Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə31/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   138
Yeni tarix müh

İkinci imperiya. 1852-ci il 2 dekabr tarixində Fransada imperator hakimiyyətinin bərpa olunması elan edildi və Lui Napoleon Bonopart III Napoleon adı altında imperator oldu(II Napoleon I Napoleonun oğlu olmuş, kiçik yaşlarında vəfat etmişdir). II Burjua respublikasını II imperiya əvəz etdi. Bu imperiya 18 il yaşadı.

Bütün dövlət sükanı imperatorun əlində idi. Qanunverici korpusun əsas vəzifəsi qanunları və büdcəni təsdiq etmək idi. Deputatlar ümumi səsvermə yolu ilə 6 il müddətinə seçilirdi. Səsvermə hüququ isə 21 yaşa çatmış kişilərə aid idi. Senat isə ömürlük olaraq təyin olunurdu. Vəzifələri isə çox kiçik idi. Senatın üzvləri saray şahzadələr, kardinallar, marşallar və admirallardan ibarət idi. Bələdiyyə şurası da ümumi səsvermə yolu ilə seçilirdi, lakin hakimiyyətdən asılı idi. Mer və onun müavini təyin olunur və prefekt tərəfindən vəzifədən götürülə bilirdi. Paris və Lion kimi böyük şəhərlərdə isə şuralar ümumiyyətlə seçilmirdi. Cəmiyyətdə katolik dininin təsiri güclənmişdi. Təhsil, demək olar ki, dinin tam nəzarəti altında idi. Ordunun bu bürokratik əhəmiyyəti getdikçə artırdı.

İkinci imperiyanın sonunda ölkədə sənaye çevrilişi baş verdi. 1850-ci ilədək buxarla işləyən sənaye sahəsi 2, 5 dəfə artmışdı. Həmin dövrdə dəmir yolu çəkilişi isə 6 dəfə böyümüşdü. Bu da, sənayenin inkişafının stimullaşdırılmasına şərait yaratmışdı. Beləliklə istehsal artımının sürəti İngiltərədəkindən yüksək, ABŞ və Almaniyadakından isə aşağı idi. Bankların rolu da böyümüşdü. Fransa iri kapital ixracatçısına çevrilmişdi. Fransanın qoymuş olduğu kapital əgər 1852-ci ildə 2 milyard təşkil etmişdirsə, 1870-ci ildə bu rəqəm 10-12 milyarda çatmışdı. Kənd təsərrüfatında inkişaf da sürətlənmişdi. Bu sahədə inkişaf İngiltərə və Almaniyadakına çatmasa da, yeni elmi biliklərin tətbiqi sürətlənmişdi. Torpaqların konsentrasiyası (birləşdirilməsi) artır, kəndlilərin borcları və torpaqsızlaşma prosesi güclənirdi.

Lakin müharibələrdə təklənmiş Fransanın təsərrüfatı 1857-ci il iqtisadi böhanı zamanı ağır itkiyə məruz qalmışdı. Bu da ölkənin iqtisadi və siyasi vəziyyətinə ciddi təsir etmişdir. Xalq kütləsinin etirazlarının yüksəlməsinə və respublikada müxalifətin böyüməsinə səbəb olmuşdur. 1857-1858-ci illərdə Qanunverici korpusa ilk dəfə olaraq müxalifətin sol qanadından 5 mötədil respublikaçı seçilmişdi.

Cəmiyyətdə narazılığın gücləndiyini görən hökumət 1858-ci ildə imperatora edilən sui-qəsddən istifadə edərək, imperiyanın düşmənlərinə qarşı repressiyaya başladı. Yeni müstəmləkələr tutaraq, xarici siyasətdəki uğurları ilə rejimi möhkəmlətməyə çalışdı. İtaliyanın işlərinə qarışmaqla, 1860-cı ildə konpensasiya olaraq Pyemontu, Lombardinya və Nitsanı aldı. 1857-1860-cı illərdə fransız qoşunları Çində Kontonu, Tyan-Tsizini və Pekini ələ keçirdi. 1858-1860-cı illərdə Cənubi Vyetnamı tutdu, 1863-cü ildə isə Kamboca Fransanın protektaratlığına düşdü. Fransız şirkəti 1859-cu ildə Süveyş kanalının tikintisinə başladı və 1863-cü illərdə istifadəyə verdi. Misirin fransız banklarından asılığı artdı. 1860-1861-ci ildə fransızlar Livanı işğal etdilər. Lakin 1861-1867-ci illərdə Fransa ekspedisiya korpusunun respublikaçılara qarşı Meksikadakı hərəkətləri məğlubiyyətə uğradı.

1857-ci ildə Fransanın Afrika qitəsindəki əsas müstəmləkəsi olan Əlcəzairin işğalı tam başa çatdı. Əlcəzair məsələsi ölkənin siyasi həyatında çox böyük rol oynayırdı. O, Fransadan olan mühacirətin əsas məkanı sayılırdı. Çünki on minlərlə işsiz “Afrika Fransasına” köçürülürdü.

III Napoleonu məzlumların dostu” kimi yalançı təqdimat üçün Paris fəhlələrindən bir qrupu 1862-ci ildə London ümumdünya sərgisinə göndərdilər. Fransız fəhlələri orda ingilis fəhlələri ilə yaxından tanış olduqdan sonra Fransaya qayıdarkən həmkarlar ittifaqının yaradılması və tətil hüququnun alınması uğrunda təbliğata başladılar. Fəhlə hərəkatı getdikcə güclənirdi. Bundan qorxuya düşən rejim isə bəzi güzəştlərə getməli olurdu. Artıq tətilçilər məsuliyyətə cəlb olunurdu. 1864-cü ilin mayında baş vermiş tətil və fəhlələrin koalisiya hüququ tanındı. Hətta bütün bunları qadağan edən 1791-ci ildə qəbul edilmiş Le Şapelye qanunu da ləğv edildi.

1864-cü ildə fransız fəhlələri İnternasionalın yaradılmasında yaxından iştirak etdilər və 1865-ci ildə İnternasionalın Fransa şöbəsi belə yaradıldı. Hakimiyyətin bu “yumşaq”siyasəti rejimi yenə də sabitləşdirə bilməmişdi. Müxalifət orleancı, respublikapərəst və legitimçilərin bir hissəsini birləşdirə bilmişdir. Bu birləşmənin gücü özünü 1863-1864-cü illərdə keçirilmiş parlament seçkilərində göstərdi. Müxalifət 2 milyona qədər səs toplayaraq Qanunverici korpusda 35 yerlə təmsil olundu. 1869-cu ildə isə müxalifət 7. 8 milyonluq səsdən 3. 3 milyonunu ala bilmişdir ki, bu da xalq arasında hakimiyyətə qarşı narazılığın güclənməsinin təzahürü idi.

1870-ci ilin yanvarında Paris şəhərində III Napoleon əleyhinə böyük nümayiş keçirilmişdirsə, fevral ayında fəhlələrin polislə silahlı qarşıdurması olmuşdur. Rejimin güzəştə getməsi eyni zamanda repressiyalarla da müşahidə olundu. Tətillər amansızcasına yatırılır, tətil iştirakçısı olan fəallar məhkəməyə verilirdi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin