Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Vətəndaş müharibəsinin və Cənubun “rekonstruksiya”snın əhəmiyyəti



Yüklə 0,52 Mb.
səhifə40/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   138
Yeni tarix müh

Vətəndaş müharibəsinin və Cənubun “rekonstruksiya”snın əhəmiyyəti. Hər iki hadisə Şimalın Cənub üzərində qələbəsi çərcivəsindən çıxaraq vahid bir amilin hissələrini özündə əks etdirdi. Ölkədəki vəziyyət vətəndaş müharibəsini törətdi:vahid dövlət üçün olum və ya ölüm, bir də quldarlıq instutunun saxlanılması və ya ləğv olunmasında özünü göstərdi. Marksist tarixçilər bu müharibəni sonadək başa çatdırılmamış burjua-demokratik inqilabı adlandırırdılar. Onun da məqsədi qulların azad edilməsi, onların torpaqla təmin edilməsi idi ki, bu da onu XIX əsrdə tərəqqipərvər burjuaziya tərəfindən başçılıq edilən milli-azadlıq və digər birləşdirici hərəkatlara yaxınlaşdırdı.

Lakin Şimal Cənubla zəncilərin azad edilməsi naminə vuruşmurdu, məqsəd silahlı qiyamın yatırılması və konstitusiya əsasında əvvəllər fəaliyyət göstərmiş vahid dövlətin bərpası idi. Yalnız belə siyasi proqram öz vətəndaşlarına qarşı müharibəyə göndərilən şimallılar tərəfindən inandırıcı olaraq başa düşülə bilərdi. Bitərəfliliyə riayət edən və Konfederasiyaya qoşulmayan bir sıra quldar ştatlarda Şimallılar plantatorlar üçün öz əşyalarını əsirgəmir və hətta azadlıq düşərgələrinə qaçan qulları onlara qaytarırdılar. Bütün Cənubda quldarlığın ləğvi, qulları qanuni hökumət tərəfinə cəlb etmək və qiyamçıların arxasında qarışıqlıq salmağa yönəldilmiş tədbirlər hərbi-siyasi xarakter daşıyırdı. Vətəndaş müharibəsi və Cənubun yenidən qurulması ittifaqın vahidliyinin bərpası və quldarlığın ləğvi ilə nəticələndi. Müharibə iqtisadi inkişafın sürətini müvəqqəti olaraq aşağı salsa da, son nəticədə daha geniş və azad şəraitdə kapitalizmin inkişafını hazırlamış oldu. 1862-ci ildə qəbul olunmuş homstedlər haqqında akt aqrar məsələnin həlli tarixində ən demokratik bir sənəd oldu və dövlətin əlində qalan azad torpaqların şəxsi əllərə verilməsiniн tez bir zamanda başa çatdırılmasına şərait yaratdı. 1861-1864-cü illərdə hakimiyyətdə olan Respublikaçılar partiyasının rəhbərliyi sənaye və maliyyə dairələrinin maraqları zəmnində bir sıra tədbirlər həyata keçirdi.

Vətəndaş müharibəsindən sonra Cənub uzun müddət ABŞ-ın geridə qalmış regionuna çevrildi. Plantattorlar özlərinin əsas var-dövlətlərindən-qullardan və torpağın bir hissəsindən məhrum oldlar. Plantasiyaların əksəriyyəti yeni sahibkarlara satıldı və ya xırda sahələrə bölünərək icarəyə verildi. Bu təsərrüfatlarda da zəncilər işləyirdi. Lakin artıq onlar indi məhsulun bir hissəsini sahibkara verən muzdur və ya icarəçi idi. Cənub təsərrüfatlarında pambıq əkini hakim mövqe tuturdu. Dünya bazarlarında pambığın qiymətinin aşağı düşməsi onun istehsalının artıtılmasını tələb edirdi. Pambığın gələcək məhsulu girov qoyularaq kredit alınırdı. Nəticədə ərzaq məhsulları istehsal edən fermerlər məcburi surətdə pambıq əkininə keçirdilər. Ərazinin qiyməti qalxırdı, fermerlər isə Şimal mənşəli olan alverçi-tacirlərə olan borclar içərisində üzürdülər.

Quldarlığın ləğvi Cənubda işçi qüvvəsi bazarının yaranması yolunda atılmış ilk addım oldu. Onun inkiişafında isə əsas məlum diskirminasiya qara amerikalıların adətən ən ağır və çirkli işlərə qəbul edilməsi oldu. ”Bu iş ağlar üçün deyil” ifadəsi təkcə Cənubda deyil, ABŞ-ın bütün ərazisində geniş yayılmışdır. Hətta formal olan bərabərlikdən sonra da qaraların bir qisminin təhsil almasına, mülkiyyətçilər və sahibkarlara çevrilməsinə baxmayaraq zəncilər sosial vəziyyətinə görə yenə “aşağı təbəqə” olaraq qalırdı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin