Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XI mühazirə: ABŞ XVIII əsrin sonlarından XIX əsrin 60-cı illərinə qədərki dövrdə. Vətəndaş müharibəsi



Yüklə 0,52 Mb.
səhifə33/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   138
Yeni tarix müh

XI mühazirə: ABŞ XVIII əsrin sonlarından XIX əsrin 60-cı illərinə qədərki dövrdə. Vətəndaş müharibəsi
ABŞ C. Vaşinqtonun prezidentliyi dövründə. 1787-ci ildə qəbul edilmiş Konstitusiyanın qüvvəyə minməsi üçün lazım olan üç il ərzində qəti olaraq cəmiyyətə təsir edə biləcək iki siyasi qrup formalaşdı:federalistlər(sonra demokratlar) və demokrat- antifederalistlər(sonra respublikaçılar) partiyaları.

Mərkəzləşmənin tərəfdarları olanlar Koloniyaların azadlığı uğrunda gedən müharibələr zamanı C. Vaşinqtonun ətrafında birləşərək onun ilk ABŞ prezidenti olmasına nail oldular və C. Vaşinqton iki seçki (1789-dan 1797-yə kimi) ABŞ-ın prezidenti olmuşdur. Gənc Amerika dövlətini idarə edəcək qruplara-federalistlərə Aleksandr Hamilton, antifederalistlərə isə Tomas Cefferson başşılıq edirdilər.

Federalistlər partiyasının siyasi prinsiplərinin formalaşmasında böyük rol oynayan A. Hamilton yüksək vəzifəyə-Maliyyə Naziri vəzifəsinə (1789-1795-ci illərdə işləmişdir) seçilmişdir. Mərkəzləşmə uğrunda mübarizələri Federalistlərin ölkəyə gələn onarxiya tərəfdarlarını da onlarla birləşməyə şövq edirdi. A. Hamilton yeni yaranmış respublikanin maliyyə çətinliklərini aradan qaldırmaq üçün plan işləyib hazırladı. Onun bu planı tacirlərə, bankirlərə, sənayeçilərə, Şimalın alverçilərinə sərfəli idi. O, bütün borcların 1785-ci ildən dövriyyə buraxılmış dolların nominal dəyərinin faizi ilə ödəməklə aradan qaldırılsınvə təmin etsin. Hansı ki, dövlət borcları beləliklə qiymətdən salındı. Beləliklə, borcların tam qiymətinin odənilməsi onlar üçün hədiyyə oldu və dövlət vergi ödəyicilərin hesabına pullu burjuaziya yaratmış oldu. Hamiltonun planı beləliklə çox dar bir çərçivədə tanındı. Alverçilər qiymətsiz(yəni faizsiz) öhdəliklər götürməyə girişdilər, hətta bu alverdə konqresin üzvləri, ali təbəqəli məmurlaradək , hətta Hamiltonun özü belə iştirak etmişdir.

Bu siyasətə qarşı nəinki alverçilər tərəfindən soyulmuş fermerlər və şəhər zəhmətkeşləri, hətta cənub plantatorları etiraz etməyə başladılar. Hamiltonun bu layihəsi konqresdən çox çətinliklə keçdi. Bu, quldarların şimallılara hədiyyəsi oldu. Bu layihənin tərkib hissəsindən biri də respublikanın yeni paytaxtının tikilməsi idi ki, bu da quldar ştat olan Merilendin ərazisində Patoman çayının sahilində salınmalı idi. Bu ərazi yeni ad ilə-“Kolunbiya fderal dairəsi“ adlandırılmağa başlandı. 1800-cü ildə hökumətin köçüb gəldiyi paytaxt Vaşinqton şəhərinin tikintisi böyük fırıldaqçılıq və afyorluq mənbəyi olmuşdur.

A. Hamiltonun layihəsi əsasında 1791-ci ildə Milli bank da təşkil olundu. Bankın aksiyalarının böyük hissəsi xaricilərə, əsasən də ingilis kapitalistlərinə mənsub idi. Bir çox onilliklər ərzində ingilis kapitalı ABŞ təsərrüfatına axmışdır. Hansı ki, həmin dövrdə hələ tam möhkəmlənməmiş ABŞ maliyyə sistemi İngiltərə maliyyə sistemi ilə çox sıx əlaqədə idi.

C. Vaşinqton xalqı xarici təhlükələrdən qorumaq üçün hər iki partiyanı sülh şəraitində fəaliyyət göstərməyə hazırlamağa çalışırdı. Beləliklə o, 1790-1793-cü illərdə demokratlar partiyasının lideri olan T. Ceffersonu gənc dövlətin xarici işlər naziri təyin etdi. T. Cefferson ölkə daxilində çox məhşur olmaqla yanaşı, həm də onun xaricdə geniş əlaqələri var idi. Avropada gedən prosesləri əsasən də Fransa burjua inqilabının əhəmiyyətini yaxşı başa düşürdü. Onun bu keyfiyyətləri federalistlərin yeni prezidenti Con Adamsın da onu Vitse-prezident postuna(1791-1801) dəvət etməsi ilə nəticələnmişdir.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin