Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


§ 7. Fransa demokratiya uğrunda mübarizə yolunda



Yüklə 0,52 Mb.
səhifə25/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   138
Yeni tarix müh

§ 7. Fransa demokratiya uğrunda mübarizə yolunda.

Birinci bərpa hökuməti. Napoleon imperiyasi dağıdıldıqdan sonra 24 aprel 1814-cü ildə mühacirətdən Kale şəhərinə gələn Provans hersoqu (XVII Lüdovikin kiçik oğlu belə adlandırılmışdır). XVIII Lüdoviki alı altında hakimiyyətə gəldi. Hakimiyyətə idealı olan qüvvələr arasında komiromis əldə olundu. Həmin komiromisə görə Kralın hakimiyyəti qəbul edilmiş Xartiya ilə məhdudlaşdırılırdı.

Kralın tərəfdarları olan royalistlər dövlət aparatında yuksək vəzifələr tutmağa başladılar. Onların əsas istəyi mütləqiyyəti bərpa etmək olsa da , mövcud reallıqla barışmalı oldular və burjuaziyanın da mənafeyini nəzərə alaraq konstitusiyalı monarxiya qurmağa məcbur oldular. Beləliklə, 1814-cü ildə qəbul edilmiş xartiyaya əsasən konstitusiyalı monarxiya quruldu. Qanunverici hakimiyyəti təmsil edən ikipalatalı parlament yaradıldı. Parlamentin “ Perlər” adlanan yuxarı palatasının üzvləri kral ailəsinin nümayəndələrindən ibarət idi. Onlar kral tərəfindən ömürlük olaraq təyin edilirdilər. Nümayəndələr parlamentinin üzvləri (deputatlar) isə məhdud kollegiya tərəfindən seçilirdi. Seçkilərdə isə yaş və əmlak senzi tətbiq olunduğundan əhalinin əksər hissəsi seçkidə iştirak edə bilmirdi.

Konstitusiyaya görə kral icra hakimiyyətinin rəhbəri idi. Dövlət başçısı olmaqla kralın bir sıra səlahiyyətləri var idi. O , dövlət məmurlarını və zabitləri vəzifəyə təyin edir, azad edir, müharibə və sülh elan edə bilirdi. Orduya rəhbərlik etməklə beynəlxalq müharibələri izləyirdi. Parlamentdə qəbul edilmiş qanunların qüvvəyə minməsi üçün kral tərəfindən imza edilməsi lazım idi. Bütün bunlar təsdiq edirdi ki kral həm də qanunvericilik səlahiyyətlərinə malik idi.

Yeni rejmin ən böyük nailiyyəti münasib şəraitdə anti-fransız koalisiyası ilə müharibəyə başlaması oldu. Bu müharibəyə görə Fransa 1792-ci ildən sonra ihlaq (anneksiya) etdiyi bütün ərazilərdən çıxdı. Napoleon müharibələri zamanı ingilislər tərəfindən tutulmuş fransız müstəmləkələri də yenidən fransaya qaytarıldı. İşğalçıların hərbi qüvvələri də Fransa ərazisini tərk etdilər. Eyni zamanda Fransa Vyana konqresində qalib dövlət statusunda iştirak etmək hüququ qazandı.

Lakin birinci bərpa hökumətinin bir sıra tədbirləri: dövlət bayrağının yenidən burbonların bayrağı ilə əvəz edilməsi, zabitlərin maaşlarının azaldılması, ordu və digər idarə orqanlarında yüksək vəzifələrə mühacirlərin(hansı ki əvvəllər Fransaya qarşı vuruşurdular) gətirilməsi xalq arasında böyük etirazlara səbəb oldu.

Məhz elə bu etirazlardan istifadə edən Napoleon Bonopart gizlincə Elba adasından qaçıb, 1815-ci ilin 1 mart tarixində Fransanın cənub sahillərinə çıxdı. O, min nəfərlik bir dəstə ilə Parisə doğru irəlilədi. Ona qarşı göndərilən hərbi qüvvə gücləndikcə yerli hakimiyyətdə onun tərəfinə keçirdi. Martın 20-də Napoleon Parisə daxil oldu. XVIII Lüdovik və onun əsabələri paytaxtdan qaçdı.

Bərpa hakimiyyətinin dağılması xalqın demokratik və vətənpərvərlik hisslərini gücləndirdi. Xalq yenidən vətəni və azadlığı müdafiə etməyə hazır olduğunu bildirdi. Onlar Napoleondan despotizm deyil, inqilabi müharibə edəcəyini gözləyirdilər. Lakin imperiya konstitusiyasına 22 aprel 1815-ci il tarixində qəbul edilmiş əlavə aktın burbonların Xartiyasından fərqlənmədiyini görüb mütəssir oldular.

Napoleon, demək olar ki, daxili siyasətlə məşğul olmurdu. Bu halda Avropa dövlətləri Napoleonun təhlükəsindən tam xilas olmaq üçün Vyana konqresi çağırdılar və növbəti (yeddinci) anti-fransız koalisiyasını yaratdılar. Təcili ordu yaradan Napoleon isə Niderlanda tərəf irəlilədi. 18 iyun 1815-ci il tarixində Vaterloe yaxınlığında koalisiya ordusu ilə həlledici döyüş oldu. Məğlub olan Napoleon ikinci dəfə hakimiyyətdən əl çəkdi və ingilislərə təslim oldu. İngilislər də müttəfiqləri ilə məsləhətləşib Napoleonu Atlantik okeanındakı Yelena adasına sürgün etdilər (Napoleon orda 1821-ci ildə vəfat etdi). Beləliklə, Napoleonun “ yüz gün”lük hakimiyyətinə son qoyuldu.

Napoleonun avanturist siyasəti Fransaya baha başa gəldi. Belə ki, 1814-cü ilin 1 mart tarixindən inqilabi Fransa əleyhinə koalisiyanın iştirakçıları olan Rusiya, İngiltərə , Avstriya və Prussiya Napoleon Fransasına qarşı müharibəni qələbəylə sona çatdırmaq və şərtlər qoymaq üçün Vyanada beynəlxalq konqres yaratmaq qərarına gəldilər.

Konqresin rəsmi iclası 1 noyabr 1814-cü ildə başlayıb - 9 iyun 1815-ci ilə kimi davam etmişdir. Bu konqres zamanı Napoleon üzərində qələbə çalmış dövlətlər, demək olar ki, öz məqsədlərinə və istəklərinə çatmışdılar. Konqres qurtarmaq üzrəykən (5 mart 1815-ci il) Napoleonun Elba adasından Parisə gəldiyi xəbəri alındı. Konqres iştirakçıları yeni bir koalisiya yaratdılar. Müharibə bərpa olundu. Vaterloe döyüşünə bir neçə gün qalmış 4 əsas dövlət İsveçrə və Portuqaliya Napoleonun taleyini həll edərək son aktı imzaladılar (9 iyun 1815-ci ildə).

Fransa istila etdiyi bütün ərazilərədən məhrum oldu. Onun sərhədləri 1792-ci il həddinə gətirildi. Onunla həmsərhəd olan qalib dövlətlərin təhlükəsizliyi üçün baryer dövlətlər yaradıldı. Hollandiya Niderland krallığı adı altında birləşdirildi. Sardiniya krallığı bərpa olundu. Fransadan alınmış Savoyya və Nitsaa ona verildi. Avstriya, Venetsiya və Lombardiyaya öz hökmranlığını bərpa etdi. Moden, Toskana və Parmda Habsburqlar sülaləsindən hökmdarlar hakimiyyətə gətirildi (Hətta Parm dövləti Napoleon Bonopartın arvadı Mariya-Luizaya verildi). Dünyəvi hökmdar kimi Baloniya, Ravenna və Ferrara Roma papsına qatıldı. Beləliklə İtaliyanın parçalanması qanuniləşdirdi.

Xırda alman dövlətlərindən ibarət Alman İttifaqı yaradıldı. Vestivaliya və Reyan vilayəti, eləcə də əvvəllər İsveçrəyə məxsus olan Pomeraniya Prussiyaya birləşdirildi. İsveçrənin Fransadan asılılığına son qoyuldu. Bəzi torpaqlar ona birləşdirilərək onun ərazisi genişləndirildi. 19 özünü idarə kontonu yaradıldı və İsveçrənin əbədi neytrallığı elan olundu.

Vaterloe yaxınlığında Napoleonun qəti məğlubuyyətindən sonra 20 noyabr 1815-ci il tarixində Rusiya, Fransa, İngiltərə, Avstriya və Prussiya ilə yeni müqavilə bağlandı. Bu ikinci Paris sülhü idi (Birinci Paris sülhü 1814-cü ilin may ayında bağlanmışdır. Bu sülh ilə Fransa sərhədləri 1792-ci il həddinə gətirilmişdir. Bu sülhə əsasən Fransa sərhədləri 1790-cı il həddinə kimi azaldıldı. Beş il müddətində isə Fransa 700 milyon qızıl frank kontribusiya odəməli idi. Bunlarla yanaşı beş il ərzində Fransa onun sərhədləri daxilində olan bütün işğalçı ordunun xərclərini ödəməli idi.

Vyana konqresi tərəfindən müəyyən edilmiş yeni beynəlxalq siyasi sistemin dayağı qalib dövlətlərin ittifaqı idi. Baş qaldıracaq hər hansı milli azadlıq və işğalçı hərəkata qarşı birgə mübarizəyə əsas qarantiya isə “Müqəddəs ittifaq” oldu. Bu ittifaqın aktı Rusiya imperatoru (çarı) I Aleksandr tərəfindən tərtib edilmiş, ilk olaraq 1815-ci il 26 sentyabr tarixində Avstriya imperatoru, Prussiya kralı və digər Avropa dövlətləri onu imzalamışdır.

“Müqəddəs ittifaq”ın mövcudluğunun ilk illərində Avstriya kansleri Metternix xüsusi rol oynayırdı. Odur ki, bu ittifaqın siyasəti “Metternixçilik” adlanırdı. Rusiya imperatoru I Aleksandr da ittifaqda çox böyük rola malik idi.

İttifaqın bütövlükdə 4 konqresi olmuşdur. İlk konqres isə 1818-ci ildə Axendə çağırılmışdır. “Müqəddəs ittifaq”a İngiltərə, Turkiyə və Roma papasından başqa bütün Avropa dövlətləri qoşulmuşdur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin