Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


XII mühazirə: Almaniya XVIII əsrin sonlarından birləşməyə qədərki dövrdə. Birləşmənin başa çatması



Yüklə 0,52 Mb.
səhifə41/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   138
Yeni tarix müh

XII mühazirə: Almaniya XVIII əsrin sonlarından birləşməyə qədərki dövrdə. Birləşmənin başa çatması.


Alman maarifçiliyi. XVIII əsrdə Almaniya özünün iqtisadi inkişafında böyük müvəffəqiyyətlər əldə etdi. Lakin o dövrünün qabaqcıl Avropa dövlətləri ilə müqayisədə geridə qalırdı. İqtisadi gerilik alman burjuaziyasının siyasi geriliyinə də səbəb olmuşdur. Qabaqcıl burjua ziyalılarını birləşdirəcək iri mədəniyyət mərkəzləri yox idi. Alman burjua-feodal müxalifətinin hadisələrdən kənarda olmaları özünü fəlsəfədə və ədəbiyyatda da göstərməyə başladı.

XVII-XVIII əsrin qovşağında Vilhelm Qotfrid Leybnist (1646-1716) fəlsəfədə özünün obyektiv idealist sistemini yaratdı. Onun” qabaqcadan müəyyən olunmuş harmoniya” təlimi mövcud olan həyatda xeyir və şərin təsdiq olunmasına aparırdı. Lakin fransız inqilabi maaarifçiliyinin nümayəndələri, əsasən də Volter Leynbnistin bu təlimini dağıdıcı tənqid atəşinə tutmuşdur.

Leybnistin təlimi din ilə ağıl arasında kompromisi tanımağa çalışmaqla daha da genişləndirdi.

Avropanın alman dilli hissəsində Maarifçilik dövrü siyasi dəyişikliklərdən daha çox mədəni intibaha gətirib çıxartdı. Maarifçilik ideyaları dövlət məmurlarının və burjuaziyanın yuxarı təbəqələri üzərində yayılır və universitet həyatının həm akademik , həm də təşkilati aspektlərində yüksəlməsinə təsir göstərirdi. İmmanuil Kant (1724-1804) məhz bu dövrə məxsus idi. O, maarifçi filosoflara yaxın olmaqla, zadəgan maarifçi , universal istifadə yolu ilə insan azadlığının əxlaqi əsaslarını tədqiq etməyə çalışırdı. Lakin o, Russoya nisbətən maarifçi filosofların intelloktual ateizmindən uzaqda dururdu. Kant fəlsəfəsi Avropa və Fransa burjuaziyasının qabaqcıl inqilabi hərəkatlarının təsiri altında idi. Onun əsərləri arasında “Təmiz zəkanın tənqidi”(1781) və “Təcrübi zəkanın tənqidi”(1790) xüsusi yer tuturdu. Siyasi nəzəriyyəyə dair əsərləri arasında isə “Əxlaqın metafizikasının əsasları” (1785) və “ Əbədi sülhə dair”(1795) əsərləri maarifçilik nöqteyi –nəzərdən cəmiyyət mövqeyini ardıcıl olaraq dəstəkləyir və zamanın ruhuna uyğun yüksək intellektliyə malikliyi ilə seçilirdi. Kant, ümümiyyətlə, maarifçiliyin övladıdır. Kanta görə, maarifçilik fərd tərəfindən zəkadan ictimai istifadədir. İnsanlar cəmiyyət içərisində başqaları ilə birgə düşünərək maarifpərvər olurlar. Kant ümumi cəmiyyətin deyil, fərdin hüquqlarının müdafiəçisi olmuşdur. Belə ki, onun siyasi nəzəriyyəsinin əsas ideyası-fərdin özünün də dəyərli olması haqqında təsəvvürdür.

Kant öz mülahizələrində insan barədə əxlaqi varlıq kimi təsəvvürlərdən çıxış etmişdir. O, bunu şübhə altına alına bilməyən bir fakt kimi qəbul etmişdir. Kanta görə, insanlar yalnız hər bir fərdin özü üçün əxlaqi qanun yarada bilməsi vasitəsilə əxlaqi varlıq ola bilərdilər.

1770-ci illərdə alman cəmiyyətinin mənəvi həyatında həlledici çevriliş baş verdi. Bu keçidin mərkəzində duran əsas simalardan biri İohann Qotfrid Herder(1744-1803) olmuşdur. O, fərdiyyətə və tarixi dəyişikliyə təzə məna verən yeni tarixi şuarın parlaq nümayəndəsi idi. Bu məna sonralar “Historisezm” adlandırılacaq hökümət qüvvəsini müəyyənləşdirirdi. Herder historisizmin köklərini o müttəfiqliklərə aparıb çıxardı ki, onlar müxtəlif səbəbdən maarifçiliyin periferiyasında olmuşlar. O ölkənin siyasi pərakəndəliyinə qarşı çıxaraq insanlığın mütərəqqi inkişafına xalq kütləsinin hərəkatı kimi baxmışdır. Herder alman xalqının birləşəcəyini gözləyirdi. Məhz bu düşüncənin təsiri ilə Herderdə idealist və siyasi mühafizəkarlıq meydana gəlməyə başlamışdı.

Alman maarifçiliyinin ən görkəmli nümayəndələrindən biri də Qotvald Efraim Lessenq olmuşdur. O, dramaturgiya və fəlsəfənin bir sıra sahələrində tənqidi iz qoyub ketmişdir. Lessinqin irtica dövrünün feodal ideologiyasını və müasir Prussiyanın siyasi vəziyyətini görməyə gözü yox idi. O. bir tənqidçi və dramaturq kimi Fransadan gəlib alman səhnələrini doldurmuş klassik teatra etiraz edir və ona qarşı Şekspir dramaturgiyasını qoyurdu. Lessinq öz əsərlərində knyaz despotizminə və dini dözümlülüyə qarşı çıxış edirdi.

XVIII əsrin 70-ci illərində Alman maarifçiliyi hərəkatında yeni qüvvələr meydana gəldi. Ədəbiyyatın proqressiv mənbəyi ilə ictimai fikir birləşdi.

Alman maarifçilik hərəkatında klassik fəlsəfə və onun nümayəndələrinin mühüm rolu olmuşdur. Siyasi irticanın hökmranlığı ölkənin ideya həyatına ağır zərbə vurmuşdur. Lakin fəlsəfə sahəsində alman alimləri böyük nəticələr əldə etmişdir. Alman klassik fəlsəfəsinin nümayəndələrindən olan Fridrix Şellinq(1775-1854) vahid olanın inkişafı və onun mövcudiyyətlə əlaqəsi haqqında nəzəriyyəni yaratmışdı. Bir sıra səhvlərinə baxmayaraq Şellinqin natur fəlsəfi(təbiət fəlsəfəsi) proqressiv əhəmiyyət daşıyır, öz dövrünün fəlsəfəsinin inkişafına təsir göstərirdi.

Alman klassik fəlsəfəsinin nümayəndələrindən biri də İohan Qotlif Fixte (1767-1814) olmuşdur. O, qəflətən ölkədə tüğyan edən feodal ideyalarına qarşı çıxmış və geniş vətəndaş azadlığı əsasında burjua-demokratik respublika qurluşunun yaradılmasını irəli sürmüşdür. Fixte XVIII əsrin 90-cı illərində Böyük Fransa burjua inqilabını müdafiə etmiş, bir sıra əsərlər yazaraq H. H. Russonun ictimai müqavilə nəzəriyyəsini təqdir etmişdir. Fixte respublika dövlət qurluşunu ən düzgün inqilabi dəyişiklik hesab edirdi. Lakin Fransada yakobin diktaturasının məğlubiyyəti Fixtenin inqilaba inancını sarsıtmışdır. Bir qədər sonra isə, o, öz yaradıcılığında Prussiyanın köhnə feodal dövlətinin fransızlar tərəfindən dağıdılması təsiri altında Almaniyanın birləşdirilməsi uğrunda azadlıq mübarizəsi üsyanına daha çox diqqət yetirmişdir. ”Alman xalqına müraciət” əsərində Fixte xalqın mənəvi-dini, əsasən də, təhsil sahəsində inkişaf etdirilməsini tələb edirdi. Bununla o, milləti bərabər hüquqlu vətəndaşlardan ibarət olaraq görmək istəyirdi. Bunu əsaslandırmaq üçün konsepsiya da hazırlanmışdır. Bu konsepsiyaya görə, almanlar əraziyə, dilə və demokratik adət-ənənələrə əsaslanan “qədim xalqdır”. Bununla o. Alman xalqının ruhunu qaldırmaq və milli birliyini möhkəmləndirmək istəyirdi. Sonralar bu konsepsiya Alman İmperiyasının ideologiyası kimi müharibə və ekspansiyalarda istifadə edilmişdir.

Alman və Avropa maarifçilik hərəkatına öz fəlsəfi sistemi ilə təsir göstərən böyük filosof və mütəfəkkir Georq Vilhelm Fridrix Hegel(1770-1831) olmuşdur. Bu sistemdə ilk dəfə olaraq təbiət, cəmiyyət(tarix) və mənəvi dünya fasiləsiz olan hərəkətdə, dəyişiklikdə, yenilənməkdə və inkişafda təsvir edilmişdir. Bu hərəkətin və inkişafın daxili əlaqələri açılıb göstərilmişdir. Lakin Hegelin dialektik inkişaf konsepsiyası idealist xarakterdə olmaqla, bu prosesi real insan cəmiyyətinin inkişafına aid edilmiş və ilkin təkanverici qüvvə əsas götürülmüşdür.

Hegel tarixi fəlsəfəsi araşdırmasını 1807-ci ildə yazdığı “ Ruhun fenomenologiyası” əsərində başlamışdır. Bu, dünya tarixində dialektik metodun tətbiqinə dair ilk cəhd idi. Hegel insanlıq tarixini proqressiv proses kimi verir, mütləq ruhun inkişafını isə azadlığın fasiləsiz böyüməsi kimi başa düşürdü. O, qeyd edirdi ki, hər dövrün özünün aparıcı xalqı vardır ki, sonrakı dövrdə digər xalq üçün geri çəkilir. Hegelə görə, həmin proses Qədim Şərqdə başlanmış, antik Yunanıstan və Roma imperiyalarında ən yüksək mərhələyə çatmışdır. Lakin yalnız alman xalqı xristianlıq dövründə “ insan kimi insan azadlığını dərk edə “ bilmişdir.

Hegelin siyasi baxışları da fəlsəfi-tarixi baxışları kimi ziddiyətlidir. O, burjua inqilabları əleyhinə çıxış etmişdir. Bu mövqe böyük Fransa burjua inqilabı zamanı yaranmış yakobin diktaturası və xalq kütləsinin inqilabi hərəkatından qorxması ilə əlaqədar idi. Lakin o, hesab edirdi ki, Fransa inqilabından sonra Almaniyaya “dünyəvilik ruhu “ gəlmişdir.

Beləliklə, fəlsəfə və maarifçilik hərəkatı tarixinə güclü təsir göstərmiş Hegel, Aristotel, Russo və Kantın ideyalarından yararlanaraq universal bir fəlsəfi sistem yaratmağa çalışmışdır. Onun əsas əsərləri bunlardır:”Ruhun fenomenologiyası”(1807), “Məntiq elmi” (1812-1816) və “ Hüququn fəlsəfəsi”(1821).




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin