin ortalarında Avropada baş vermiş inqilabların xəbərinin İngiltərəyə çatması nəticəsində burada da fəhlələr hərəkətə gəldilər. 1847-ci ilin yazından etibarən yeni çartist hərəkatı başladı. Həmin ildə başlanmış ticarət-sənaye böhranının güclənməsi və növbəti ümumi petisiyaya imzaların toplanması qurtardıqdan sonra bütün ölkədə mitinqlər keçirilməyə başlandı. Xalq kütləsinin əlval-ruhiyyəsinin göstəricisi isə Notirheym şəhərindən O'Konnorun icmalar palatasına deputat seçilməsi olmuşdur.
Üçüncü dönəm çartist hərəkatına 1848-ci ildə Fransada başlanmış inqilab böyük təkan verdi. Yüz minlərlə fəhlə “Fransa üçün respublika, İngiltərə üçün xartiya” şüarı altında nümayişlərə toplanmışdı. Elə bu nümayişlərdə də proletar həmrəyliyi və internasionalizm ruhu meydana gəlməyə başladı. İngiltərə fəhlələri Fransadakı inqilabı salamlayaraq, Fransa inqilabına qarşı müharibənin əleyhinə çıxacaqlarını bildirdilər. Çartislərin inqilabi qanadı:Harni , Cons və onların həmfikirləri İngiltərədə respublikanın qurulmasına səslədilər.
1848-ci ilin 4 aprel tarixində petisya üçün 5 milyon imza yığılmış və çartist Konventi toplanmışdır. Orada qərara alınmışdır ki, 10 aprel tarixində Londonda çartislər böyük nümayiş keçirəcəkdir. Həmin gün bütün şəhərlərin nümayəndələri petisiyanı parlamentə təqdim etmək üçün gəlməli idi. Və elə də oldu. Həmin gün nümayişə ölkənin iri şəhərlərindən çoxlu sayda nümayəndələr gəlmişdir.
Hökumət II Karlın dövründə verilmiş qanuna istinad edərək nümayişləri qanunsuz elan etdilər. Kraliça və onun yaxınlarını paytaxdan təhlükəsiz yerə apardılar. Londonda 12 min əsir və 250 min könüllü yerləşdirdilər.
10 aprel tarixində 100 min çartistin toplanmış olduğu Kenniqnton –kommon meydanı ordu hissələri ilə mühasirəyə alındı. O'Konnora xəbər verildi ki, hakimiyyət tərəfindən nümayiş qadağan olunub. Özünü itirən O'Konnor isə evlərə dağılmaq təklifi etdi. Bundan sonra O'Konnor petisiyanı parlamentə gətirdi. Lakin parlament petisiya üçün yığılmış bütün imzaların saxta olduğunu iddia dib, ona baxmaqdan imtina etdi.
10 aprel çartist hərəkatının inkişafında dönüm nöqtəsi oldu. Ümumiyyətlə 1848-ci ilin yayında çartist-inqilabçılar bir neçə dəfə silahlı mübarizəyə qalxmaq cəhdi etmişdilər. İyun ayında isə dövləti xəyanətdə günahlandıraraq inqilabi çartizmin lideri Ernest Conc və onun silahdaşlarını həbsə aldılar. Ondan başqa çartizmin 500 ən fəal nümayəndəsi həbsxanaya atıldı. 1848-ci ilin payızında çartizm hərəkatı artıq sönürdü. İcmalar palatası yenidən petisiyanı rədd etdi. O'Konnorun təklifi ilə hakimiyyətə qarşı açıq-aşkar çıxışdan çəkildilər.
Hərəkatın zəifləməsini təkcə qadağa və repressiyalarda yox, eləcə də islahatlarda görmək olardı. Belə ki, İngiltərə-ciddi sosial islahatlar mərhələsinə qədəm qoydu. Yəni çartizmlərin təsiri altında liberal partiyada Vilyam Qladson, torilərdə isə Bencamin Dizraeli cəmiyyətin yenilənməsi uğrunda mübarizə üçün səslərini yüksəltdilər, tred-yunuinlar möhkəmlənməyə başladı. Qanunvericilikdə dəyişikliyin labüd olduğunu artıq hakim dairələr də qəbul edirdilər.
Çartizm hərəkatı özünə bir iz qoymadan yox oldu. Bu hərəkat məğlub olduqdan sonra yalnız 1854-cü ilə kimi Ernest Consonun rəhbərliyi ilə Britaniya demokratlar ittifaqı kimi fəaliyyət göstərmişdir ki, gənc F. Engels də bu təşkilatın üzvü olmuşdur. Çartizmin məğlubiyyətindən sonra kütlələrin tred-yunion hərəkatına üstünlük verməsi bu kimi təşkilatın tam sıradan çıxmasına səbəb oldu. Əsas o idi ki, geniş xalq kütləsinin mövcud quruluş cərçivəsində öz vəziyyətlərini yaxınlaşdırmaq ümidləri hələ də bitməmişdir. Əksinə parlament daxilindəki siyasi qrupların fəaliyyəti də bu ümidləri daha da gücləndirirdi. Belə ki , İngiltərədə ictimai hərəkatlar, inqilabi cərəyanlar, sosialist cəmiyyəti, sonra isə sosialist partiyası şəklində mövcud olmuş, lakin keçici hərəkat formalarını ala bilməmiş sosialist ideyalarını islahatlar yolu ilə həyata keçirməyi fikirləşmişdilər.
Dostları ilə paylaş: |