İki partiyalı sistemin qurulması. ABŞ-ın siyasi həyatı müəyyən siyasi qrupların hakimiyyət orqanlarına seçki yolu ilə öz namizədlərini yerləşdirməyə imkan verən iki partiyalı sistemin yaradılması ilə yadda qaldı. Partiyalar əvvəlcə ali seçki orqanlarında- Konqresdə fraksiyalar, Ştatlarda isə legislatura şəkilində meydana gələrək , tədricən seçicilərlə şaquli əlaqələr yaradaraq profesional siyasətçilik inistutuna çevrildilər. ABŞ prezidentləri də həmin partiyalardan irəli sürülürdü(indiki kimi).
Federal konstitusiyanın qəbulu zamanı (1787) onun lehinə və əleyhinə gedən mübarizədə federalistlərlə antifederalistlər arasında, zəif də olsa, ilk bölgü yarandı. Həmin vaxt müxalifətdə olan antifederalistlər” Cefferson respublikaçıları”(90-cı illərdə) adı altında çıxış edirdilər, sonra isə həmin istiqamətin siyasi lideri Tomas Cefferson 1801-ci ildə prezident seçildi. Onun prezidentliyi dövründə “Ölkənin atası” titulunu almış C. Vaşinqtonun və onun başçılıq etmiş olduğu federalistlərin nüfuzu zəiflədi və 1815-ci ildə sıfıra endi. Ölkə həyatında demokratik əsasların güclənməsi müşahidə olunmağa başladı. 1828-ci ilə qədər Qərb fermerlərinin dəstəyi ilə Şimal burjuaziyasının bir hissəsi, Cənub plantatorlarının blokunu təmsil edən milli respublikaçılar partiyası ABŞ-ın siyasi həyatında faktiki olaraq yeganə hakim partiya idi. Tərkibi müxtəlif siyasi təbəqələrlə zəngin olan cəmiyyətin soaial-siyasi durumunun güclənməsi ştatlarda əhalinin seçki hüququnun genişlənməsini, Qərb torpaqlarının ram edilməsini, möhkəm mərkəzi hakimiyyətin formalaşdırılmasını dəstəkləyən yeni siyasi yanaşmanı tələb edirdi. ABŞ prezidenti Endryu Cekson (1829-1837) demokratiya uğrunda mübarizədə xalqın azadlığının təmsilçisi kimi çıxış edərək seçicilərin əksəriyyətinin səsini ala bildi. O, prezidentliyi dövründə bir sıra tarif dəyərlərini aşağı saldı və əhali arasında qeyri-populyar olan Mərkəzi bankı ləğv etdi(1836-cı ildə). Ona görə ki , maliyyə sistemindəki mərkəzdənqaçma(desentralizasiya) kreditə ehtiyacı olan , tez bir zamanda sayca artan bilən xırda və orta sahibkarların, fermerlərin, həmçinin xüsusi bank sahiblərinin maraqlarına cavab verirdi.
E. Cekson hakimiyyətə gəlməklə faktiki olaraq yeni, Demokratik partiyaya rəhbərlik edirdi. Bu partiyada Cənubun torpaq sahibləri, Qərb sahibkarları, Şimal-şərq Ştatların orta təbəqəsi və aşağılar təmsil olunurdular. Keçmiş federalistlərin olduğu kimi, milli respublikaçıların da nüfuzu kəskin şəkildə zəifləmişdir. Artıq onların cərgələrində T. Cefferson kimi məşhur şəxsiyyət yox idi. Əsl lider cəmiyyətdəki müxtəlif təbəqəli insanları birləşdirib, onların maraqlarını barışdıraraq”bərabər insanlar” prinsipi əsasında sahibkarlığa maksimum azadlıq verməklə demokratik idarə formasını təmin etməyi bacarmalıdır. Bu kursdan yayınma isə siyasətdə müvəffəqiyyətsizlik kimi qiymətləndirilir. Hətta dövlət nöqteyi nəzərdən XIX əsrin 70-ci illərində milli respublikaçıların israr etdikləri faydalı tədbirlər-yolların və kanalların tikintisinə federal vəsaitin ayrılması, proteksionist tarif mərkəzi bankın mövcudluğu, milli universitetlərin yaradılması, elmi tədqiqat işlərinin maliyyələşdirilməsi və s. müxtəlif səbəblərdən geniş şəkildə müdafiə olunmadı.
Belə siyasi xətti tutanlardan biri T. Cefferson və E. Cekson oldu. Bu iki siyasi lider hakimiyyətə gələrkən azad olmuş dövlət vəzifələrinə öz tərəfdarlarını yerləşdirməklə(o zamandan həmin siyasət həyata keçiriməkdədir) dövlət aparatında təmizləmə həyata keçildilər.
Demokratların şəriksiz hakimiyyəti 1841-ci ilədək, yəni yeni viqlər partiyasından Uiliyam Harisonun prezident seçilməsinədək davam etdi. İkinci ikipartiyalı sistem formalaşdı və prezident seçkilərində bu hər iki partiya 1860-cı ilə kimi bir-birlərini əvəz etdilər. ABŞ-ın bütün regionlarda nüfuza malik olan Demokratlar partiyasında isə Cənub quldarlarının mövqeyi tədricən gücləndi. Bundan əlavə Cənublular D. Vebster və H. Kleyin ideyalarını rəhbər tutan viqləri də müdafiə edirdilər. Çunki bu partiya da quldarları müdafiə etməyə hazır idi. Cənubla Şimal arasında ziddiyyətlərin artdığı bir zamanda viqlər günbəgün sayı artmaqda olan demokratik dairələrin Şimaldakı burjuaziyanın(quldarlıq düşmənlərinin) maraqlarını özlərində əks etdirə bilmədilər. Məhz bu qüvvələrin siyasi bazası əsasında və cənub quldarlarına qarşı duran yeni bir partiya yarandı. Bu 1854-cü ildə Çikaqoda yaradılmış respublikaçılar partiyası idi. Bu partiya ABŞ tarixində yeni bir siyasi qüvvə kimi meydana gəldi. Bu partiyanın lideri Avraam Linkolnun qarşısında duran əsas məsələ qullar azad etmək yolu ilə Amerika demokratiyasını əsaslı şəkildə genişləndirmək və aqrar məsələni radikal şəkildə həll etmək idi.
Respublikaçıların hakimiyyəti 1861-ci ildən 1885-ci ilədək davam etdi. Sonra onları demokratlar əvəz etdi, ikipartiyali sistem tam olaraq bərpa olundu(üçüncü dəfə) və indiyə kimi bu davam etməkdədir.
Ölkədə əsas partiyalardan başqa prezidentliyə namizədlər irəli sürən siyasi birliklər də fəaliyyət göstərirdi. Belə birliklərdən biri də, tərkibində çoxlu sayda mühacir olan Amerika fəhlə partiyaları olmuşdur. Onlar əvvəlcə 10 saatlıq, sonra isə 8 saatlıq iş günü, əmək haqqının yüksəldilməsi, “əmək adamlarının” torpağa yaxın buraxılmasının asanlaşdırılması kimi ənənəvi tələblər irəli sürürdülər. Fəhlə partiyaları xalq təhsilinə və onun inkişaf etdirilməsinə böyük əhəmiyyət verərək, pulsuz ümumitəhsil məktəblərinin geniş şəkildə yayılmasına çalışırdılar. Belə ki, artıq XIX əsrin ortalarında ABŞ bütün kateqoriya üzrə şagirdlərin sayına görə ən çox inkişaf etmiş Avropa ölkələrini geridə qoymuşdur. Şəxsi azadlıq, xüsusi mülkiyyət və ailə firavanlığı kimi ali dəyərlərin hökm sürdüyü bu ölkədə utopik fəhlə ideyaları cəmiyyətə sirayət edə bilmirdi.
Dostları ilə paylaş: |