Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə44/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   138
Yeni tarix müh

Alman ittifaqı. Napoleon imperiyasının süqutundan sonra Vyana beynəlxalq konqresinə əsasən 1815-ci il 8 iyun tarixində imzalanmış aktla əsasən 34 müstəqil dövlət və 4 müstəqil şəhərdən ibarət(Bremen, Hamburq, Lyubek və Frankburq-Mayn) Alman İttifaqı yaradıldı. Bu ittifaq möhkəm deyildi. İttifaqın üzvü olan ən iri alman dövlətləri Avstriya və Prussiya idi. Onların torpaqlarının bir hissəsi ittifaq birliyinə daxil edilməmişdi: Avstriyanın Macarıstan krallığı, Lombardiya-Venetsiya krallığı, Qalitsiya və Prussiya krallığının mülkləri olan Şərqi Prussiya və Poznan belələrindən idi. Qərar Avstriya və Prussiyanın müstəqilliyini daha da möhkəmləndirir və Almaniyanın birləşməsi istiqamətində əlavə çətinliklər yaradırdı. İttifaqın üzvlüyünə Hannoverin kralı kimi Böyük Britaniya kralı, Şlkezvinq hersoqluğu kimi. Danimarla kralı və Lüksenburq hersoqu kimi Niderland kralı daxil idilər.

İttifaqın ali orqanı kimi ittifaq Seymi tanındı. Seymin fəaliyyət göstərdiyi yer isə Frankfurt-Mayn oldu. Seymə xalqın deyil, dövlətin nümayəndələri daxil idi. Alman ittifaqı müstəqil dövlətlərin konfederasiyası xarakteri daşıyırdı. Onun ümumi ordusu, ümumi maliyyəsi, nə də ki, diplomatik nümayəndəlikləri yox idi. İttifaqın daimi nümayəndəliyini isə Avstriyanın göndərdiyi nümayəndə təmsil edirdi. Beləliklə, Almaniyanın vahidlik problemi yenə də həll olunmamış qalırdı.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin