Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


İkinci imperiyanın tənəzzülü, respublikanın qurulması



Yüklə 0,52 Mb.
səhifə32/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   138
Yeni tarix müh

İkinci imperiyanın tənəzzülü, respublikanın qurulması. III Napoleon Fransanın tarixi düşməni hesab olunan Almaniyanın birləşməsinin qarşısını almaq və öz hakimiyyətini möhkəmləndirmək fikri ilə 1870-ci il 18 iyul tarixində Prussiyaya qarşı müharibə elan etdi. III Napoleonun tərəfdarları İ Nikolayın (Rusiyanın çarı) Prussiyanı məğlub etməsindən ruhlanaraq Prussiyanı daha tez məğlub edəcəklərinə inanırdılar. Lakin Fransa ordusunun müharibəyə hazır olmaması özünü açıq-aydın göstərirdi. 1870-ci ilin avqust ayında Fransa ordusunun Elzas və Lotaringiyada ardıcıl olaraq məğlubiyyəti başda III Napoleonun özü və komandanın marşal Mak-Maqon olmaqla 83 min nəfərlik fransız ordusunun 2 sentyabr 1870-ci il tarixində Sedan yaxınlığındakı döyüşdə əsir düşməsi ilə nəticələndi.

4sentyabr 1870-ci il tarixində Parisdə inqilab baş verdi və ölkə yenidən respublika elan edildi. Fransada üçüncü respublika quruldu. Orleançı general Troşyunin başçılığı ilə “milli mübarizə” hökuməti yaradıldı. Fransa üçün müdafiə xarakteri almış müharibədə hakimiyyət vəziyyəti dəyişməyə çalışırdı. 200 minlik qoşun yaradılmasına baxmayaraq alman ordusunun hücumlarının qarşısını almaq mümkün deyildi. Hətta 19 sentyabrda Paris almanlar tərəfindən mühasirəyə alınmışdı. Hakimiyyətin təslimçilik hərəkətindən narazılıq artırdı. Parisdə, Lionda, Marseldə və b. iri şəhərlərdə inqilabi çıxışlar başlamışdı. Parisdə üsyan 1871-ci il yanvarın 22-də olmuşdur. Bütün bunlara baxmayaraq, 28 yanvarda Paris təslim oldu və sülh müqaviləsi imzalandı.

8 fevral 1871-ci ildə Milli Məclisə seçkilər keçirildi. Bu parlamentdə monarxistlər(orleançılar, bonopartçılar və legitimçilər) 400 yer, mötədil və sol respublikaçılar 200 yer, müxalifyönlü sosialistlər isə 20 deputat yeri aldılar. Milli Məclisin ilk iclası 17 fevral 1871-ci il tarixində Bordo şəhərində keçirildi, Orleançı Tyer başda olmaqla hökumət yaradıldı. Prussiya ilə 26 fevral tarixində sülh müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə Fransa Elzası və Lotaringiyanın xeyli hissəsini itirdi və 5 milyard frank təzminat verməli oldu. Milli Məclis bu müqaviləni ratifikasiya etməklə ölkədə imperiya qurluşunu da ləğv etdi. Triyerinbaşçılığı ilə yaradılmış yeni hökumətin vəzifəsi isə inqilabi Parislə mübarizə idi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin